İnsanlara “od qiymətinə” təklif olunan kərə yağı: “İşbazlar ucuz bitki yağlarını, marqarini qarışdırıb...”
Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hələlik 2025-ci ilin yekun göstəriciləri olmasa da, bir müddət əvvəl Dövlət Gömrük Komitəsi ötən ilin yanvar-avqust aylarında xaricdən gətirilən kərə yağı ilə bağlı məlumatları açıqlamışdı. Komitənin məlumatına görə, ötən ilin ilk 8 ayı ərzində Azərbaycana 124 milyon 127 min dollarlıq - 18 min 127 ton kərə yağı idxal edilib. Bu isə o deməkdir ki, kərə yağı idxalı əvvəlki illə müqayisədə dəyər baxımından 20 faiz artıb. Həcm baxımından isə 5.3 faiz azalıb.
2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycana 103 milyon 312 min dollar dəyərində 19.2 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar gətirilib. Rəsmi statistikaya görə, ötən ilin 8 ayında ölkədə 17 min 886 ton kərə yağı istehsal edilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7.8 faiz azdır.
İqtisadçılar hesab edir ki, ölkədə kərə yağının bahalaşması həm xarici, həm də daxili amillərdən asılıdır. Bir tərəfdən, ölkəyə idxal edilən yağın qiymətində bahalaşma var, digər tərəfdən, ölkə daxilində kənd təsərrüfatı sahəsindəki çətinliklər üzündən süd istehsalının azalması, südün keyfiyyəti və s. səbəblər nəticəyə təsir göstərir.
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli bildirib ki, 1 kiloqram kərə yağının istehsalı üçün 23 litr təzə inək südündən istifadə olunur. Onun sözlərinə görə, Azərbaycan şəraitində kərə yağı istehsalı çox baha başa gəlir: “Xammal istehsalı, daşınması, emalı və digər xərclər nəzərə alanda 1 kiloqram əsl kərə yağının bazarda qiyməti ən azı, 20-22 manat olmalıdır. Digər ölkələrdə, xüsusən Yeni Zelandiyada istehsal olunan kərə yağının xərcinin 50 faizini dövlət öz üzərinə götürür, sahibkara dotasiya, subsidiya verir. Bizim ölkədə süd, yağ istehsalçıları üçün güzəştlər nəzərdə tutulmur. Ona görə də işbazlar ucuz bitki yağlarını, heyvan piyini, marqarini qarışdırıb əldə olunan surraqatı əhaliyə kərə yağı kimi təklif edirlər. Həmçinin Azərbaycana digər ölkələrdən idxal olunan ucuz kərə yağlarının da keyfiyyəti aşağıdır”.
Vahid Məhərrəmov
Vətəndaşlarda “od qiymətinə” aldıqları məhsulun keyfiyyətilə bağlı ciddi şübhələr var. Təsadüfi deyil ki, mağazalarda təklif olunan kərə yağlarının keyfiyyətilə bağlı tez-tez müzakirələr gedir. Almaniya, Yeni Zelandiya, Avstraliya kimi ölkələrdən idxal olunan kərə yağlarının tərkibinə burada müəyyən qatqılar qatıldığı iddia edilir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bir çox hallarda bu iddiaları təkzib etsə də, bəzən satışda kərə yağı adı ilə təklif olunan məhsulların tərkibində uyğunsuzluq aşkarlandığını da etiraf edib.
Aytən, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 14 Yanvar 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















