Göyərçinləri yemləməyin qadağan olunduğu ölkələr və cərimələr
Icma.az, Lent az saytına istinadən bildirir.
Göyərçinlər artıq hər bir şəhər mənzərəsinin ayrılmaz hissəsinə çevrilib. Onlar dünyanın hər yerinə yayılıb və böyük şəhərlərdə yaşamağa uyğunlaşıblar. Hansı ölkədə göyərçinləri yemləməyə görə cərimə tətbiq edilir?
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Venesiyada göyərçinləri yemləmək qadağandır. Qaydanı pozan şəxslər 500 avroya qədər cərimələnə bilər. Hətta məşhur San-Markо meydanında bəzi satıcılar quş yemini turistlərə satsalar da, bu da qanunsuzdur.
Qadağa şəhər sakinlərinin həddindən artıq quş peyini ilə bağlı çoxsaylı şikayətlərindən sonra tətbiq edilib. 2026-cı ildə İtaliyada Olimpiya Oyunları keçiriləcəyi üçün Venesiyada turistlərin sayı daha da artacaq və qadağanın sərtləşdirilməsi gözlənilir.
Göyərçinləri yemləməyin qadağan olunduğu digər ölkə Almaniyadır. Qadağa bir çox şəhərlərdə, o cümlədən Münhen və Bonn şəhərlərində tətbiq olunur - bunu Bonn şəhərinin rəsmi saytı bildirir.
Qaydanı pozan şəxslər belə fəaliyyət zamanı tutulsa, 1000 avroya qədər cərimə oluna bilərlər.
Baxış sayı:39
Bu xəbər 15 Dekabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















