Icma.az
close
up
RU
Göyərtilərin faydası

Göyərtilərin faydası

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

İnsanın gündəlik rasionunda meyvə-tərəzlərin olması çox vacibdir. Lakin göyərtilər də öz faydalı xüsusiyyətlərinə görə meyvə-tərəvəzlərdən geridə qalmır. Biz çox vaxt göyərtilərə əlavə kimi, ədviyyat kimi baxırıq. Lakin du heç də belə deyil. Göyərtilərin gündəlik qəbulu (xüsusilə çiy şəkildə) insanın bütün orqan və sistemlərinə çox böyük müsbət təsir edir.

Göyərtilərin tərkibi çox zəngindir - mikro- və makroelementlər, vitaminlər, əvəzolunmaz aminoturşular, selluloz (qida lifləri) və s.

Cəfəri C vitaminlə olduqca zəngindir. Bundan əlavə cəfəridə beta-karotin, A, E, B qrupu vitaminləri var. Cəfəri müxtəlif xeyirli mikroelementlərin əsl anbarıdır. Belə ki, bu göyərtinin tərkibində dəmir, kalium, kalsium, ftor, maqnezium, sink, selen kimi vacib mikroelementlər var.

Cəfəri qanda şəkərin səviyyəsini və qan təzyiqini normallaşdırır, ödemlərin qarşısını alır, müxtəlif xəstəliklərin (o cümlədən, xərçəngin) inkişaf etmə riskini azaldır, kişilərin potensiyasına müsbət təsir edir.

Lakin böyrək daşı xəstəliyi olan insanlar cəfəridən az istifadə etməlidir.

Şüyüd digər faydalı vitaminlərlə yanaşı P vitamini ilə zəngindir. Bu vitamin damarların və kapilyarların divarlarını möhkəmləndirir. Şüyüd həzm proseslərini yaxşılaşdırır, orqanizmi şlaklardan və toksinlərdən təmizləyir, öd- və sidikqovucu effektinə malikdir, təzyiqi normallaşdırır, köpdən azad edir.

Xalq təbabətində şüyüd yumşaq yuxugətirici, əmizdirən analarda südartıran vasitə kimi istifadə olunur.

Keşnişin göyərtisində və toxumunda müxtəlif faydalı vitamin və mikroelementlər var. Keşniş xüsusilə karotin, C, P, B qrupu vitaminlərlə zəngindir. Keşniş həzm prosesləri yaxşılaşdırır, qanın tərkibinə, ürəyin fəaliyyətinə və damarların vəziyyətinə  müsbət təsir edir. Keşniş ağır qidaların (yağlı və s.) mənimsənilməsinə kömək edir, öd- və sidikqovucu, antiseptik təsir edir, insanın sinir sistemini sakitləşdirir.

Od daşı və böyrək daşı xəstəlikləri olan insanlar bu göyərtidən az miqdarda istifadə etməlidir.

İspanaq isanın immun sisteminə, sümüklərə çox müsbət təsir edir, ürəyin fəaliyyətini yaxşılaşdırır, qanda şəkərin səviyyəsini normallaşdırır, sinir sistemini sakitləşdirir.

Lakin ispanağı həddən çox miqdarlarda qəbul etmək olmaz. Məsələ burasındadır ki, ispanağın tərkibində turşəng turşusu çoxdur. Bu turşu isə böyrəklərdə daşların əmələ gəlməsinə səbəb ola bilər. Podaqra, böyrək və sidik yolları xəstəlikləri zamanı ispanağın qəbulu arzuolunan sayılmır.

Turşəng A, C, B qrupu vitaminləri, orqanik turşular, ftor və dəmirlə zəngindir. Turşəng insanın immun sistemini möhkəmləndirir, dişlərin və dərinin sağlamlığını qoruyur, qanın tərkibini yxşılaşdırır, anemiya (qanazlığı) zamanı xeyirlidir, insanın sinir sisteminə müsbət təsir edir. Lakin ispanaqda olduğu kimi, turşəng də turşəng turşusu ilə zəngir. Bu isə onu böyrək xəstəlikləri olan və ya onlara meyilliliyi olan insanlar üçün ziyanlı edir.

Kərəviz maqneziumla olduqca zəngindir. Bu isə onu insanın sinir və qan sistemləri üçün çox faydalı edir.

Kərəviz iltihabəleyhinə, sakitləşdirici təsirlərinə malikdir. Arıqlamaq istəyən insanlar bu göyərtini öz gündəlik rasionuna daxil etməlidir.

Kərəviz sellulozla zəngindir. Bu isə onu qəbizlik, köp zamanı çox xeyirli edir. Kərəviz mədə-bağırsaq sistemini təmizləyir, həzm prosesləri və iştahanı yaxşılaşdırır.

Böyrək daşı və mədə xorası zamanı kərəviz ziyanlı ola bilər.

Reyhan güclü mikrob- və iltihabəleyhinə təsirlərinə malikdir, iştahanı artırır.

Kahı da çox xeyirli göyərtidir. Kahı A, B qrupu, C, K, E, Kalium, kalsium, maqnezium, sink, mis, dəmir, selen və s. makro- və mikroelementlərlə zəngindir. Kahı azkalorilidır və bu səbəbdən arıqlamaq istəyən insanlar bu göyərtidən istifadə edə bilərlər.

Kahı insanın sinir və immun sisteminə müsbət təsir edir, yüngül yuxugətirici effekt verir,  həzmə kömək edir, orqanizmi ziyanlı maddələrdən təmizləyir, qanın tərkibini yaxşılaşdırır.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1175

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see358

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see346

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see345

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see344

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see337

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see299

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see275

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see245

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see217

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see204

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see197

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see184

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see177

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri