Icma.az
close
up
RU
İmişli nin İdarə Heyətinin sədri: Pley off futbolumuz üçün xeyirli olmayacaq MÜSAHİBƏ

İmişli nin İdarə Heyətinin sədri: Pley off futbolumuz üçün xeyirli olmayacaq MÜSAHİBƏ

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"İmişli"nin İdarə Heyətinin sədri Aqşin Mürsəlov Sport24.az-a müsahibə verib.

- I Liqanın XIV turunda evdə "Qəbələ"yə 1:2 hesabı uduzdunuz. Məğlubiyyətə əsas səbəb nə oldu?
- Bizim üçün çətin qarşılaşma oldu. Belə olacağını da bilirdik. "Qəbələ" yaxşı, güclü komandadır. Premyer Liqa təcrübəsi olan oyunçuları var. Bizimlə oyuna qədər qol da vuraxmamışdılar. Çətin olacağı məlum idi. Futbolçuların mübarizə apardılar, vuruşdular. Epizodlardan yararlana bilmədik, fərdi səhvlərdən qol buraxdıq. Komandanın ümumi çıxışından da razıyıq. Növbəti görüşlərdə daha yaxşı oynayacağımıza ümid edirik.

- Baş məçqçi Fərid Namazov postunda qalırmı?
- Bəli. Mətbuatda onunla yollarını ayırdığımız barədə yazılar oxumuşam. Amma elə deyil. Fərid bəylə yola davam edirik. Xal itirdiyimiz oyunlar olub. Amma hamıya bəllidir ki, "Qəbələ" bu turnirin favoritidir.

- Ötən mövsüm müsahibələrinizin birində əsas hədəfin çempionluq olduğunu söyləmişdiniz. Amma istəyinizə çatmadınız. Bu mövsüm əsas hədəf nədir?
- Kluba sponsor cəlb olunandan sonra məqsədimiz Premyer Liqada çıxış etməkdir. I Liqanın səviyyəsi qalxdığı üçün bu, bir az çətinləşib. Ötən mövsüm "Şamaxı" çempion oldu. Bu dəfə "Qəbələ" əsas namizəddir. Həqiqətən Premyer Liqa uğrunda mübarizə aparmaq çətindir. I Liqa komandalarına qalib gələ bilirdik. "Karvan" da, "İmişli" də xallar itirəcək. Amma Premyer Liqa təcrübəsi olan, ordan aşağı dəstəyə gələn kollektivlə mübarizə aparmaq o qədər də asan deyil. İnkrastruktur məsələlərinə də diqqət ayırırıq. Premyer Liqaya lisenziya almaq və uşaq futbolunu inkişaf etdirmək istəyirik. Amma eyni zamanda komandanı Premyer Liqaya çıxarmaq əsas məqsədlərdəndir. Bu il də hədəfimiz odur. Çempionatda çox oyun qalıb. Hələ heç nəyi bilməz olmaz. Düşünürəm ki, sonuncu turadək çempionluq uğrunda mübarizə gedəcək. Liderin də xal itirdiyi görüşlər olacaq.

- "İmişli" dekabradək ardıcıl qələbələr qazanardı. Amma daha sonra stabil oyun sərgiləyə bilmir. Bunun səbəbini nədə görürsünüz?
- Fasilədən sonra MOİK-lə üz-üzə gəldik. Təlim-məşq toplanışından sonra futbolçular matça köklənməkdə əziyyət çəkirlər. "Karvan" və "Qəbələ" də xal itirdi. Biz də gözlənilməz məğlubiyyətlə üzləşdik. Premyer Liqa təcrübəsi olan oyunçularımız var. Amma nədənsə bir az oyunumuzda problemlər olur. Yenə təkrarlayıram. I Liqa çox çətindir. Bəzən zəif çıxış edən kollektiv bizim komandaya qarşı fərqli motivasiya ilə oynayır. MOİK-i gördünüz. 3:1 hesabı ilə öndə idik. Hansı motivasiya ilə qələbəyə inandılar, biz də anlamadıq. Amma "Karvan"a böyük hesabla uduzdular. Oyunçularımızın motivasiyasının artması üçün əlimizdən gələni etməyə çalışırıq. Ümid edirəm yavaş-yavaş formaya düşəcəyik. Heyətdə gənc oyunçularımız da var.

- Mövsümün sonunda istəyinizə çata bilməsəniz. Klubda hansı addımlar atılacaq?
- Bu barədə düşünmək belə istəmirik. Tam məqsədimiz, hədəfimiz Premyer Liqaya yüksəlməkdir. Ötən mövsümdə də mübarizə aparırdıq. Amma qəbul edirdik ki, stadionumuzla, infrastrukturla bağlı çətinliyimiz var. I Liqada 1-2 il mübarizə aparmağı faciə hesab etmirik. Bura həm də Premyer Liqa üçün yaxşı təcrübədir.

- I Liqada üçüncü yeri tutacaq komandanın Premyer Liqa üçün pley-off oynamaq ehtimalı var. Bu barədə nə deyə bilərsiniz?
- Hazırda üçüncü pillədə qərarlaşdığımız üçün demirəm. I Liqanın səviyyəsinin qalxması Premyer Liqa komandasının aşağı dəstəyə düşməsi ilə reallaşdı. Biz daha əvvəl I Liqa klubu ilə mübarizə aparırdıq, bu gün "Qəbələ" ilə yarışırıq. Hədəfimiz onları məğlub etməkdir. Bütün hər şeyi "Qəbələ" səviyyəsinə gətirmək istəyirik. Buna görə I Liqa inkişaf edir. Son iki mövsümdə də idman prinsipi qorunur. Mənim üçün əsas olan budur. Bunun da qorunacağına inanıram. Pley-off futbolumuz üçün xeyirli olmayacaq. Pley-offda onsuz da I Liqa təmsilçisi məğlub olacaq. I Liqanın lideri də Premyer Liqanın sonuncusuna uduzacaq. Məsələn, hazırda "Səbail" "Qəbələ"ni böyük hesabla məğlub edər.

- Siz daha çox ilk iki pilləni düşünməlisiniz ki, pley-off şansınız olmasın...
- Hədəfimiz də budur. Qarşıda 14 tur var. Çox komandalar xal itirəcəklər. Digər klubların gücləndiyini görürük. Zəif klub yoxdur. Autsayderlər belə ikinci yarıda fərqli oyun sərgiləyirlər. Asan olmayacaq. İnanırıq ki, ilk "3-lük"də olacağıq. Amma pley-offun olacağına da inanmıram. Pley-offu ədalətli hesab etmirəm. Amma biz üçüncü yerə oynamırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://sport24.az
archiveBu xəbər 15 Fevral 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri