Hamiləlik dövründə həftədə ən azı 150 dəqiqə sürətli yeriş edilməlidir Fizioterapevt
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
“Fiziki aktivlik hamiləlik və zahılıq dövründə qadın və onun uşağı üçün çox faydalıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da həkim fizioterapevt Çinarə Hacıyeva açıqlayıb.
Onun sözlərinə görə, sağlam qadın hamiləlik dövründə həftədə ən azı 150 dəqiqə sürətli yeriş kimi fiziki aktivliklə məşğul olmalıdır:
“Bunu təbii ki, bir dəfəyə deyil, həkimin nəzarəti ilə həftədə 3 dəfə 10-15 dəqiqədən başlayaraq gündəlik 30-45 dəqiqəyə qədər artırmaqla etmək olar.
Fiziki aktivlik, vaxtından əvvəl doğuş və düşük ehtimalını azaldır. Lakin hamilə qadında vaxtından əvvəl doğuş, cift gəlişi, uşaqlıq boynunun zəifliyi, yüksək qan təzyiqi, qanaxma olarsa, ehtiyatlı olmalı, mütləq həkimdən məsləhət almalıdır. Fiziki aktivlik zamanı bədəninizin istilik durumunun çox artmamasına diqqət yetirmək lazımdır. Kifayət qədər maye qəbul edin və isti havada fiziki aktivlikdən çəkinin”.
Fizioterapevt sonda qeyd edib ki, fiziki aktivliklə yanaşı hamilə xanımlar qidalanmalarına da xüsusi diqqət yetirməlidirlər.
Baxış sayı:101
Bu xəbər 14 Yanvar 2025 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















