Icma.az
close
up
RU
Generalmayor ali hərbi rütbəsi verilən şəxslərlə bağlı MARAQLI MƏLUMATLAR Yeni Sabah

Generalmayor ali hərbi rütbəsi verilən şəxslərlə bağlı MARAQLI MƏLUMATLAR Yeni Sabah

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Yenisabah.az xəbər verir ki, Sərəncama əsasən, nazirliyin aşağıdakı hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsi verilib:

polkovnik Ələkbər Məhəmməd oğlu Cahangirov,

polkovnik Gündüz Əliş oğlu Əbdülov,

polkovnik Azər Əlövsət oğlu Qasımov,

ədliyyə polkovniki Elçin Nəriman oğlu Əliyev.

Xüsusi Təyinatlı Qüvvələrin Komandanı, xüsusi təyinatlı hərbi hissə komandiri Ələkbər Cahangirov Vətən Müharibəsi qəhrəmanıdır. O, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə Cəbrayılın və Şuşanın azad olunmasına görə medalları ilə, eləcə də "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Gündüz Əbdülov 1976-cı ildə Şuşa şəhərində anadan olub. O, 2000-ci ildə Türkiyə Milli Müdafiə Universitetində "sistem mühəndisliyi" ixtisası üzrə bakalavr, 2007-ci ildə yuxarı təhsil pilləsi üzrə ABŞ Quru Qoşunları Baş Komanda və Qərargah Akademiyasında operativ və strateji səviyyədə idarəetmə təhsili alıb, 2016-cı ildə Milli Müdafiə Universitetinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu bitirib. 2024-cü il yanvarın 12-də Milli Müdafiə Universitetinin rektoru təyin olunub.

Azər Qasımov da Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Cəbrayılın və Şuşanın azad olunmasına görə medalları, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə "Zəfər ordeni" ilə təltif edilib.

Adıçəkilən şəxslərlə yanaşı ədliyyə polkovniki Elçin Nəriman oğlu Əliyevə də "ədliyyə general-mayoru" ali hərbi rütbəsi verilib./Oxu.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 Noyabr 2024 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see232

Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı

19 İyul 2025 10:50see155

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see116

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see115

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see114

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see114

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see114

Tramp BRİKS in zəiflədiyindən danışdı

19 İyul 2025 11:50see112

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see112

Prezident: Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir

19 İyul 2025 17:40see110

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see109

İctimai siyasi fikir və dövlətçilik tariximizdə “Açıq söz” qəzeti

19 İyul 2025 15:43see109

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see109

Yaxınları Bakıda həbs olunan Rusiya vətəndaşları ilə görüşdü

18 İyul 2025 21:44see109

Gürcüstanda üç Türkiyə vətəndaşı saxlanılıb Qırmızı bülletenlə axtarışda olublar

19 İyul 2025 16:28see108

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see108

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see108

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see108

“Qarabağ”, “Sabah”, “Zirə” və “Araz Naxçıvan”ın 3 cü mərhələdəki potensial rəqibləri

19 İyul 2025 07:52see108

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri