Icma.az
close
up
RU
Menu

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

İsrail və HƏMAS arasında tarixi razılaşma...

Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

Tramp Harvarda 30 gün vaxt verdi

Kreml Ukrayna ilə bağlı şərtlərini açıqladı: Zəmanət verilməlidir

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

“Hazırda Elmlər Akademiyasında işləyirəm... İşgəncələrin nəticəsi olaraq teztez xəstələnirəm...”

“Hazırda Elmlər Akademiyasında işləyirəm... İşgəncələrin nəticəsi olaraq teztez xəstələnirəm...”

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Karserdə keçirdiyim birinci gecədə mənə o da aydın oldu ki, DTN türməsində işgəncəyə məruz qalan təkcə mən deyiləm. Mən yaxınlıqdakı kamerada saxlanılan bir qadının ah-naləsini, çığırtısını, hıcqırıqlarını eşidəndən sonra bu qənaətə gəldim...”

“Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə  Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...

İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...”

Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış  “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...

Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.

Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət,   Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.

Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:

"İstintaq materiallarından...

(Əvvəli burada: )

“Şahid Fərəcov Əliqulu Səttar oğlu – (Azərbaycan Respublikası EA-nın kənd təsərrüfatının iqtisadiyyat şöbəsinin müdiri, professor): 

“Bütün həyatım boyu tədris müəssisələrində, elmi idarələrdə çalışmışam. Bu müddət ərzində 20-dən artıq elmi əsər yazıb çap etdirmişəm, bütün ömrümü gənc mütəxəssislərin tərbiyəsinə həsr etmişəm. Hələ 1939-cu ildə mənə iqtisadi elmləri namizədi və professor adı verilmişdir. Vətən qarşısındakı xidmətlərimə görə hökümət mükafatlarına: “Qızıl Bayraq” ordeni, “Qafqazın müdafiəsinə görə”, “1941- 45-ci illərdə Böyük Vətən Müharibəsində rəşadətli əməyə görə” medalları ilə təltif olunmuşam... 

1948-ci ildə mən Bakı şəhərində Xalq təsrrüfatı institutunun direktoru vəzifəsində işləyirdim. 1948-ci ilin dekabr ayında mənə Azərbaycan SSR Nazirlər Sovetindən özünü oranın işçisi kimi təqdim edən bir kişi zəng vurdu. Familiyasını mənə demədi, bildirdi ki, mən Respublika Nazirlər Soveti sədri T.Quliyevin sərəncamı ilə təcili olaraq Naxçıvana gedib, kolxozçular və ziyalılar qarşısında mühazirə oxumalıyam. Bu təklifi mən çox razılıqla, sevinclə qarşıladım, çünki zəhmət adamları qarşısında mühazirə oxumağı özümə borc bilirdim, üstəlik də bu mənə Nazirlər Soveti sədrinin adından tapşırılırdı... 

Ertəsi gün mən Nazirlər Sovetinə getdim. Oradan mənə T.Quliyevin adından Naxçıvana getmək təklifi ilə bağlı məktub təqdim olundu. Bütün zəruri sənədləri və sərhədyanı rayona getmək üçün buraxılış vəsiqəsini hazırlayıb səhər tezdən qatarla yola düşdüm. Biləcəri stansiyasında DTN orqanlarının əməkdaşı kupeyə daxil olub, məndən sənədlərimi göstərməyi tələb etdi. Bütün sənədlərim və buraxılış vəsiqəm qaydasında idi. Həmin əməkdaş məndən hərbi bilet tələb etdi. Mən deyəndə ki, onu özümlə götürməmişəm, o məni növbəti stansiyada düşürəcəyini bildirdi. Mən DTN əməkdaşının bu cür rəftarına etirazımı bildirdim. Puta stansiyasında o mənə xəbərdarlıq edib bildirdi ki, əgər öz xoşumla qatardan düşməsəm, o, fiziki qüvvə tətbiq edəcək. Mən qatardan düşməyə məcbur oldum və səfərimin baş tutmamasına təəssüfləndim... 

Puta stansiyasında mənə mülkü paltarda bir nəfər yaxınlaşıb, maşınla məni Bakıya apara biləcəyini bildirdi. Mən qayğısına görə təşəkkür edib, maşına mindim. Bakıya çatanda o, maşını DTN-nin həyətinə sürdü. Məni həbsxanaya salıb, üst-başımı yoxladılar, bütün sənədlərimi alıb, təkadamlıq kameraya itələdilər. Mən qanunsuz həbs olunmağıma etirazımı bildirdim, order tələb etdim, MK-ya, Nazirlər Sovetinə, prokurorluğa şikayət etməyə icazə istədim. Mənə gülüb deyirdilər: “Yerində sakitcə otur”. Bütün günü gecə saat 3-dək kamerada oturub qeyri-qanuni həbs olunmağımın səbəblərini özüm üçün aydınlaşdırmağa çalışdım... 

Gecə saat 3-də məni Kəmərskinin yanına istintaqa apardılar. Kəmərski məndən Türkiyə kəşfiyyatı ilə əlaqələrim barədə məlumat verməyimi tələb etdi. Mən həbs olunmağımı qeyri-qanuni hesab etdiyim üçün bu işi əməlli-başlı araşdırmağı, mənə qarşı onun əlində olan əşyayi-dəlili təqdim etməyi xahiş etdim. Kəmərski isə türk kəşfiyyatı ilə əlaqəm olduğunu boynuma almağı israrla tələb edirdi. O, dövlət təhlükəsizlik nazirinin keçmiş müavini Mustafayevin ögey atası Ömər Faiq Rəşidzadənin 1920-ci ildə türk agenti olması, mənim Ömər Faiqlə cinayət əlaqəsində olmağım və bu əlaqəni son vaxtlaradək davam etdirməyim barədə ifadə verməyə məni məcbur edirdi. Mən Kəmərskiyə izah etdim ki, Ömər Faiqi 1920-ci ildən Bakı şəhərində texnikum müəllimi kimi tanıyıram. Ömər Faiq milliyətcə türk idi və türkləri SSRİ-dən köçürən zaman  Türkiyəyə sürgün olunmuşdu. O, Musatafayevin anası Xavər Rəşidzadə ilə evləndiyi üçün SSRİ-dən könülsüz gedirdi. Mən onda heç bir cinayətkar əməl, xüsusilə də türk kşəfiyyatıyla bağlı fəaliyyət görməmişəm. Mənim izahatım Kəmərskini qane etmədi. O məndən özüm və Ömər Faiq barədə əslində olmayan şey haqqında yalan ifadə verməyi tələb edirdi... 

Məndən istədiyi ifadəni ala bilməyən Kəmərski səhərə yaxın məni həmin təkadamlıq kameraya göndərdi. Ertəsi gün mən dindirilmək üçün Kəmərski və Qasımovun yanına çağrıldım. İstintaq zamanı keçmiş nazir Yemelyanov iki dəfə otağa daxil oldu. Qasımov və Kəmərski həmin istintaqda yenidən türk kəşfiyyatı ilə mövcud olmayan əlaqələrimi boynuma almağı tələb edirdilər. Bir də onlar ən çox Azərbaycan KP MK-nın ikinci katibi Əlizadə və dövlət təhlüksizlik nazirinin müavini Mustafayevə ləkə gətirə biləcək nə isə bir şey danışmağımı istəyirdilər. Kəmərski və Qasımov açıq-aşkar tələb edirdilər ki, Əlizadə və Mustafayevin türk kəşfiyyatı ilə əlaqəsi barədə yalan ifadə verim. Mən təmiz adamlara böhtan atmaqdan imtina etdikdə onlar məni hədələyib, vəziyyətimi pisləşdirə biləcəyimi söylədilər. Yemelyanov otağa girən kimi mənə yaxınlaşıb yumruğunu stolun üstünə vurub, ünvanıma nalayiq sözlər deyib, əgər Əlizadə, Mustafayev və Ömər Faiq barədə yalan məlumat verməsəm, məni işıq üzünə həsrət qoyacaq və zirzəmidə çürüdəcəyi ilə hədələyirdi. Mənim istintaqım protokollaşdırılmadı. Mən yenidən həmin kameraya salındım... 

Gecə məni Qasımovun, oradan da Yemelyanovun yanına apardılar. Qasımovun yanında Yemelyanov mənim üstümə çığırmağa, məni söyməyə başladı. Mən heç kimə ləkə atmayacağımı bildirəndə Yemelyanov məni karserə salmağı əmr elədi. Nəzarətçiyə mənim salınmalı olduğum karserin nömrəsini də dedi. Familyasını bilmədiyim bir nəzarətçi məni bir otağa saldı və soyunmağı təklif etdi. Sonra məni təkcə alt tuman-köynəkdə karserə saldılar. Karser- yorğan-döşəyi olmayan dəmir çarpayı qoyulmuş kiçik təkadamlıq kamera idi. Çarpayı sınıq idi. Onun üstündə nəinki uzanmaq, heç oturmaq belə, mümkün deyildi, çünki çarpayının torşəkilli dəmirinin düzəldildiyi məftillərin iti uçu adamın bədənini dəlik-deşik edərdi. Mən sement döşəməyə oturmağa, ya da ayaq üstə durmağa cəhd etdim. Ancaq qapının deşiyindən məni güdən nəzarətçi mənə döşəməyə uzanmağı əmr etdi. Karserin şüşələri sınıq olduğundan içəri soyuq idi. Mən belə düşünürəm ki, şüşələr qəsdən sındırılıbmış ki, oraya salınan dustaqlar daha çox əzab çəksinlər... 

Karserdə məni bir sutkaya qədər saxladılar. Bu müddət ərzində mənə nə su, nə yemək verdilər. Karserdəki temperatur bayırdakı ilə eyni olduğundan mən möhkəmcə üşümüşdüm. Həmin il qış çox sərt gəlmişdi, hava dəhşətli dərəcədə soyuq keçirdi. Soyuqdan titrəməyə başladım və mənə tibbi yardım göstərilməsini xahiş etdim. Nəzarətçi mənə bildirdi ki, həkimin istirahət günüdür, mənə heç bir yardım göstərilməyəcək. Məni karserdən birbaşa Qasımovun yanına apardılar. Qasımov mənə bildirdi ki, əgər mən onun, Kəmərski və Yemelyanovun tələb etdiyi izahatı verməsəm, vəziyyətim daha da pis ola bilər. O mənə bildirdi: “Bizdə o karserdən də betər yerlər var”. Mən başa düşdüm ki, Yemelyanov, Qasımov və Kəmərski mənə qarşı işgəncənin daha da görülməmiş növlərini tətbiq edə, Yemelyanovun dediyi kimi “zirzəmidə çürüdə” bilərlər. fikirləşdim ki, vəziyyət çıxılmazdır, məni burada öldürə bilərlər, heç kimdə bundan xəbər tutmaz... 

Karserdə keçirdiyim birinci gecədə mənə o da aydın oldu ki, DTN türməsində işgəncəyə məruz qalan təkcə mən deyiləm. Mən yaxınlıqdakı kamerada saxlanılan bir qadının ah-naləsini, çığırtısını, hıcqırıqlarını eşidəndən sonra bu qənaətə gəldim. Soyuqdan və yuxusuzluqdan çəkdiyim əziyyət məni Qasımova təslim olmağa, onun istədiyi izahatı yazmağa məcbur etdi. Qasımov mənə qələm-kağız verib, öz əlimlə Mustafayevin atalığı Ömər Faiq Rəşidzadənin türk casusu olması və bundan mənimlə yanaşı Mustafayevin, Əlizadənin və Xavər Rəşidzadənin də xəbəri olması barədə yalan yazmağa məcbur etdi. Mən Qasımovun tələb etdiyi şeyləri yazmağa çalışırdım. Lakin yazdıqlarım Qasımovu qane etmirdi. O mənə bildirdi ki, mənim özümü aparmağım və yazdıqlarım barədə Yemelyanova məlumat verəcək. Gündüz kamerada idim, gecə yenə məni alt tuman-köynəkdə karserə atdılar. Gündüz kamerada məni yatmağa qoymadılar, gecə də karserdə soyuqdan yata bilmədim... 

