Hər yeri tullantı suları basıb, iy qoxudan durmaq olmur SAKİNLƏR BƏLƏDİYYƏDƏN NARAZILIQ EDİR / VİDEO
Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.
Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, H.Cavid küçəsinin bir qrup sakini tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər Ceyranbatan Bələdiyyəsindən narazılıqlarını bildirirlər:
“Biz, sakinlər, artıq cana doymuşuq. Bu, sizə göndərdiyimiz videodan da açıq-aydın görünür. Ərazidə hər yeri tullantı suları basıb, iy-qoxudan durmaq olmur.
Hara şikayət edirik, "büdcədə pul yoxdur" deyirlər. Abşeron Rayon İcra Hakimiyyəti də məsələyə laqeyd yanaşır.
Qeyd edək ki, hər dəfə yağış yağanda da evləri, həyət-bacanı su basır. Aidiyyəti qurumların isə yalnız cavabı bu olur ki, "vəsait yoxdur". Axı, insana belə zülm vermək olmaz. Biz sakinlər nə edək? Bataqlıqda xəstəlik tapaq?
Sizin sayt vasitəsilə səlahiyyətli qurumlardan xahiş edirəm ki, bizə kömək edilsin”.
Şikayətçinin redaksiyamıza göndərdiyi videonu da olduğu kimi təqdim edirik:
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların mövqeyini dərc etməyə hazırıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 20 May 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















