Icma.az
close
up
RU
İnsanlar nəyə görə həkimə getməkdənsə, internetdən özünə diaqnoz qoyur? EKSPERT RƏYLƏRİ

İnsanlar nəyə görə həkimə getməkdənsə, internetdən özünə diaqnoz qoyur? EKSPERT RƏYLƏRİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı insanların sağlamlıqla bağlı davranışlarını da köklü şəkildə dəyişib. Xüsusilə internetin əlçatan və sərhədsiz məlumat mənbəyinə çevrilməsi nəticəsində bir çox insan sağlamlıq problemləri ilə üzləşdikdə ilk olaraq həkimə yox, axtarış sistemlərinə müraciət edir. Bəzi hallarda bu, vaxt və maddi resurslara qənaət kimi dəyərləndirilsə də, çox zaman yanlış və ya qeyri-dəqiq diaqnozlara, hətta ciddi sağlamlıq risklərinə gətirib çıxara bilir. Bəs insanlar nəyə görə peşəkar tibbi yardımı gözardı edərək, internetdə özünə diaqnoz qoymağa üstünlük verirlər? SİA mövzu ilə bağlı sosioloq Elçin Bayramlı və sosioloq Üzeyir Şəfiyevin fikirlərini öyrənib.

Bu gün səhiyyə sistemi – həm qlobal miqyasda, həm də yerli səviyyədə – ciddi şəkildə tənqid olunur deyən sosioloq bunun əsas səbəbini qeyd edir: "Səhiyyə və tibbi xidmətlər artıq sağlamlıq mərkəzli deyil, kommersiya maraqları üzərində qurulmuş bir sistem halını almışdır. Dünya üzrə səhiyyə strukturları, xüsusilə də kapitalizmin təsiri ilə formalaşmış dərman sənayesi və özəl tibb qurumları, insanların sağlamlığından çox gəlir məqsədilə fəaliyyət göstərirlər".

Elçin Bayramlı artıq həkimlər bir çox hallarda pasiyentlərə xəstə kimi deyil, müştəri kimi yanaşır deyə qeyd edib: "Məqsəd xəstəni sağaltmaq deyil, onu uzun müddətli bir “dərman istifadəçisinə” çevirmək olur. Xəstənin problemi kökündən həll olunmur, əksinə, davamlı olaraq dərmanlara bağlı qalması üçün sistemli şəkildə yönləndirilir. Dərman sənayesi daimi müştəri sistemi üzərində işləyir – yəni nə tam sağalsın, nə də ölsün; daim xəstə qalsın və dərmanlardan asılı vəziyyətdə yaşasın. Bu isə həm insani, həm də etik baxımdan ciddi narahatlıq doğurur. Belə bir şəraitdə insanlar alternativ çıxış yolları axtarmağa başlayırlar. Bəziləri xalq təbabəti vasitələrinə müraciət edir, digərləri internet üzərindən sağlamlıqla bağlı elmi və praktik məlumatlar toplayaraq özlərinə uyğun müalicə metodları seçirlər. Doğrudur, internetdə qeyri-etik və yalnış məlumatlar da var, lakin eyni zamanda çoxlu sayda faydalı, elmi əsaslı resurslar da mövcuddur. İnsanlar bu resurslardan istifadə edərək öz sağlamlıqlarını daha təbii yollarla qorumağa çalışırlar. Hətta bir çox insan təcrübəsini paylaşaraq digərlərinə də kömək edir və bu real təcrübələr cəmiyyətdə alternativ müalicə yollarına marağı daha da artırır. Əvvəllər isə bu cür deyildi. Məsələn, Sovet dövründə səhiyyə sistemi tamamilə dövlət nəzarətində idi. Dərman təminatı, həkimlər, müalicə üsulları – hamısı dövlət tərəfindən təşkil olunurdu və burada əsas məqsəd insanların sağalması idi. Pasiyentlərə müştəri kimi yanaşılmırdı, sadə, təbii vasitələrlə və səmərəli yollarla sağlamlığın bərpasına çalışılırdı. Kapitalist sistemdə isə səhiyyə artıq bir bazar sektorudur. Özəl klinikalar, özəl dərman şirkətləri yalnız mənfəət əldə etməyə yönəlmiş fəaliyyət göstərirlər. Bu, cəmiyyətdə etimadsızlıq yaradır və insanları alternativ müalicə yollarına sövq edir. Bütün bunlara görə də səhiyyə sistemi, təhsil sistemi kimi, sosial-strateji sahə hesab edilməli və tam şəkildə dövlətin nəzarətində olmalıdır. Özəl klinikalar və dərman şirkətləri ləğv edilməli, bu sahə 100% dövlətləşdirilməlidir. Həkimlərin maaşları yüksək olmalı, sosial təminatları gücləndirilməlidir ki, onlar kommersiya maraqlarına yönəlməsinlər. Eyni zamanda səhiyyə sahəsində ictimai nəzarət gücləndirilməli, şəffaflıq təmin olunmalıdır. Çünki sağlam bir cəmiyyətin əsası sağlam səhiyyə sistemidir. Təhsil və səhiyyə kommersiya sahəsi olmamalıdır. Bu sahələrdə mənfəət əsas məqsəd olanda, insan sağlamlığı və rifahı arxa plana keçir və bu da cəmiyyətin mənəvi və fiziki çöküşünə səbəb ola bilər".

Sosioloq Üzeyir Şəfiyev açıqlamasında internet resurslarının bir çox insan üçün faydalı və əlçatan mənbəyə çevrildiyini vurğulayıb: "Xüsusilə də səhiyyə və sağlamlıqla bağlı məsələlərdə internet üzərindən geniş məlumat almaq mümkündür. İnsanlar internetdə müxtəlif xəstəliklər, onların simptomları, müalicə üsulları və profilaktik tədbirlər haqqında kifayət qədər informasiya tapa bilirlər. Bunun əsas səbəblərindən biri də maddi çətinliklərdir. Bəzi insanlar həkimə müraciət edə bilmir, çünki ödənişli tibbi xidmətlər onların büdcəsinə uyğun deyil. Bu səbəbdən də insanlar ilkin mərhələdə öz diaqnozlarını müəyyənləşdirmək və vəziyyəti dəyərləndirmək üçün internet resurslarına müraciət edirlər. Lakin qeyd etmək lazımdır ki, bu, hər zaman düzgün yanaşma olmaya bilər.

Xəstəliyin dəqiq diaqnostikası yalnız peşəkar həkim tərəfindən və birbaşa kontaktla aparıla bilər. Yəni, həkimlə canlı ünsiyyət, fiziki müayinə, laborator analizlər və digər tibbi prosedurlar düzgün diaqnozun əsasını təşkil edir. İnternetdəki məlumatlar yalnız ilkin məlumat xarakteri daşıyır və öz-özünə diaqnoz qoymaq ciddi səhvlərə səbəb ola bilər. Bununla belə, internetin müsbət tərəfləri də inkar edilə bilməz. Bu platformalarda müxtəlif sahə üzrə peşəkar mütəxəssislərin tövsiyələri, məsləhətləri, hətta bəzi hallarda tibbi izahlar və maarifləndirici məlumatlar təqdim olunur. Sosial media və müxtəlif internet forumları, səhiyyə saytları geniş auditoriyaya malikdir. Məlumatların sürətli və asan yayılması, sərfəlilik və populyarlıq bu platformaları cəmiyyət üçün daha əlçatan edir. Nəticə etibarilə, internet resursları faydalı bir informasiya mənbəyi olsa da, xüsusilə diaqnoz və müalicə məsələlərində həkimə müraciət hər zaman üstün tutulmalıdır. İnternet məlumatları düzgün yönləndirici ola bilər, lakin həkimlə birbaşa təmas və peşəkar qiymətləndirmə hələ də əvəzolunmazdır".

Müəllif: Günel Rəşadqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 İyul 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see343

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see330

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see315

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see308

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see285

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see272

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see267

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see250

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see238

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see231

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see230

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see226

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see218

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see214

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see213

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see211

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see204

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see202

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri