İqtisadi və sosial layihələr milli maraqlarımızın təmin edilməsində vacib rol oynayır
Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Çağdaş dövrdə bəşəriyyəti ciddi şəkildə narahat edən əsas qlobal problemlərdən biri iqlim dəyişiklikləridir. Bu dəyişikliklər və onların təbiətə, eləcə də canlı aləmə təsiri beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Havanın qeyri-sabit xarakter alması yalnız Azərbaycanda deyil, dünyanın bir çox regionlarında özünü göstərərək müxtəlif sosial, ekoloji və iqtisadi çətinliklər yaradır. Məhz bu səbəbdən iqlim məsələlərinə marağın artması beynəlxalq səviyyədə elmi və praktik konfransların, forumların və müzakirələrin keçirilməsində öz əksini tapır. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun son qiymətləndirmə hesabatına əsasən, son yüz il ərzində Yer kürəsində orta temperatur təxminən 0,8 dərəcə yüksəlmişdir. Bu qlobal istiləşmə prosesi ölkəmizdən də yan keçməmiş, yağıntıların azalması, quraqlıq dövrlərinin artması və su ehtiyatlarının azalması kimi problemlərlə müşayiət olunmuşdur.
Məhz bu qlobal iqlim proseslərinin və onların ölkəmizə göstərdiyi təsirlərin fonunda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə cari ilin yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunmuş müşavirənin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Sözügedən müşavirə mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, iqlim dəyişikliklərinin yaratdığı risklərin azaldılması və paytaxtla Abşeron yarımadasında davamlı su təsərrüfatı sisteminin formalaşdırılması baxımından vacib addım kimi qiymətləndirilir. Müşavirədə qarşıya qoyulan vəzifələr bu sahədə uzunmüddətli və sistemli tədbirlərin həyata keçirilməsini, infrastrukturun müasir tələblərə uyğun şəkildə yenilənməsini və əhalinin su təminatının etibarlı şəkildə qorunmasını hədəfləyir.
Müşavirə zamanı Oğuz–Qəbələ–Bakı su kəməri layihəsinədə toxunan Prezident, doğma Partiyamızın Sədri cənab İlham Əliyev bildirmişdir ki, əgər bu su kəməri vaxtında tikilməsəydi, hazırkı şəraitdə Bakıda su qıtlığı özünü olduqca ciddi şəkildə büruzə verərdi. Ümumilikdə iqlim dəyişiklikləri və artan əhali fonunda bu cür layihələrin əhəmiyyəti daha da aydın görünür. Ölkə başçısı belə layihələrin strateji xarakter daşıdığını və uzunmüddətli perspektivdə paytaxtın su təminatında mühüm dayaq rolunu oynadığını qeyd etmişdir.
Azərbaycanın bütün bölgələrində, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, uğurla icra olunan iqtisadi, sosial layihələr bütövlükdə milli maraqlarımızın təmin olunmasına mühüm töhfə verir. Çünki Azərbaycanda insan amili əsas faktor hesab olunur. Vətəndaşların rahatlığı, onların sosial-rifah halının yaxşılaşdırılması məhz elə dövlət siyasətinin mühüm tərkib hissəsidir ki, bu da ölkəmizin milli maraqları çərçivəsində prioritet məsələlərdir.
Tural İsmayılov
YAP Yevlax rayon təşkilatının sədr müavini
Bu mövzuda digər xəbərlər:Türkiyə Avropanın təhlükəsizliyinin təmin edilməsində əvəzolunmaz rol oynayır Milli Təhlükəsizlik Şurası
21 Mart 2025 13:13
Azərbaycan dünyada sülhün və təhlükəsizliyin təmin edilməsində fəal rol oynayır
22 Sentyabr 2025 17:30
Transregional iqtisadi əməkdaşlıq milli iqtisadiyyatın dünya bazarlarına inteqrasiyasında həlledici rol oynayır
30 Dekabr 2025 12:11
Nazir müavini: “Şəhərlər enerji səmərəliliyinin təmin edilməsində əsas rol oynayır”
20 Noyabr 2024 13:53
Baxış sayı:63
Bu xəbər 14 Yanvar 2026 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















