Icma.az
close
up
RU
İran İsrail arasında atəşkəs pozularsa, Yaxın Şərqdə müharibə riski yüksələcək HƏRBİ EKSPERT ŞƏRH ETDİ

İran İsrail arasında atəşkəs pozularsa, Yaxın Şərqdə müharibə riski yüksələcək HƏRBİ EKSPERT ŞƏRH ETDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"İran və İsrail arasında mövcud olan gərgin münasibətlər tarix boyu münaqişə riskini davamlı şəkildə artırıb. Hazırda əldə olunan atəşkəs nisbətən sakitliyin qorunmasına xidmət etsə də, bu vəziyyətin uzunmüddətli olacağına dair təminat yoxdur". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, səbəb isə tərəflər arasında dərin ideoloji, siyasi və hərbi qarşıdurmaların hələ də davam etməsidir: "İranın regionda nüfuz dairəsini genişləndirməyə çalışması, xüsusilə Livan, Suriya və Yəməndə müxtəlif qruplara dəstək verməsi İsrail tərəfindən birbaşa təhdid kimi qiymətləndirilir. Eyni zamanda İsrailin İranın nüvə proqramına qarşı apardığı aktiv kəşfiyyat və hərbi tədbirlər də qarşıdurma ehtimalını artırır.

Əgər atəşkəs pozularsa, bu ilk növbədə Yaxın Şərqdə silahlı toqquşmaların yenidən alovlanmasına, Livan və Suriyadakı İran tərəfdarı qrupların İsrailə qarşı hücumlar həyata keçirməsinə səbəb ola bilər. Bu isə nəticə etibarilə regionda tammiqyaslı müharibənin başlanmasına yol aça bilər.

Beynəlxalq baxımdan isə belə bir münaqişə enerji bazarlarında qeyri-sabitliyə, neft qiymətlərinin qalxmasına, Qərb və ABŞ-ın daha fəal hərbi və diplomatik müdaxiləsinə gətirib çıxara bilər. Belə bir ssenari həm region ölkələri, həm də dünya gücləri üçün böyük geosiyasi risklər yaradar. Buna görə də, beynəlxalq ictimaiyyətin əsas məqsədi bu atəşkəsi qorumaq və tərəfləri diplomatik masa ətrafında saxlamaq olmalıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 İyul 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri