İnsanda vaxtilə mövcud olmuş üçüncü gözün yeri bilindi
Icma.az bildirir, Demokrat.az portalına istinadən.
İnsan beynində yerləşən və illərdir sirr olaraq qalan "üçüncü göz" barədə elmi faktlar üzə çıxıb. Britaniya və İsveç tədqiqatçılarının araşdırmasına görə, milyonlarla il əvvəl əcdadlarımızda başın mərkəzində işığa həssas xüsusi orqan mövcud olub. Təkamül prosesində formasını dəyişən bu struktur hazırda epifiz vəzi kimi tanınır.
Təxminən 500 milyon il əvvəl yaşamış onurğasız canlılar yan gözlərini itirdikdən sonra məhz bu mərkəzi orqan vasitəsilə işığı hiss ediblər. Torpaq altında yuva quran qədim canlılar üçün həmin nahiyə həyati əhəmiyyət daşıyıb. Uzun müddət görmə sistemindən tamamilə ayrı sayılan epifiz vəzinin əslində birbaşa qədim görmə duyğusu ilə əlaqəli olduğu sübut edilib.
Müasir insanın beynində bu qədim orqandan qalan hissə artıq görmə funksiyasını yerinə yetirmir. Lakin orqanizmdə melatonin hormonu ifraz edərək bioloji saatı tənzimləyir. Pinealosit hüceyrələri vasitəsilə bədənə gecənin gəldiyi və istirahət vaxtının çatdığı siqnalını məhz bu "gizli göz" ötürür.
İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Təxminən 500 milyon il əvvəl yaşamış onurğasız canlılar yan gözlərini itirdikdən sonra məhz bu mərkəzi orqan vasitəsilə işığı hiss ediblər. Torpaq altında yuva quran qədim canlılar üçün həmin nahiyə həyati əhəmiyyət daşıyıb. Uzun müddət görmə sistemindən tamamilə ayrı sayılan epifiz vəzinin əslində birbaşa qədim görmə duyğusu ilə əlaqəli olduğu sübut edilib.
Müasir insanın beynində bu qədim orqandan qalan hissə artıq görmə funksiyasını yerinə yetirmir. Lakin orqanizmdə melatonin hormonu ifraz edərək bioloji saatı tənzimləyir. Pinealosit hüceyrələri vasitəsilə bədənə gecənin gəldiyi və istirahət vaxtının çatdığı siqnalını məhz bu "gizli göz" ötürür.
İsmayıl
Demokrat.az
Bu mövzuda digər xəbərlər:Çipsilər insanda niyə bağlılıq yaradır?
09 Dekabr 2024 17:04
Gecə oyanmaq insanda xəstəlik yaradır?
30 Yanvar 2026 14:10
100 ildə insanda nələr dəyişib?
03 May 2026 16:02
Ağıl dişləri insanda müdriklik əlamətidir?
20 Aprel 2026 12:41
İnsanda D vitamini niyə çatışmır?
04 Sentyabr 2026 12:58
Baxış sayı:172
Bu xəbər 29 May 2026 22:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















