Icma.az
close
up
RU
Fövqəladə hallar zamanı birgə fəaliyyətə həsr olunan dəyirmi masa keçirilib

Fövqəladə hallar zamanı birgə fəaliyyətə həsr olunan dəyirmi masa keçirilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 20 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi və Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Fövqəladə halların xəbərdar edilməsi, təxliyə planlarının işlənilməsi və həyata keçirilməsi sahəsində birgə fəaliyyət” mövzusunda dəyirmi masa keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Dəyirmi masada FHN-in Aparatı və qurumlarının əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyalarının, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Bakı şəhər Baş Polis İdarəsinin, “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin, “Azərişıq” ASC-nin, “Azəriqaz” İB-nin, Bakı Sukanal İdarəsinin, “Bakı Telefon Rabitəsi” MMC-nin, “Təmiz Şəhər” ASC-nin məsul nümayəndələri, eləcə də Bakı şəhəri rayonları və qəsəbələrinin bələdiyyə sədrləri iştirak ediblər.

Tədbirdə FHN-in Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov yerli icra hakimiyyətləri və özünüidarəetmə orqanları və digər aidiyyəti qurumlarla hər il keçirilən birgə tədbirlərin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsindəki əhəmiyyətindən danışıb.

Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev FHN-in müvafiq qurumlarının və regional mərkəzlərinin yerli aidiyyəti orqanlarla əlaqəli fəaliyyətinin daha da təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə çıxış edən FHN-in Bakı Regional Mərkəzi rəisinin birinci müavini polkovnik İlqar Səfərov, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov və başqaları fövqəladə hallarla mübarizə üzrə qarşılıqlı fəaliyyətin hazırkı vəziyyəti, mövcud əlaqələr, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat veriblər.

İnteraktiv formada keçirilən tədbirdə birgə fəaliyyətin daha da təkmilləşdirilməsi üzrə təkliflər səsləndirilib, geniş fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see187

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see185

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see176

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see145

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see143

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see143

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see142

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see138

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see135

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see134

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see130

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see129

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see128

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see127

Ayda həyatın mövcudluğunu 100 faiz inkar etmək mümkün deyil...

30 Noyabr 2025 00:35see126

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see126

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see123

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see122

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri