Icma.az
close
up
RU
Hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir

Hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Prezident cənab İlham Əliyevin "Euronews” televiziyasına verdiyi müsahibə XII Qlobal Bakı Forumunun beynəlxalq məsələlərin müzakirəsində oynadığı mühüm rolu vurğulamaqla yanaşı, müasir qlobal düzənin əsas problemlərini də işıqlandırır. Dövlət başçımız dünya nizamının dəyişdiyini, beynəlxalq təşkilatların etibarlılığının zəiflədiyini və yeni təhlükəsizlik mexanizmlərinin yaradılmasının vacibliyini qeyd edərək, Azərbaycanın milli maraqlarını qoruma siyasətinin uğurlu model olduğunu diqqətə çatdırıb”.

Azərbaycan son illərdə həm regional, həm də qlobal siyasətdə önəmli aktorlardan birinə çevrilib. Ölkənin strateji coğrafi mövqeyi, zəngin enerji resursları və balanslaşdırılmış xarici siyasəti onun beynəlxalq nüfuzunu gücləndirib. Xüsusilə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan yalnız Cənubi Qafqazda deyil, daha geniş geosiyasi məkanda da təsir gücünü artırıb.  Dünyanın hər yerindən siyasətçiləri və ekspertləri bir araya gətirən aparıcı tədbirlərdən biri də Qlobal Bakı Forumudur. Prezident cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə sayca 12-ci dəfə keçirilən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” adlı forumda bəşəriyyəti narahat edən aktual problemlər müzakirə edildi, çıxış yolları axtarıldı, müvafiq təkliflər və tövsiyələr səsləndirildi.

Forum çərçivəsində Prezident İlham Əliyevin "Euronews” televiziyasına verdiyi müsahibədə dünya və regional gündəmə də toxundu, regional və qeyri-regional ölkələrə mühüm mesajlar ünvanladı. Dövlət başçısı forumun əhəmiyyətindən danışaraq bildirdi ki, XII Qlobal Bakı Forumun iştirakçılar ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşəcəklər, xüsusilə bu gün beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda. Bu Forumun iştirakçılarının adları onun potensialını əks etdirir. 

Dövlət başçısı müsahibəsində toxunduğu önəmli məsələlərdən biri də dünyada nizamlı sistemin olmaması barədə səsləndirdiyi fikirlər oldu. Bu gün dünyada sürətli dəyişikliklər gedir və bəzi proseslər xaotik xarakter alır. Qlobal səviyyədə müxtəlif siyasi, iqtisadi və ekoloji problemlər son illərdə daha mürəkkəb hala gəlib. Əvvəllər mövcud olan qaydalar və strukturlaşmış beynəlxalq münasibətlər bəzi hallarda öz effektivliyini itirir. Bununla yanaşı, yeni güc mərkəzlərinin meydana gəlməsi, texnologiyanın sürətli inkişafı və pandemiya kimi qlobal miqyaslı hadisələr bu vəziyyəti daha da mürəkkəbləşdirib. Prezident İlham Əliyev müsahibəsində məhz bu məqamlara toxunaraq əlavə etdi ki, bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. 

Dövlət başçısı müsahibədə diqqətə çatdırdı ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Prezident İlham Əliyevin dünyada cərəyan edən geosiyasi və geoiqtisadi proseslərə baxışını əks etdirən bu cümlələrdən aydın olur ki, hər bir ölkə öz gücünə, imkanlarına belə bağlamalıdır. Beynəlxalq yardıma və hüquqa arxalanmaq artıq risklidir. Dövlət başçısının belə qəti fikir söyləməsi onunla bağlıdır ki, Azərbaycan müsqətillik illərində beynəlxalq səviyyədə ikili standartlara məruz qaldı və problemlərinin həllində müvafiq beynəlxalq təşkilatlardan hər hansı bir yetərli dəstək almadı, Prezidentin qeyd etdiyi kimi, ölkəmiz beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı oldu. Dövlət başçısı müsahibəsində birmənalı şəkildə vurğuladı ki, milli maraqlarımız məsələsində Azərbaycan heç kəsə və ya heç bir təsisata arxalanmadı. 

Dövlət başçısının müsahibəsində diqqət çəkən məsələlərdən biri də onun Cənubi Qafqaz regionu barədə fikirləridir. Bu gün region çox məsuliyyətli mərhələdən keçir. Regionun ən təhlükəli problemi- Qarabağ münasiqəşi həll olundu və müşahidə edilən proseslər Azərbaycanın formalaşdırdığı yeni reallıqlar fonunda cərəyan edir. Bakı Ermənistanın sülh gündəminə sadiq qalmasını və regionda davamlı sülhün yaradılması üçün adekvat addımlar atmasını gözləyir. Barışığa doğru addımlar atmaq lazımdı və Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, region hazırda nisbətən sakit dövrdədir. Amma bu sakitlik real addımlarla təmin olunmalı, gücləndirilməlidir. Prezident bir daha xatırlatdı ki, növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaradılmalıdır və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışılmalıdır. 

Bir sözlə, Prezident bir daha Azərbaycanın milli maraqlara yönəlik xarici siyasət kursu tutduğunu və hədəflərə çatmasında ancaq öz gücünə arxalandığını ortaya qoydu. 

Fuad Hüseynzadə

Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 17 Mart 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri