Icma.az
close
up
RU
Həm oyunu, həm gözəlliyi ilə qadın futbolumuzun əsas ulduzu

Həm oyunu, həm gözəlliyi ilə qadın futbolumuzun əsas ulduzu

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Ölkəmizin yaşıl futbol meydanlarında uğurları elə də çox deyil. Yalnız son illərdə "Qarabağ" avrokuboklardakı parlaq çıxışı ilə azarkeşlərimizi sevindirir. Bəzən digər klublarımız da bir neçə mərhələ keçməyi bacarırlar, milli komandamız isə ara-sıra güclü rəqibləri büdrətməsi ilə diqqət çəkir. Ölkə xaricində çıxış edən bir neçə futbolçumuz qolları ilə azərbaycanlıların da futbol oynaya bildiyini göstərməyə çalışır. Böyük futbolda nailiyyətlərimiz təxminən elə bu çərçivə daxilindədir.

Son zamanlar qadın futbolu varlığını hiss etdirməyə başlayıb. Həm millinin nəticələri, həm də bir neçə komanda üzvünün ölkə xaricində uğurlu çıxışı qızlarımızın adından bəhs etdirmələri ilə nəticələnib.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Legioner həyatı yaşayan qadın futbolçuların arasında ən uğurlusu

2023-cü ildə qadın futbolçulardan ibarət milli komandamız UEFA Millətlər Liqasında B Liqasına vəsiqə qazanmaqla tarixi uğura imza atdı. Düzdür, B Liqasında daha güclü rəqiblərlə görüşlərdə yığmamız yaxşı nəticələrinin davamını gətirə bilmədi, lakin heç bir komandaya da asanlıqla təslim olmadı. Yığma C Liqasının cari mövsümündə də ən yaxşı üçüncülərdən biri oldu. Təəssüf ki, son oyundakı uğursuzluq B Liqasına qayıtmaq üçün problem yaratdı.

Qızlarımızın milli səviyyədə özlərini göstərmələri bir çoxunun Avropa klublarının diqqətini çəkməsi ilə nəticələnib. Legioner həyatı yaşayan qadın futbolçuların arasında ən uğurlulardan biri Nigar Mirzəliyevadır. 23 yaşlı müdafiəçi Rusiyanın "Zenit" klubunda yaxşı oyunu ilə diqqət çəkir. Sorağı Sankt-Peterburqdan gələn qız bir neçə gün əvvəl "Zenit"lə Rusiya Super Kubokunun qalibi oldu. 2022-ci ildən "Zenit"in formasını geyinən Nigar komandanın aparıcı simalarından biri sayılır. Hətta tez-tez Rusiya çempionatında turun rəmzi komandasına düşür. "Zenit"lə ikinci dəfə Rusiya Superkubokunu qazanan Nigar Mirzəliyeva 2023 və 2024-cü illər mövsümlərində ölkə çempionu titulunu əldə edib. Komanda hazırda davam edən 2025-ci il mövsümündə də turnir cədvəlinə başçılıq edir.

Kimdir Nigar?

Nigar Mirzəliyeva 28 aprel 2002-ci ildə Mingəçevirdə anadan olub. O, uşaq yaşlarında doğma şəhərində futbol məşqlərinə qoşulub. 11 yaşı olarkən Nigar futbol proqramı çərçivəsində bir neçə ay İngiltərənin "Mançester Yunayted" klubunun akademiyasında təlim-məşq proqramında iştirak edib. Onun futbolçu kimi inkişafında bu təcrübənin böyük rolu olub. 2018-2019-cu ildə Balakənin "Balxurma" klubunda, bir il sonra Şəkinin "Marxal" komandasında oynayan Nigar ardınca karyerasını legioner olaraq davam edib. 2021-ci ildə Kazanın "Rubin" klubunda çıxış edib. Martın 14-də çempionatda ilk rəsmi oyununa çıxıb. Ümumilikdə, Kazan klubunda 47 dəfə liqa, bir dəfə isə kubok oyununda meydanda olub.

"Rubin"dəki performansı gənc oyunçunun Rusiyanın ən güclüsü - "Zenit"in diqqətini çəkməsi ilə nəticələnib. 2022-ci ildə o, Sankt-Peterburq təmsilçisi ilə iki illik müqavilə imzalayıb və hələ də bu komandanın formasını geyinir.

Gənc yaşlarından milli komandalara dəvət alan mərkəz müdafiəçisi U-17 yığmamızda 13, U-19 komandasında üç matçda meydana çıxıb. 18 yaşı olarkən isə əsas komandaya dəvət alıb. Burada 23 oyun keçirən futbolçu fərqlənməyi də bacarıb. Klubunda isə o, əsas heyətin əvəzedilməz oyunçularındandır.

Hədəf daha böyükdür

Nigar Rusiyadakı uğurlu çıxışı ilə kifayətlənmək niyyətində deyil. Gənc futbolçu gələcəkdə Avropanın daha böyük komandalarında oynamağı düşünür: "Daha böyük liqalarda çıxış etmək əla olar. Avropanın aparıcı futbol ölkələrində oynayan Azərbaycanın ilk qadın futbolçusu olmaq istəyərəm. Bəzi klublardan təkliflər almışam. Həmçinin "Zenit" də yeni müqavilə təklif edib. Lakin hələlik düşünürəm. Avropanın güclü klublarından dəvət gəlsə, mütləq dəyərləndirəcəyəm".

Milli futbolçu uğurlarının sirri barədə də fikirlərini bildirib. O, futbola olan sevgisinin və məşqlərə ciddi yanaşmasının ən əhəmiyyətli məqam olduğunu vurğulayıb: "Futbola böyük sevgim var. Uğurlu çıxışlarımı da buna borcluyam. Fikrimcə, əgər bir işi sevərək edirsənsə, mütləq uğur qazanacaqsan. İşimi çox sevirəm, məşqlərimi ciddi edirəm. Bu da uğur əldə etməyimə kömək olur. Həm millidə, həm də klubumda bunun davamlı olması üçün lazım olan hər şeyi edəcəyəm".

Gözəlliyi ilə heyran edir

Nigar Mirzəliyeva həm də gözəlliyi ilə diqqət çəkir. Onun sosial şəbəkə hesablarında böyük izləyici kütləsi var. Eyni zamanda, yerli və xarici futbolsevərlər tez-tez futbolçumuzun gözəlliyi ilə bağlı paylaşımlar edirlər. Hətta o, ən gözəl futbolçu qadınlardan biri, "Yuventus"un oyunçusu Alişa Lemanla müqayisə olunur. Bir sözlə, Nigar Mirzəliyeva həm oyunu, həm gözəlliyi ilə qadın futbolumuzun əsas ulduzudur.

O, hələ çox gəncdir, karyerasının başlanğıcındadır. 23 yaş futbolda parlamaq üçün ideal dövrdür. Bundan sonra da Nigar məşqlərinə eyni məsuliyyətlə yanaşaraq, daha böyük uğurlar əldə etmək üçün səy göstərməlidir. Sevdiyi idman növündə daha böyük nəticələr əldə etmək üçün o, hər şeyə malikdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 İyun 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri