Icma.az
close
up
RU
“Hörmət edirik, amma çəkinmirik”

“Hörmət edirik, amma çəkinmirik”

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Aris”lə “Araz-Naxçıvan” arasında bu gün baş tutacaq cavab matçı öncəsi mətbuat konfansı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan komandasından baş məşqçi Elmar Baxşıyev və Bruno Franko jurnalistlərin suallarını cavablandırıb:

Elmar Baxşıyev: “Birinci oyundan əvvəl də qeyd etmişdik ki, şanslar bərabərdir. Bunu söz xatirinə demirdik, rəqibimizin yaxşı komanda olduğunu bilirdik. Buna görə Bakıdakı oyundan əvvəl şansların 50-nin 50-yə olduğunu demişdik. Bizi öz komandamız maraqlandırır. “Aris”in bərbad komanda olduğunu düşünmürəm. Sizdən fərqli olaraq biz meydanda həmin mübarizəni hiss edirdik. “Aris”ə hörmət edirik, amma çəkinmirik.

Şans dediyiniz statistikadır, ona baxmırıq, oyunun taleyi meydanda həll olunur. Oyun ərzində komanda olaraq ən yaxşısını etməyə çalışacağıq.

Birinci oyunu unutmuşuq. Sabahkı görüş haqda düşünürük. Komanda şəklində daha yaxşısını edə biləcəyimizə inanıram. Rəqibin necə oynayacağı haqda danışmaq istəmirəm. Çünki məni komandam, futbolçularımın nə edəcəyi maraqlandırır. “Aris”in güclü və zəif tərəflərini bilirik. Azarkeşlərə gəldikdə, bizim futbolçular da müxtəlif vaxtlarda bu cür fanat ordusu qarşısında oynayıblar. Ona görə ciddi təzyiq altına düşəcəklərinə inanmıram.

Yenə deyirəm, Bakıdakı oyunu və nəticəni unutmuşuq. Hər şey bu oyunda həll olunacaq. Biz də komanda olaraq bu görüşə köklənmişik”.

Bruno Franko: “Birinci oyunun nəticəsini yaddan çıxarmışıq. Bizim üçün oyunun vacib hissəsi sabah olacaq. Meydana çıxarkən hesabın 0:0 olduğunu düşünəcəyik. Yəni ilk oyuna necə çıxmışdıqsa, bu dəfə də o şəkildə meydana ayaq basacağıq.

Birinci oyunda yaxşı şanslarımız oldu. Artıq bunlar keçmişdə qaldı. Birinci oyunda nə etmisənsə, qaldı arxada. İndi bu görüşə diqqət ayırmalıyıq.

Bilirik ki, stadionda anşlaq olacaq. Bu cür oyunlarda iştirak etmişəm. Yaxşı olardı ki, bizim fanatlar da stadionda yer alsın. Ancaq bunlar oyuna köklənməyimizə təsir etməyəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 31 İyul 2025 01:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1400

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see690

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see540

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see529

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see477

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see452

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see440

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see430

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see404

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see361

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see344

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see291

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see290

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see285

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see284
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri