Hər 200 kişidən biri Çingiz xanın nəslindəndirmi? Alimlər suala cavab tapdı
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Qazaxıstanda hökmdar məzarlarından əldə edilən genetik məlumatlar Mərkəzi Asiyada geniş yayılmış bir mifin doğru olmadığını göstərib.
Oxu.Az-ın "Phys" nəşrinə istinadən verdiyi məlumata görə, Alimlər Monqol imperiyasının şimal-qərb qolu olan Qızıl Ordanın hakim elitasına məxsus DNT qalıqlarını analiz ediblər.
Tədqiqat zamanı müəyyən edilib ki, bu şəxslərin genetik mənşəyi Monqol yaylasına gedib çıxır və onların Y-xromosomları C3 genetik klasterinin bir qoluna aiddir.
Daha əvvəl bəzi alimlər C3 klasterinin Mərkəzi Asiyada geniş yayılmasını Monqol imperiyasının təsiri ilə əlaqələndirərək, bölgədəki hər 200 kişidən birinin Çingiz xanın qohumu ola biləcəyi ehtimalını irəli sürmüşdülər. Lakin yeni araşdırma göstərib ki, Qızıl Orda elitasında bu genetik qol mövcud olsa da, müasir əhali arasında olduqca nadir hallarda rast gəlinir.
Bu isə Çingiz xanın çoxsaylı nəslinin bu günə qədər geniş şəkildə davam etməsi barədə fikirlərin böyük ehtimalla mif olduğunu göstərir. Alimlər bildirirlər ki, Çingiz xanın dəqiq genetik profili yalnız onun məzarı tapıldıqdan sonra müəyyən edilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 23 Fevral 2026 04:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















