Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Gürcüstanın Şidi Kartli bölgəsindəki 12 kənd Keçmişdən bu günə səyahət

Gürcüstanın Şidi Kartli bölgəsindəki 12 kənd Keçmişdən bu günə səyahət

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tbilisi, 11 fevral, AZƏRTAC

Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları yerlər dedikdə, ilk növbədə, paytaxt Tbilisi və Borçalı yada düşür. Borçalı dedikdə isə, Kvemo Kartli (Aşağı Kartli) bölgəsinin Dmanisi, Bolnisi, Qardabani, bu bölgədə qeyri-formal olaraq mərkəz rolunu oynayan Marneuli rayonları və Rustavi şəhəri xatırlanır.

Tbilisidə yaşayanların əksəriyyəti də bir vaxtlar bölgələrdən paytaxta köçənlərdir. Amma əslində soydaşlarımız təkcə Kvemo Kartlidə yaşamırlar. Onlar həm də Şidi Kartli (Orta Kartli) bölgəsindədirlər. Burada azərbaycanlıların yaşadıqları 12 kənd var. Şidi Kartlinin Mtsxeta və Kaspi rayonlarında yerləşən bu kəndlərin yerləşdiyi ərazi el arasında “Muxran çökəkliyi” də adlanır.

AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Şidi Kartli bölgəsində olub.

Tbilisidən Türkiyə istiqamətinə gedərkən əvvəlcə Kaspi rayonunun Qarabağlar və Ferma kəndlərinin yanından keçirsən. Məlum olur ki, 1890-cı illərdə Şuşadan Gürcüstana gələn bir neçə ailə Kaspi rayonunun Muxran çökəkliyində məskən salıb. Bu bölgədəki Qarabağlar və Ferma kəndlərinin əsasını da məhz onlar qoyublar. Qarabağlar kəndinə bu ad məhz Azərbaycanın Qarabağ bölgəsinin şərəfinə verilib.

Bu kənddə diqqət çəkən maraqlı bir fakt da var. Tbilisidən Türkiyə sərhədinə gedən əsas magistraldan 150 metr məsafədə yerləşən məzarlıqda Ziyəddin Əliyev adlı bir nəfərin məzarı var. Onun arzusu ilə məzarüstü daşına “Qarabağ Azərbaycandır!” yazılıb. Belə ki, Şuşanın işğaldan azad olunduğu gün Ziyəddin Əliyevin təşəbbüsü ilə təkcə Qarabağlar və Ferma kəndlərində deyil, ətrafdakı yaşayış məskənlərində də qurbanlar kəsilib, bayram şənliyi təşkil edilib, atəşfəşanlıq olub. Ziyəddin Əliyevin ən böyük arzusu Şuşaya getmək olub. Bunun üçün bütün hazırlıqlar görülüb. Lakin vaxtsız əcəl buna imkan verməyib. O, 2021-ci ilin mayında dünyasını dəyişib.

Bir qədər irəlidə isə digər kəndlər - Muxrani (Həsənoğlu), Canqilani (Qarabağlar), Ferma, Sakadagiano (Tatuşağı), Xidisguri (Xidiquri), Cələ (Mikelçxara), Qori yaxınlığında Tedasminda, Kareli, Aqara, Zezman (Levitana), Ksan və Tsikudziri var.

Ksani çayının sağ və sol sahillərində yerləşən bu kəndlərin əhalisinin 70-95 faizini azərbaycanlılar təşkil edirlər.

Kaspi rayonunun Sakadagiano (Tatuşağı) və digər kəndlərinə baş çəkirik. Yolboyu hərəkət etdikcə Ksani çökəkliyi üzərindəki dağdakı qala və kilsə diqqəti çəkir. Müqəddəs Giorgi kilsəsi hündür qayalıqlar üzərində tikildiyi üçün buraya yalnız ilin müəyyən fəsillərində getmək olur. Digər tarixi abidə isə kral XI Davitin qardaşı Aşotan tərəfindən tikilmiş Baqration qalasıdır.

Kəndlərdən keçərək sonuncu Tatuşağı kəndinə gəlirik. Bu ərazi 1700-cü ildə Aşotan tərəfindən İrandan gəlmiş insanlara verilib və əvvəllər Tatlar adlanıb. Kəndin ziyalısı, şair Gülmalı Həsənoğlu Haqcanlı deyir ki, bu kəndin çox maraqlı tarixi var. Kəndin adı 1700-cü ildə İrandan köçüb gəlmiş insanların şərəfinə Tatuşağı (mənası köçkünlər deməkdir) kəndi adlandırılıb. Bu kənddə 180 ev var və əhalisinin sayı 1500 nəfərdən çoxdur. Kəndin əhalisi əsasən maldarlıq və ticarətlə məşğuldur.

Ksan kəndində isə köhnə evlərin sayı çox olsa da, 13 evdə yaşayış var, sakinlər təsərrüfatla məşğul olurlar.

Bölgədəki bu kəndlərin ümumi əhalisinin sayı 20 mindən çoxdur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Fevral 2026 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri