Icma.az
close
up
RU
Hər səhər acqarına bir çay qaşığı zeytun yağı içsək... İnanılmaz təsiri

Hər səhər acqarına bir çay qaşığı zeytun yağı içsək... İnanılmaz təsiri

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Baş kardioloq, türkiyəli professor Timur Timurkaynak Beynəlxalq Zeytun Biçini Günlərində zeytunun yağının məlum olmayan faydalarını açıqlayıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, professor uzun ömürlü olmağın sirlərini də açıqlayıb:

"Bütün dünyada olduğu kimi, köklük, şəkər və ürək xəstəliyi ölkəmizdə də epidemiya halını alıb. İdmandan uzaq, oturaq həyat tərzi, qeyri-sağlam və emal olunmuş məhsullarla qidalanma xroniki xəstəliklərə zəmin hazırlayır. Halbuki, ürək xəstəlikləri tale məsələsi deyil. Həyat çox rəngli və gözəldir. Biz siqaret çəkən, çəkisinə diqqət etməyən, elmdən uzaq həqiqətlərə inanan və möcüzəvi müalicə üsullarının arxasınca qaçıb öz qərarımıza əsasən təbii hesab etdiyimiz şəkildə qidalanan bir cəmiyyət olmamalıyıq”.

Aralıq - Egey dənizi mətbəxinin insanlar üçün çox faydalı olduğunu deyən Timurkaynak dəbdə olan müxtəlif pəhrizlər haqqında fikirlərini bölüşüb:

"Bu gün bir çox populyar pəhriz görürük, oxuyuruq, eşidirik. Bunlar möcüzəli şeylər vəd edirlər. Lakin tibb ədəbiyyatına daxil olan və elmi baxımdan ömrü uzatdığı, ürək xəstəliyindən qoruduğu təsdiqlənən yeganə bir pəhriz var. O da Aralıq - Egey dənizi mətbəxidir. Tərkibində rəngarəng tərəvəzlər, meyvələr, paxlakimilər, zeytun yağı, balıq, qoz, fındıq və badam olan zəngin mətbəxdir.

Tibb dünyasının ən mötəbər “New England Journal of Medicine” jurnalı hər gün zeytun yağının istifadəsinin ürək və damar xəstəliklərindən qoruduğunu sübut edib”.

Uzun ömürlülüyün sirri - hər gün 1 qaşıq zeytun yağı

Uzun ömürlülüyün reseptini verən professor Timur Timurkaynak hər səhər acqarına bir çay qaşığı zeytun yağı içməyi tövsiyə edib: "Ömrü uzadan yeganə qidalanma tərzi Ağdəniz-Egey mətbəxidir. Bu mətbəx həm köklükdən qoruyur, həm ürəyə faydalıdır, həm də xərçəngin qarşısını alır. Son aparılan araşdırmalarda zeytun yağının Alzeymer xəstəliyinə yol açan beyinə zülal toplanmasını azaltdığı sübut olunub.

1 xörək qaşığı zeytun yağı içərək günə başlamaq ürək, xərçəng və Alzeymer xəstəliyindən qorunmaq üçün ən təsirli üsuldur".

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri