Icma.az
close
up
RU
İnternetdə insanları təhqir edənləri bu qədər cəza gözləyir

İnternetdə insanları təhqir edənləri bu qədər cəza gözləyir

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərə əsasən sayt və sosial şəbəkələrdə cəmiyyətə açıq hörmətsizlik, təhqir və qeyri-etik davranışlar qadağan olunur.

Bəs bu hallara yol verənləri hansı cəza tədbirləri gözləyir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Vəkillər Kollegiyasının üzvü Mehman Muradlı bildirib ki, ictimai mənəviyyatı pozan hallarla bağlı qanunvericilikdə artıq mövcud normalar var:

“İctimai mənəviyyatı pozan məsələlərlə bağlı həm İnzibati Xətalar Məcəlləsində, həm də Cinayət Məcəlləsində konkret maddələr mövcuddur. Onlar real vəziyyəti nəzərdə tutur. Lakin cəmiyyət inkişaf etdikcə qanunvericilikdə də dəyişikliklərin olması labüddür”.

Vəkilin sözlərinə görə, yeni qanun dəyişikliyi vətəndaşları informasiya resurslarından istifadə zamanı təhqirə və cəmiyyətə açıq hörmətsizliyə yol verməkdən müəyyən qədər çəkindirəcək:

“Bu dəyişiklik heç olmasa mənəviyyatın pozulmasının qarşısını almağa kömək edəcək. Hesab edirəm ki, bu qanun bir qədər gecikib. Əgər 5-6 il əvvəl qəbul edilsəydi, problemlər bu qədər dərinləşməzdi”.

Mehman Muradlı qeyd edib ki, məhkəmə praktikasında sosial şəbəkələr, xüsusilə də TikTok üzərindən təhqir və böhtanla bağlı cinayət işlərinə tez-tez rast gəlinir:

“Bəzi şəxslər sosial məsuliyyət daşımadan canlı yayımlar açır, qeyri-etik və təhqiramiz ifadələr işlədirlər. Cəmiyyətdə cəzasızlıq təsəvvürü yaranır və bu da digərlərinə nümunə olur. Nəticədə ictimai mənəviyyatı təhqir edən hallar artır, bu isə ailələrə də mənfi təsir göstərir”.

Qanun dəyişikliyinin söz azadlığını məhdudlaşdırıb-məhdudlaşdırmaması məsələsinə toxunan vəkil bildirib ki, burada ziddiyyət yoxdur:

“Konstitusiyada söz azadlığı təsbit olunub, amma heç kim təhqirə məruz qalmamalıdır. Söz azadlığı o demək deyil ki, istədiyini deyib kimisə açıq platformada aşağılaya biləsən. Avropa İnsan Haqları Məhkəməsinin qərarlarında da bu məsələlər aydın şəkildə göstərilib. Söz azadlığı ilə təhqir və böhtanı qarışdırmaq olmaz”.

Platforma sahibləri ilə fərdi istifadəçilərin məsuliyyət bölgüsünə də münasibət bildirən Mehman Muradlı vurğulayıb ki, sosial şəbəkələrin yaradılma məqsədi təhqiri təşviq etmək deyil:

“Sosial şəbəkələrdən necə istifadə olunması şəxsin niyyətindən asılıdır. Kim yaxşı niyyətlə istifadə edirsə, fayda verir, kim pis niyyətlə istifadə edirsə, ziyanlı olur”.

Mehman Muradlı bildirib ki, məsuliyyət tədbirləri pozuntunun xarakterindən asılı olaraq dəyişir:

“Cəza tədbirləri təhqir və böhtanın formasına görə müəyyən olunur. Buraya cərimələr, ictimai işlər və hətta həbs cəzası da daxildir. Əvvəllər bu müddət bir ilədək nəzərdə tutulurdu. Hazırda isə cərimə və ictimai işlər kimi alternativ cəzalar da tətbiq olunur”.

Vəkil qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 13-4-cü maddəsinə əsasən, internet informasiya ehtiyatlarında yayılması qadağan edilən məlumatların yerləşdirilməsi hüquqi məsuliyyət yaradır. Həmin maddəyə görə, bu cür pozuntulara yol verildikdə internet informasiya ehtiyatının sahibi, domen adının sahibi, hostinq və internet provayderlər, eləcə də informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçiləri qanunvericiliyə uyğun şəkildə məsuliyyət daşıyırlar.

Qeyd edək ki, məqsəd sosial şəbəkə və internet mühitində etik davranış qaydalarının qorunması, cəmiyyətə açıq hörmətsizlik hallarının qarşısının alınmasıdır.

Müşviq Tofqioğlu
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Yanvar 2026 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri