Icma.az
close
up
RU
İcra başçıları sosial şəbəkələrdə: kim fəaldır, kim zəif?

İcra başçıları sosial şəbəkələrdə: kim fəaldır, kim zəif?

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şəhər İcra hakimiyyətləri cəmiyyətin gündəlik həyatına bilavasitə təsir göstərən idarəetmə mexanizmidir. Burada rəhbərlik edən şəxslərin üzərinə düşən məsuliyyət şəhər və rayonların infrastrukturunun idarə olunması ilə məhdudlaşmır, eyni zamanda onlar insanların həyat keyfiyyətinə, sosial rifahına və şəhər mühitinin mədəni simasına cavabdehdirlər. Bu prosesin ayrılmaz tərkib hissəsi isə sakinlərlə səmərəli kommunikasiya qurmaqdır.
Müasir dövrdə ənənəvi inzibati kanallarla yanaşı, sosial media bu dialoqun ən sürətli və ən şəffaf vasitəsinə çevrilib. İcra hakimiyyətlərinin rəhbərlərinin bu platformalarda aktivliyi və açıq ünsiyyəti vətəndaşların etimadının qazanılması, şəhərin inkişaf strategiyalarının birgə müzakirəsi və ictimai rəyin nəzərə alınması baxımından mühüm üstünlüklər yaradır.
Dünyanın müxtəlif ölkələrində olduğu kimi, Azərbaycanda da dövlət qurumlarının şəffaflığı və operativliyi sosial mediada daha aydın görünür.

İcra başçılarının bu məkanda iştirakı onların fəaliyyətinə həm müsbət, həm də mənfi təsir göstərə bilir. Modern.az sosial şəbəkələrdə görünən icra başçılarını araşdırıb.

Şəhər İcra hakimiyyətlərinin rəhbərləri
İcr başçılarının sosial mediada aktivliyi demək olar ki, yox səviyyəsindədir. Onlardan sadəcə Sumqayıtın icra başçısı Zakir Fərəcovun feysbuk səhifəsi var, lakin o da son paylaşımını 3 fevral 2017-ci ildə edib. Həmin paylaşım isə öz doğum günü ilə bağlıdır.
Bakı şəhərinin icra başçısı Eldar Əzizov, Gəncəninki Niyazi Bayramov, Lənkəranınkı Taleh Qaraşov, Şəkininki Elxan Usubov, Mingəçevirinki İlham İsmayılov, Şirvanınkı İlqar Abbasovun aktiv sosial media hesabı yoxdur. Maraqlı məqam isə ondadır ki, yuxarıda adı çəkilən rəhbər şəxslərdən başqa, Yevlax, Naxçıvan və Naftalan şəhərlərinin icra başçıları da (Anar Tağıyev, Cabbar Musayev və Vüqar Novruzov) gənc kadr olmalarına baxmayaraq, sosial mediada ya görünmür, ya da aktiv deyil. 

Aktiv istifadəçilər - rayonların icra başçıları

Seymur Orucov (Ağstafa)
Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov feysbuk-dan aktiv istifadə edir. Qatıldığı mədəni tədbirlərlə bağlı paylaşımları var, eyni zamanda rayonun təhsil həyatına xüsusi diqqət ayırır. Məktəblilərin uğurları, məktəb tədbirləri, gənclərlə görüşlər mütəmadi olaraq onun sosial media səhifəsində yer alır. 

Nahid Bağırov (İsmayıllı) 

Nahid Bağırov İsmayıllının təbiəti, rayonda fəaliyyət göstərən hotellərdən tutmuş, zavodların fəaliyyətinə qədər bir çox sahələrə aid maraqlı paylaşımlar edir. Eyni zamanda, İsmayıllının kəndlərində sakinlərlə keçirdiyi görüşlər, rayon gənclərinin uğurlarını paylaşan icra başçısı Prezidentin səfərləri və görüşlərini də şəxsi profilində yayımlayır. 
Elxan İbrahimov (Kürdəmir)

Elxan İbrahimov şəxsi feysbuk profilində Kürdəmirlə bağlı maraqlı video-çarxlar paylaşaraq bu bölgədə keçirilən festivalları, həmçinin rayonda salınan parkları, Kür çayını və digər görməli yerləri, müxtəlif tədbirlər, rəsmi görüşləri də video formasında izləyicilərinə təqdim edir. 

Elmir Bağırov (Saatlı)

Sakinlərlə görüşlər, rayonun şəhidlərinin xatirəsi ilə bağlı paylaşımlar onun səhifəsində üstünlük təşkil edir. Eyni zamanda, ölkədə baş verən ictimai-siyasi proseslərə də reaksiya verən icra başçısı sakinlərin şərhlərinə də münasibət bildirir. 

Orxan Abbasov (Daşkəsən)

Rayonda keçirilən mədəni və idman tədbirlərdən ardıcıl paylaşımlar edən Daşkəsənin icra başçısı, həmçinin sosial layihələr və infrastruktur işləri ilə bağlı da təqdimatlar edir.

Mirhəsən Seyidov (Neftçala)

Neftçalanın icra başçısı həm feysbuk, həm də intaqram fəaldır. Paylaşımlarında rayonun sosial həyatına dair tədbirlərlə yanaşı, ölkənin siyasi-ictimai gündəminə də yer verir. Aktivliyi ilə seçilən icra başçısı rayonda keçirilən idman yarışları, eyni zamanda, milli futbol kulublarımızın uğurlarını da şəxsi hesabında paylaşır.  

Adil Əliyev (Suraxanı)

Sosial şəbəkələrdə ən çox fərqlənən icra başçılarından biri Suraxanı rayonunun icra başçısı Adil Əliyevdir. O, sosial media hesablarında öz fəaliyyətindən mütəmadi paylaşımlar yayımlayır, Prezidentin görüşlərindən və iştirak etdiyi rəsmi tədbirlərdən təqdimatlar edir. 

Elvin Paşayev (Göygöl)

Səhifəsində əsasən bayram və özəl günlərə aid posterlər yer alır. Rəsmi üslubda paylaşımlar etsə də, daha çox formal yanaşma müşahidə olunur.

Elnur Rzayev (Xaçmaz)

Sosial şəbəkədə səhifəsi olsa da, aktivlik baxımından zəifdir.

Naim Cahidzadə (Sədərək)

Profilində qeyri-rəsmi foto ilə diqqət çəkən başçı əsasən Prezidentin çıxışlarını izləyicilərlə bölüşür. Öz fəaliyyətinə aid məlumatlar isə çox azdır.

Vaqif Həsənov (Ağdam)

2020-ci ildə bir müddətlik şəxsi feysbuk səhifəsində aktiv olan icra başçısı bu dövrdə Prezidentin çıxışlarından sitatlar paylaşıb, eyni zamanda xüsusi günlərdə ağdamlıların bayramını təbrik edib, aztəminatlı ailələrə yardım etdikləri ilə bağlı şəkillər paylaşıb. 

Müstəqim Məmmədov (Tərtər)

Tərtərin icra başçısı əsasən rayonda görülən işlərlə bağlı paylaşımlar edir.
Araşdırma göstərir ki, sosial mediada aktiv olan icra başçıları vətəndaşlara daha yaxın görünür, onların fəaliyyətinə inamı artırır.  Bu gün sosial media “informasiya vitrini” olmaqla yanaşı, həm də əsl hesabat məkanıdır. Kimlər ki bu fürsəti düzgün istifadə edir, həm şəffaflıq qazanır, həm də ictimaiyyətlə münasibətləri möhkəmləndirir.
P.S. Bəzi icra başıları da var ki, şəxsi profili yoxdur, amma İcra Hakimiyyətinin səhifəsində paylaşımlar etməklə aktivdirlər. Onlardan ən fəalı isə Masallının icra başçısı Araz Əhmədovdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Sentyabr 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri