Hər gün etdiyiniz səhv ürək xəstəliklərinə səbəb ola bilər
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xörək duzu maddələr mübadiləsinin normal gedişində, sinir və əzələ fəaliyyətində, həmçinin orqanizmdə maye balansının qorunmasında mühüm rol oynayır.
Milli.Az xəbər verir ki, həkimlərin sözlərinə görə, yetkin insanların gündəlik minimum duz ehtiyacı təxminən 1,4 qramdır. Tövsiyə olunan gündəlik qəbul miqdarı isə 3,8-6 qram arasında dəyişir.
Buna baxmayaraq, bir çox insan, xüsusilə uşaq və yeniyetmələr normadan artıq duz qəbul edir. Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, həddindən artıq duz istehlakı yüksək qan təzyiqi, ürək-damar xəstəlikləri, böyrək problemləri və maddələr mübadiləsinin pozulması riskini artırır.
Mütəxəssislər qeyd edirlər ki, duz yalnız yeməklərə əlavə edilən məhsul deyil, eyni zamanda bir çox hazır qidanın tərkibində də olur. Buna görə də gündəlik qidalanmada duz miqdarına nəzarət etmək sağlamlığın qorunması üçün vacib hesab olunur.
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 06 İyun 2026 01:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