Səhər Qasımovla Kəmərski məni çağırdılar. Qasımov bildirdi ki, izahatlarım Yemelyanovu qane etmədi. Mənsə dedim ki, daha yalan uydurmağa mənim halım yoxdur. Gecə məni yenə də karserə saldılar. Səhər, demək olar ki, məni hurşsuz vəziyyətdə Qasımovun və Kəmərskinin yanına apardılar. İstintaq zamanı məndən nə soruşulduğunu və mənim nə cavab verdiyimi xatırlamıram. Sonra məni kameraya göndərdilər, mən orda iki gün qaldım, bu müddətdə məni dindirməyə çağırmadılar. Sonra məni Yemelyanovun otağına gətirdilər. Ondan başqa Atakişiyev də, Qasımov da otaqda idilər. Bu dəfə Yemelyanov hiss olunacaq qədər nəzakətli idi, məni Əlizadə, Mustafayev və anası barədə yalan izahat vermək üçün dilə tutdu. Yemelyanov mənə dedi ki, əgər mən DTN-in tapşırığı ilə Əlizadə, Mustafayev, onun qohum-əqrabası və digər Azərbaycan ziyalıları barədə istənilən məlumatı versəm, məni həbsdən azad edəcək. Sonra Yemelyanov onu da bildirdi ki, əgər mən onun təklifini rədd etsəm, onda “orqanların qılıncı başımın üstündə hazırdır”... 

Yemelyanov həmin dəqiqə məni azad etmək barədə sərəncam verdi. Lakin mən həbsxanada daha iki, ya üç gün saxlanıldım. Sonra məni Qasımov yanına çağırıb imzalamaq üçün bir neçə istintaq protokolu verdi. Protokollar qabaqçadan hazırlanmışdır. Qasımov məni tələsdirdiyindən mən protokolları oxuya bilmədim. O mənə bildirdi ki, teatra gecikir, mənim protokolları oxumağımı gözləməyə vaxtı yoxdur. O mənə bildirdi ki, Əlizadə ilə şəxsən M.C.Bağırov özü maraqlanır, bunu nəzərə al. Mən protokolları imzaladım. Bundan sonra mən bir gecə də türmədə qaldım. Səhər məni maşınla Ələt stansiyasına aparıb qatara mindirdilər və Naxçıvana yola saldılar... 

Naxçıvandan qayıdandan sonra Qasımov mənimlə bir neçə dəfə görüşüb, Əlizadə, onun arvadı Qəmər, qaynı Mustafayev, qaynanası Xavər Rəşidzadə barədə böhtançı məlumatlar verməyi tələb etdi. Mən onlar haqqında yalnız həqiqəti bildirib, dedim ki, onları adi vətəndaşlar, respublikanın məsul işçiləri kimi tanıyıram. Qasımovla son görüşlərimdən birində o bildirdi ki, “Bağırov sənin əlindən çox yanıqlıdır, odur ki, sənin ad-sanını, şöhrətini korlaya bilər”... 

Azərbaycan KP MK büro yığıncaqlarından birində Xalq Təsərrüfatı İnstitutunun işi müzakirə olunan zaman Bağırov səbəbsiz yerə məni təhqir etməyə, söyməyə başladı və dedi ki, mən sovet adamı deyiləm, məni güllələmək lazımdır. Elə oradaca Bağırov məni istitutun direktoru vəzifəsindən çıxarmağı təklif etdi... 

Mən həqiqətən işdən azad edildim. Hazırda Elmlər Akademiyasında işləyirəm. Türmədə məruz qaldığım işgəncələrin nəticəsi olaraq tez-tez xəstələnirəm...”

Təqdim etdi: 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Yanvar 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

29 May 2025 16:23see157

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see129

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see124

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see124

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see120

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see119

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see117

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see114

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

29 May 2025 15:10see113

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see113

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

29 May 2025 16:23see113

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see112

Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır

29 May 2025 15:22see112

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see111

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see111

Kreml Ukrayna ilə bağlı şərtlərini açıqladı: Zəmanət verilməlidir

29 May 2025 13:21see111

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri