“İran mollaları indi özlərinin qazdıqları quyuya özləri düşürlər” HƏRBİ ESKPERT
Icma.az bildirir, Gununsesi portalına istinadən.
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, hakimiyyət etirazları rəsmi olaraq tanıyır və iştirakçıları dialoq üçün dövlət qurumlarına dəvət edir.
“Hökumət xalqın və etirazçıların tələblərinə cavab verməyə qərarlıdır. Baş verən proseslər ABŞ və İsrailin İrana qarşı apardığı müharibənin bir hissəsidir və düşmənin məqsədi cəmiyyətdə gərginlik yaratmaqdır. 8–10 yanvar tarixləri arasında vəziyyət kəskin şəkildə dəyişib, həmçinin hadisələrə əvvəlcədən təşkil olunmuş və təlim keçmiş terrorçular cəlb olunub”.
Əraqçı vurğulayıb ki, bu qrupların məqsədi itkilərin sayını artırmaq olub.
Gununsesi.info bildirir ki, hərbi ekspert Ədalət Verdiyev məsələyə münasibət bildirib:
“Əraqçının dedikləri Pezeşkənin səsləndirdiyi fikirlərin bir növ davamıdır. Məscidlərin dağıdılmasına gəldikdə isə bu o deməkdir ki, özü və ailəsi ac olan insanları məscid adı ilə ac saxlamaq əvəzinə, onlara çörək vermək lazımdır. İnsan üçün əvvəlcə ailəsinin tox olması əsasdır, ondan sonra mənəviyyat gəlir və digər problemlər tədricən həllini tapır.
Yox əgər məscid adı altında insanları az qala yalavac saxlayacaq, pulları terror qruplaşmalarına xərcləyəcək, açıq şəkildə 30 illik İslam məbədlərini dağıdan ermənilərə səsini çıxarmayacaqsansa, bu gün öz ərazində 1, 2, 5 və ya 10 məscidin dağıdılmasına görə üsyan etdikdə, insanlar nə Əraqçının, nə də digərlərinin verdiyi bəyanatları ciddi qəbul edəcəklər. Azərbaycanın işğal olunmuş ərazilərinin darmadağın edilməsində, talan olunmasında İranın rolunu hamımız bilirik. Bəs onda niyə nə Xameneinin, nə də digərlərinin səsi çıxmadı? İran mollaları indi özlərinin qazdıqları quyuya özləri düşürlər”.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 14 Yanvar 2026 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















