Icma.az
close
up
RU
Fransada hökumətin süqutu ölkənin müdafiəsi ilə bağlı planlara ciddi təsir edib

Fransada hökumətin süqutu ölkənin müdafiəsi ilə bağlı planlara ciddi təsir edib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paris, 9 sentyabr, AZƏRTAC

Sentyabrın 8-də Fransada Fransua Bayru hökumətinin süqutu ölkənin müdafiə planlaşdırılmasına ciddi təsir göstərib. Belə ki, 2026-cı ilin büdcə layihəsi dayandırılıb. Həmçinin 2024-2030-cu illəri əhatə edən Hərbi Proqramlaşdırma Qanununun yenilənməsi üzrə işlərin gecikməsi riski yaranıb. Bu qeyri-sabit siyasi vəziyyət silahlı qüvvələrdə, müdafiə sənayesi sektorunda və bəzi deputatlar arasında ciddi narahatlığa səbəb olub.

AZƏRTAC xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron bu il iyulun 13-də ordunun büdcəsini sürətlə artırmaq niyyətini bəyan etmişdi. O, müdafiə büdcəsini 2027-ci ilə qədər 64 milyard avroya çatdırmaq istədiyini bildirmişdi. Bu isə Hərbi Proqramlaşdırma Qanununda nəzərdə tutulan müddətin iki il tezləşdirilməsi deməkdir.

Fransa Beynəlxalq Radiosunun məlumatına görə, Milli Assambleyanın Silahlı Qüvvələr Komissiyasının sədri, deputat Jan-Mişel Jak qeyd edib ki, 2026-cı ildə gücləndirilməsi vacib olan hərbi imkanlar artıq müəyyənləşdirilib. O, xüsusilə vacib olan döyüş sursatı və yer-hava tipli raket sistemlərinin zəruriliyini vurğulayıb. Həmçinin dəniz qüvvələrində freqatların sayının artırılmasının da gündəmdə olduğunu bildirərək, bunların uzunmüddətli proqramlar olduğunu, quru, dəniz və hava müdafiəsini əhatə etdiyini bildirib. Deputat diqqətə çatdırıb ki, döyüş meydanında dronların rolu getdikcə artır və buna görə də 2026-cı ildən onların istehsalı başlamalıdır. Hərbi Proqramlaşdırma Qanunu çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan ən vacib və strateji layihələrdən biri də yeni aviadaşıyıcının inşasıdır.

Bildirilir ki, hazırkı hökumətin süqutu və yeni baş nazirin hələ təyin olunmaması Hərbi Proqramlaşdırma Qanunu çərçivəsində planlaşdırılmış bir çox strateji təşəbbüsün reallaşmasını sual altına alır. Müdafiə sənayesində çalışan şirkətlər, ordu rəhbərliyi və bəzi parlament üzvləri bu ləngimələrin Fransa ordusunun hazırlıq səviyyəsinə və texnoloji üstünlüyünə ciddi zərbə vuracağından ehtiyat edirlər. Nəticə etibarilə isə Bayru hökumətinin süqutu yalnız daxili siyasətdə deyil, eyni zamanda, Fransa ordusunun gələcək gücü və müdafiə qabiliyyətinin formalaşmasında da əhəmiyyətli problemlər yaradıb. Yeni hökumətin tezliklə qurulması və strateji layihələrin davam etdirilməsi ölkənin milli təhlükəsizliyi baxımından həyati önəm daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri