Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Geniş arealın çevik “oyunçusu”

Geniş arealın çevik “oyunçusu”

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çinlə strateji tərəfdaşlıq dünyanın “siyasi tərəzi”sində ölkəmizin çəkisini artırıb

Beynəlxalq müstəvidə güc və maraqların təsir dairələri, sərhədləri dəyişdiyi indiki reallıqda yeni “güc mərkəzləri” yaranır. Dünyada baş verən siyasi, hərbi, eləcə də ticari-iqtisadi proseslərin gedişatına təsir etmək iqtidarında olan texnoloji liderlər meydana çıxırlar. Bu siyasi “marafonda” Azərbaycan üçün əsas vəzifə geosiyasi xəritəsi dəyişməkdə olan dünyanın yeni düzənində öz yerini tutmaq və maraqlarının nəzərə alınacağı oyunçu statusunu qazanmaqdır. Bu, həm bölgədə,  həm də onun hüdudlarından kənarda ölkəmizin iqtisadi, siyasi və texnoloji potensialını fəal şəkildə artırması ilə birbaşa bağlı məsələdir. Müasir texnologiyalar “indi və burada” prinsipi ilə fəaliyyəti və mövcudluğu mümkün sayır. Bu isə məqsəd və resursların düzgün müəyyən edilməsindən asılıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin Pekinə səfəri dünyanın ən qüdrətli dövlətlərindən biri olan Çinin ölkəmizlə münasibətlərə müstəsna diqqət yetirdiyini əks etdirir. Bu diqqətin səbəbini Azərbaycan rəhbərliyinin ölkəmizin dünyada yerini və rolunu gücləndirmək, suverenliyini və beynəlxalq subyektivliyini “böyük güclər”ə qəbul etdirmək üçün göstərdiyi səylərin real nəticəsi kimi səciyyələndirmək olar. Bu fəaliyyət, ilk növbədə, ölkəmizin yerləşdiyi coğrafiya və qlobal çağırışlara verdiyi operativ reaksiya ilə özünü göstərirdi. Əminliklə deyə bilərik ki, Bakının yürütdüyü məhz uğurlu xarici siyasəti Pekinlə əlaqələrə əlavə stimul verdi, ona münbit zəmin yaratdı. 

Çin dünyada geniş çeşiddə məhsulların ən böyük istehsalçısı və ixracatçısıdır. Azərbaycan isə Çin və Mərkəzi Asiyadan Avropaya gedən əsas yollardan birinin üstündə yerləşən strateji ölkədir. Bu kontekstdən yanaşsaq, həm Azərbaycan, həm də Çin Avrasiyanın intəhasız genişliyində sülhün və sabitliyin davamlı olmasında maraqlıdır və bu amil iki ölkə arasında əməkdaşlığın çoxşaxəliliyini, gündəliyin çeşidini formalaşdıran seqmentə çevrilib. Azərbaycan üçün əsas vəzifə bu yeni xəritədə öz yerini tutmaq və maraqlarının qəbul edildiyi “oyunçu” olmaqdır.

* * * 

Aprelin 23-də Pekində Prezident İlham Əliyev və Sədr Si Cinpinin imzaladıqları “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın, bir növ, son 33 ildə iki ölkənin keçdiyi əməkdaşlıq yolunu tamamilə yeni və geniş magistrala çevirdiyini deyə bilərik. ÇXR Sədri Si Cinpin Prezident İlham Əliyevlə danışıqlar zamanı bildirdi ki, ölkələrimiz hərtərəfli strateji tərəfdaşlığın yaradılmasını elan ediblər. Çin liderinin sözlərinə görə, müxtəlif sahələr üzrə əməkdaşlıq sənədlərinin imzalanması ikitərəfli münasibətlərin genişlənməsinə kömək edir. “İnanıram ki, Sizin səfəriniz məhsuldar nəticələr verəcək”, – deyə Çin lideri vurğulayıb.

Birgə bəyanatın 2-ci bəndi özünün siyasi tutumu və gələcəyə ünvanlanan mesajları ilə diqqəti dərhal cəlb edir. Həmin bənddə qeyd olunur ki, “Tərəflər strateji oriyentir kimi dövlət başçılarının diplomatiyasını və ən yüksək səviyyədəki mühüm razılaşmaları rəhbər tutacaqlarını, ikitərəfli münasibətlərin davamlı və uzunmüddətli inkişafını təşviq edəcəklərini bəyan etdilər”. 

Bəli, bu tarixi sənəddə bundan sonrakı yüksək tərəfdaşlıq mərhələsində də məhz dövlət başçılarının diplomatiyasının rəhbər tutulacağının vurğulanması ikitərəfli əlaqələrin gələcək perspektivə yönəlik siyasi mesaj kimi qəbul edilməlidir. Həmin bənddə o da qeyd olunur ki, hər iki tərəf praktiki əməkdaşlığı irəlilətmək üçün müntəzəm mexanizmlər çərçivəsində hökumətlər arasında əlaqələrin gücləndirilməsinə hazır olduqlarını təsdiqlədilər. Ardınca isə tərəflərin beynəlxalq və regional təşkilatlarda fəaliyyəti əlaqələndirmək, qanunverici orqanlar xətti üzrə təmasları və mübadilələri dəstəkləmək, Xarici işlər nazirlikləri arasında müntəzəm məsləhətləşmələr keçirmək əzmində olduqları qeyd edilir.

Bəli, əminliklə deyə bilərik ki, Çinə tarixi səfəri ilə Azərbaycan dövlətinin başçısı xarici siyasətin super vəzifəsini – dəyişən dünyada fəal iştirak və sabit mövqelərin formalaşdırılmasını müəyyən etdi. Bu, həm də o deməkdir ki, daha dünyanın siyasi arxitekturası iki-üç “baş dizayner” tərəfindən deyil, geniş tərkibli “orta güclərin” koordinasiyalı memarlığı ilə formalaşacaq. Həmin memar-ölkələr regional təşəbbüslər və yaratdıqları yeni güc mərkəzləri vasitəsilə özlərinin oyun qaydalarını beynəlxalq gündəmə gətirəcəklər. 

* * *

Pekində “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində hüquq, “yaşıl inkişaf”, rəqəmsal iqtisadiyyat, əqli mülkiyyət hüquqları və aerokosmik sənaye kimi sahələrdə əməkdaşlığa dair 20 sənəd imzalandı. Artıq neçə ildir ki, Azərbaycanı özünün daha geniş Avrasiya iqtisadi strategiyasının əsas oyunçusu qismində görən Çin qeyri-qazıntı enerji iqtisadiyyatının inkişafında, eləcə də qlobal təchizat şəbəkəsində və regional ticarət dəhlizlərində əsas halqa rolunu gücləndirməkdə həyati maraqları olan Bakı üçün yeni imkanlar yaratmaqdadır. Bu, yuxarıda qeyd etdiymiz kimi, Azərbaycanın özünün xarici siyasətini çoxsəviyyəli sistem kimi qurmasının məntiqi nəticəsidir. Bu uğurlu siyasətin sərhədləri Xəzərdən Afrikaya, Balkanlardan Sakit okeana qədər uzanır. Azərbaycan bu geniş arealda çevik, dəqiq və vaxtında hərəkət edir. Çağdaş dövrün diktə etdiyi modernləşmə yolunu seçmiş digər ölkələrlə birlikdə Azərbaycan dünyanın gələcək siyasi-iqtisadi simasını müəyyən edəcək dövlətlər sırasındadır.

Prezident İlham Əliyevin və Sədr Si Cinpinin səsləndirdikləri bəyanatlar danışıqların uğurla nəticələnməsindən, əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsindən xəbər verir. Hər iki lider münasibətlərin intensiv şəkildə dəyişən beynəlxalq vəziyyətə baxmayaraq, möhkəm və sabit olaraq qaldığını, bundan sonra yeni çalarlar qazanacağını bildirdi. “Hər iki ölkə diplomatik münasibətlərin qurulmasının ilkin niyyətini həmişə xatırlayır. Çin və Azərbaycan qarşılıqlı hörmət, ədalət və qərəzsizlik, eləcə də qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiq qalır. Tərəflər siyasi qarşılıqlı etimadı gücləndirməyi, praktiki əməkdaşlığı dərinləşdirməyi, beynəlxalq əməkdaşlığı möhkəmləndirməyi davam etdirməlidirlər. Eyni zamanda, hərtərəfli əməkdaşlığın yeni səhifəsini açmalıdır”, – Çin Sədri qeyd edib.

Birgə bəyanatda qeyd olunub ki, diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan–Çin əlaqələrinin inkişafındakı nailiyyətlər yüksək həddədir. Azərbaycan tərəfi dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır, “Tayvanın müstəqilliyi”nin istənilən formasına qarşı qətiyyətlə çıxır və ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir. Çin də Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir. 

Dövlətimizin başçısı Çin lideri Si Cinpini hər iki tərəf üçün əlverişli vaxtda Azərbaycana səfərə dəvət etdi. Bu dəvətin özü ikitərəfli əlaqələrin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin bariz təzahürü kimi başa düşülməlidir.

Sonda bir daha qeyd etmək istərdik ki, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanması münasibətlərin həm forma, həm də məzmun baxımından yeni mərhələyə keçməsinə zəmin yaradır.

Beləliklə, görünən reallıq ondan ibarətdir ki, Azərbaycan dünya birliyi tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir. Hazırda qlobal güc mərkəzləri ilə siyasi və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi, strateji əməkdaşlığın genişləndirilməsi ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. Bu mənada, Azərbaycanın Çin Xalq Respublikası ilə qarşılıqlı strateji tərəfdaşlığın əhəmiyyəti xüsusilə vurğulanmalıdır.

Prezident İlham Əliyevin Çinin Sinxua agentliyinə müsahibəsində dediyi kimi, qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan–Çin münasibətləri yüksələn xətlə inkişaf edir, strateji tərəfdaşlığımız isə yeni müsbət məzmunla zənginləşir.

Fikrət SADIXOV, 
Qərbi Kaspi Universitetinin professoru, politoloq

– Çin dünya siyasətində “böyük güclər”dən biri sayılan dövlətdir. Nüvə silahına malik, maraqlarının təsir dairəsi kifayət qədər geniş coğrafiyanı əhatə edən dövlət kimi hamı tərəfindən qəbul olunur. Belə bir qüdrətli dövlətlə Azərbaycanın münasibətlərinin inkişaf etməsi, əlbəttə ki, ilk növbədə ölkəmizin maraqlarına cavab verir. Çünki Azərbaycan həm qlobal Cənub və Şərqi Avropa, həm də Afrika, ərəb ölkələri ilə münasibətlərini yüksək səviyyədə qurub. O cümlədən Avropanın aparısı dövlətləri ilə enerji, nəqliyyat-kommunikasiya sahələrində yaxından əməkdaşlıq edir. 

Çin bu arealda olduqca mühüm rol oynayan dövlətdir. Asiyanın nəhəngi ilə Azərbaycan arasında strateji Birgə Bəyanatın imzalanması onu göstərir ki, bu coğrafiyada Çinin maraqları kifayət qədər genişdir. Bu sənədə imza atmaqla rəsmi Pekin, eyni zamanda, Azərbaycanın regionda güclü oyunçuya çevrildiyini etiraf etmiş oldu. On səkkiz bəndlik Birgə Bəyanatda iki ölkə arasında strateji tərəfdaşlıq məsələləri geniş yer tutur və tərəflər məhz bu istiqamətə xüsusi önəm verirlər. 

Azərbaycan Prezidenti İlham Əliyevin Pekində qarşılanması, ÇXR Sədri Si Cinpinlə geniştərkibli ikitərəfli görüşü, hökumətlər arasında 20 müqavilənin bağlanması tərəfdaslığın, doğrudan da, strateji xarakter daşıdığını ortaya qoyur. Aydın görünən odur ki, Azərbaycan–Çin münasibətlərində yeni mərhələ açılır. Deməli, rəsmi Pekin Azərbaycanın timsalında özünə etibarlı tərəfdaş, arxalana biləcəyi ciddi oyunçu tapdığını etiraf edir. Bu münasibətlərin qarşılıqlı hörmət və dost səmimiyyəti ilə müşayiət olunduğunu bütün dünya görür.             

İmran BƏDİRXANLI 
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Aprel 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see543

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see532

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see528

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see473

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see447

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see431

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see352

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see340

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see324

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see319

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see311

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see306

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see294

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see293

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see292

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see292

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see292

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see278

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see276
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri