Hindistan ordusu: Atəşkəs elan olunsa da, əməliyyat davam edir
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hindistan Hərbi Hava Qüvvələrinin komandanlığı bəyan edib ki, ölkədə davam edən “Sındur” adlı hərbi əməliyyat atəşkəsə baxmayaraq tam gücü ilə davam etdirilir.
"Ölkə.az" xəbər verir ki, bu barədə Hindistan Hərbi Hava Qüvvələrinin rəsmi platforması olan “X” sosial şəbəkəsində yayımlanan açıqlamada deyilir. Komandanlıq ictimaiyyəti spekulyasiyalardan və təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyə çağırıb.
“Əməliyyatlar hələ davam etdiyi üçün bütün təfərrüatlar haqqında ətraflı brifinq müvafiq vaxtda təqdim olunacaq”, – deyə bəyanatda bildirilir.
Rəsmi mənbələr əməliyyatın dəqiq hədəfləri və miqyası barədə məlumat verməsə də, “Sındur”un Hindistanın milli təhlükəsizliyi ilə bağlı strateji əhəmiyyət kəsb etdiyi vurğulanır.
Atəşkəsin elan olunmasına baxmayaraq, bəzi bölgələrdə aktiv hərbi fəaliyyətlərin davam etdiyi bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 11 May 2025 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















