İran rəsmisi: Tehran ABŞ ilə münaqişənin qarşısını almaq üçün Yəməndən qoşunlarını çıxarır
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Adı açıqlanmayan yüksəkrütbəli İran rəsmisi ABŞ-nin husilərə qarşı hava hücumlarının intensivləşdiyi bir vaxtda, Tehranın öz hərbi qüvvələrini Yəməndən çıxarılmasına göstəriş verdiyini bildirib.
"Azad İran" "Telegram" kanalı bu barədə xarici KİV-ə istinadən xəbər verib.
İran rəsmisinin sözlərinə görə, bu qərarın məqsədi İranın ABŞ ilə birbaşa münaqişəyə daxil olmasının qarşısını almaqdır.
"İran proksi qüvvələrinə dəstək strategiyasını azaldıb və diqqətini ABŞ-nin birbaşa təhdidlərinə qarşı yönəldir. Tehranın əsas narahatlığı Tramp və onunla necə davranacağıdır. İran hesab edir ki, "Ənsar Allah" daha fəaliyyətini davam etdirə bilməyəcək, hərəkat son aylarını, hətta son günlərini yaşayır", - deyə İran rəsmisi vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 04 Aprel 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















