Günəşdə güclü partlayışlar gözlənilir
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Növbəti iki gün ərzində - avqustun 14 və 15-də Günəşdə M sinfindən olan partlayışlar gözlənilir. Bu, güc baxımından Günəş partlayışlarının sondan əvvəlki sinfidir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
"Günəşdə partlayış aktivliyi avqustun 14 və 15-də əsasən aşağı olacaq, M sinfindən olan partlayışlar gözlənilir", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Günəşdə baş verən partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Ən zəif A0.0 sinfi Yer orbitində hər kvadratmetrə 10 nanovat şüalanma gücünə uyğun gəlir. Növbəti sinfə keçdikdə şüalanmanın gücü 10 dəfə artır.
Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur. Bu emissiyaların yaratdığı buludlar Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.
Baxış sayı:43
Bu xəbər 14 Avqust 2026 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















