Icma.az
close
up
RU
İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı

İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Alimlər təxminən 454 milyon il əvvəl baş vermiş nəhəng vulkan püskürməsinin mənbəyini İngiltərənin şərq sahillərinin altında müəyyənləşdiriblər. Zirkon kristallarından əldə edilən məlumatlar illərdir araşdırılan Kinnekulle kül təbəqəsinin sirrini açıb.

Qaynarinfo xəbər verir ki, təxminən 454 milyon il əvvəl baş vermiş nəhəng vulkan püskürməsinin mənbəyi İngiltərənin şərq sahillərinin altında aşkarlanıb. Mənşəyi illərdir araşdırılan Kinnekulle tefra təbəqəsindən əldə edilən izlər püskürmənin mərkəzinin hazırda Uoş estuarisinin altında basdırılmış nəhəng kaldera sistemi ilə əlaqəli olduğunu ortaya qoyub.

“Geological Society of America”nın (GSA) Bulletin jurnalında dərc olunan araşdırmada İngiltərə Geoloji Tədqiqatlar Qurumu (BGS) və Oslo Universitetinin alimləri mühüm ipucunun izinə düşüblər. Linkolnşir və Norfolkda qazılmış quyulardan çıxarılan zirkon kristalları yenidən araşdırılıb.

İnsan saçı qalınlığında olan bu kristallardakı uran və qurğuşun izotoplarını təhlil edən tədqiqatçılar mineralların təxminən 454,4 milyon il əvvəl əmələ gəldiyini müəyyənləşdiriblər. Bu tarix Norveç, İsveç, Baltikyanı bölgə, Belarus və Polşa boyunca uzanan Kinnekulle kül təbəqəsindəki kristalların yaşı ilə tam üst-üstə düşür.

Əldə olunan nəticələr onilliklər ərzində mənbəyi axtarılan kül təbəqəsinin hansı vulkanik sistemdən yarandığını da ortaya çıxarıb. Püskürmənin mərkəzi bu gün Uoş estuarisinin altında yerləşən və “Uoş maqmatik kompleksi” adlandırılan kaldera sistemi kimi müəyyən edilib.

Püskürmə dinozavrların meydana çıxmasından təxminən 200 milyon il əvvəl baş verib. Yüzlərlə kub kilometr qaya və kül minlərlə hidrogen bombasının gücünə bərabər şiddətlə stratosferə atılıb.

Həmin dövrdə İngiltərə ilə Skandinaviya arasında Tornquist dənizi yerləşirdi. Vulkan püskürməsi nəticəsində atmosferə yüksələn küllər bu dənizi keçərək qədim dənizin dibinə çöküb və bu gün Kinnekulle kül təbəqəsi kimi tanınan geniş geoloji formalaşmanı yaradıb.

Tədqiqatçıların müəyyən etdiyi sistem hazırda İngiltərə sahillərinin altında basdırılmış vəziyyətdədir. Yaxşı xəbər isə nəhəng vulkanik strukturun yenidən püskürmə riski daşımamasıdır.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Sentyabr 2026 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri