Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Hələ də inana bilmirəm

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Heydər Əliyev və Azərbaycan təhsilinin uğurları

Heydər Əliyev və Azərbaycan təhsilinin uğurları

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müasir Azərbaycan təhsilinin inkişafı birbaşa “Təhsil millətin gələcəyidir” deyən ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Onun 30 ildən artıq davam edən ictimai-siyasi fəaliyyətində elmə və təhsilə göstərilən qayğı mühüm yer tutmuşdur. O, təhsili cəmiyyət üçün ən vacib və əhəmiyyətli sahə hesab edirdi. XX əsrin son 30 ilində Azərbaycanın inkişafını göstərən amillər sırasında təhsilin yüksəlişi xüsusilə diqqəti cəlb edir. Məhz bu illərdə xalqın təhsilli olması, ali təhsil ocaqlarının yaranması, insanların ali təhsilə cəlb olunması və s. təhsilin inkişafını göstərən amillərdəndir. Təkcə 1969-1982-ci illərdə Azərbaycanda 700-ə qədər məktəb binası istifadəyə verilmiş, ali məktəblərin sayı 12-dən 17-ə, onlarda təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatdırılmışdır. Respublikada gərəkli ixtisaslara yiyələnmək üçün gənclərin SSRİ-nin qabaqcıl ali məktəblərinə göndərilməsi Heydər Əliyevin uzaqgörənliyinin göstəricisi idi.

Müstəqillik illərində bütün sahələrdə olduğu kimi, təhsil sahəsində qazanılmış böyük nailiyyətlərdə də böyük şəxsiyyət Heydər Əliyevin müstəsna xidmətləri əvəzedilməzdir. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra təhsilə qayğı və diqqət özünü göstərmiş, onun tərəfindən müstəqil Azərbaycanın yeni təhsil siyasətinin əsası qoyulmuşdur. Bu illərdə Azərbaycanın zəngin intellektual potensialı yaranmış, xalqın kütləvi şəkildə maariflənməsi işi aparılmış, savadsızlıq ləğv edilmişdir. Sözün əsl mənasında ölkəmizdə doğma Azərbaycan dilində gənclərə mükəmməl təhsil verən təhsil ocaqları, güclü intellektual potensial formalaşmışdır. Bu isə müstəqilliyə aparan yolda xalqımızın əldə etdiyi ən böyük tarixi nailiyyətlərdən biri idi.
Azərbaycanda mürəkkəb ictimai-siyasi vəziyyət və daha sonra Qarabağ müharibəsinin başlanması təhsilin inkişafında geriləməyə, böhrana gətirib çıxartmışdı. Bu vəziyyət 1991-1993-cü illərdə daha da dərinləşmişdi. Azərbaycan təhsilində böhranlı vəziyyətin yaranmasının əsas səbəblərindən biri isə 1992-ci ilin sonunda qəbul edilmiş "Təhsil Qanunu" olmuşdu. Təhsil quruculuğunda səriştəsizliyin ən bariz nümunəsi olan həmin qanun təhsilə vurulan ağır bir zərbə idi.
Heydər Əliyevin qayıdışından sonra ölkədə hazırlanan və həyata keçirilən strateji xətt təhsil müəssisələrinin pozulmuş fəaliyyətini az müddətdə bərpa etdi. Təhsilin milli tərəqqimizin güclü amilinə çevrilməsi üçün bu sahədə geniş islahatlar proqramının işlənib hazırlanması və həyata keçirilməsi vəzifəsi qarşıya qoyuldu. Təhsil sahəsində islahatların aparılmasının dövlət təminatı gücləndirildi. Məqsəd Azərbaycan vətəndaşlarının təhsil hüququnu tam təmin etmək, milli təhsil sisteminin müddəalarını həyara keçirmək, aparılan islahatları sürətləndirmək, idarəetmə mexanizmini təkmilləşdirmək, pedaqoji kardların müasir tələblər səviyyəsində hazılanmasını təmin etmək, kadr potensialının səmərəliliyini artırmaq idi.
Bu məqsədlə "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı" hazırlandı və 1999-cu ilin iyununda Heydər Əliyev tərəfindən imzalandı. Həmin proqram Azərbaycan təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırmaqla yanaşı, eyni zamanda tarixi təcrübə, milli ənənələr və bəşəri dəyərlərin də cəmləşməsinə zəmin yaratdı. Bu proqram respublikamızda heç bir başqa ölkənin təhsil sisteminin olduğu kimi təkrarlanmasının yol verilməzliyini sübuta yetirdi.
Heydər Əliyevin "İnsan, təhsilinin əsasını orta məktəbdə alır. Ona görə də bütün təhsil sistemində orta məktəb xüsusi yer tutmalıdır" - göstərişi əsas tutularaq ümumi orta təhsilin inkişafı təhsil siyasətində aparıcı yer tuturdu.
Azərbaycan təhsil tarixində ilk dəfə olaraq ümumi orta təhsilin dövlət standartları və tədris planı 1999-cu ildə hazırlanıb təsdiq edilmişdir. Hazırlanan tədris planı şagirdlərin meyl və maraqlarının nəzərə alınmasına imkan yaratmışdır. Şagirdlərinə bilik və bacarıqları mənisəməsində istiqamət vermək müəllimin ən yaxşı keyfiyyəti hesab olunumağa başlamışdır.
Ölkə əhalisinin təxminən 20 faizini təşkil edən ümumtəhsil məktəb şagirdlərinin dərsliklərlə dövlət təminatına mərhələlərlə keçilməsi haqqında qərar 1994-cü ildə məhz Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmişdir. Ümumtəhsil məktəblərinin yeni milli dərsliklərinin yaradılması istiqamətində ciddi addımlar atılmış, 1-4-cü siniflər üzrə dərsliklərin 90 faizi, 5-11-ci siniflər üzrə 75 faizindən çoxu yeniləşdirilmişdir. 1993-2001-ci illər ərzində ümumi təhsilin müxtəlif pillələri və müxtəlif tipli məktəblər üzrə 200-ə yaxın adda 12 milyon nüsxədən artıq orta məktəb dərsliyi latın qrafikası ilə nəşr edilərək istifadəyə verilmişdir.
Ümumi təhsildəki ən ciddi yeniliklərdən biri yeni əlifbaya keçilməsi - latın qrafikalı əlifbanın tətbiqinin reallığa çevrilməsi idi. Böyük fəxrlə qeyd etmək olar ki, Heydər Əliyevin "Bizim bu günümüz, gələcəyimiz məhz latın əlifbası ilə bağlıdır" tarixi çağırışı təhsil sistemi ilə yanaşı bütün sahələrdə özünün tam həllini tapmışdır.
Əldə olunmuş böyük uğurlardan biri də milli təhsilimizin mühüm sahəsi olan texniki peşə məktəblərinin qorunub saxlanması idi. Ümummilli liderin tapşırığı ilə 1996-cı ildə respublikada "Azərbaycan Respublikasında peşə təhsilinin təkmilləşdirilməsi tədbirləri haqqında" qərar qəbul edildi, respublikada çoxsaylı peşə məktəbləri və peşə litseyləri yaradıldı.
Müstəqillik illərində ali təhsil pilləsi də həm məzmun, həm də kəmiyyət baxımından inkişaf yolu keçmişdir. Azərbaycan ali təhsili tarixində ilk dəfə olaraq, 1993-1994-cü dərs ilindən etibarən iki pilləli ali təhsilə keçilmişdir. Belə ki, həmin ildən tələbələr artıq 4 illik bakalavriat və 2 illik magistratura təhsili alırdılar. 2001-ci ildə dövlət ali məktəblərinin sayı 17-dən 30-a çatdırılmışdır. Eyni zamanda rəsmi dövlət qeydiyyatından keçmiş 18 qeyri-dövlət ali təhsil müəssisəsi də fəaliyyət göstərirdi. Kiçik mütəxəssis hazırlığını təmin edən və təhsil sisteminin vacib pillələrindən biri olan kolleclərdə əmək bazarına və gənclərin marağına uyğun ixtisaslar yaradıldı.
Bunlardan əlavə həmin illərdə təhsil sahəsində beynəlxalq əlaqələr də genişlənmiş, dünyanın 30-dan çox ölkəsi ilə ali təhsil sahəsində geniş miqyaslı əməkdaşlıqlar yaranmış, bir sıra ali məktəblərə “Universitet” adı verilmiş, bir neçə ali məktəbə maliyyə müstəqilliyi verilmişdir. Azərbaycan Müəllimlər institutunun müxtəlif bölgələrdə 12 filialı yaradılmışdır.
Təhsil sahəsindəki islahatlar proqramı Azərbaycan təhsil sistemində əsaslı dönüş yaratmış, fənyönümlü təhsil sistemindən şəxsiyyət yönümlü təhsilə keçilmiş, dərs prosesində müəlimin funksiyası dəyişməyə başlamış, onların tədqiqatçılığı və yaradıcılıqları üstün keyfiyyət kimi dəyərləndirilmiş, İKT-dən istifadə müəllim fəaliyyətindəki yeniliklərdən biri olmuşdur.
Bundan əlavə təmayüllü siniflərə, yeni tipli tədris müəssisələrinə diqqət genişləndirilmiş, yaxçı oxuyan istedadlar üçün Prezidentin xüsusi təqaüdü təsis olunmuşdur.
Əsası Heydər Əliyev tərəfindən qoyulmuş təhsil siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun qayğısı sayəsində ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintilərinin aparılması göz qabağındadır. Bircə onu demək kifayətdir ki, prezident İlham Əliyevin təşəbbüsü ilə məktəb tikintisinə dair bir neçə ayrıca Dövlət Proqramı qəbul edilmişdir. Bu gün təhsilə ayrılan xərclərin bir neçə dəfə artırılması, məktəblərin yeni avadanlıqlarla və komputerlərlə təchiz olunması, hər bir şagirdin pulsuz dərsliklərlə təmin olunması, Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin 13 milyondan artıq tirajla çap olunub kitabxanalara çatdırılması və s. tədbirlər Heydər Əliyevin apardığı təhsil siyasətinin nəticəsidir.
Əminliklə deyə bilərik ki, müasir Azərbaycan təhsili özünün zəngin ənənələrinə, milli-mənəvi dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq təhsil quruculuğunda islahatları uğurla başa çatdıracaq, Heydər Əliyevin müdrik tövsiyələrini əzmlə həyata keçirəcəkdir.

İqbal Əmənullayev
YAP Lənkəran rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see13505

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see794

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see270

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see241

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see203

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see173

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see155

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see151

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see140

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

15 Noyabr 2025 14:26see134

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see134

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see132

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see131

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

15 Noyabr 2025 17:36see130

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see129

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see129

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see127

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see127

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see127

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri