Icma.az
close
up
RU
İran səfiri: “Azərbaycanla dəhlizlərin tamamlanmasına hazırıq“ MÜSAHİBƏ

İran səfiri: “Azərbaycanla dəhlizlərin tamamlanmasına hazırıq“ MÜSAHİBƏ

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Teleqraf İnformasiya Agentliyinə müsahibəsində İran-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti, regional proseslər, nəqliyyat və tranzit layihələri, eləcə də sülh gündəliyi ilə bağlı mövqeyini açıqlayıb. Diplomat iki ölkə arasında əməkdaşlığın perspektivlərini də dəyərləndirib.

Moderator.az həmin müsahibəni təqdim edir:

- Cənab səfir, hazırkı mərhələdə İran ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz?

- Bu günlər İranın Azərbaycanın müstəqilliyini tanımasının və iki ölkə arasında rəsmi diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümünə təsadüf edir. Son 34 il ərzində İran və Azərbaycan arasında münasibətlər ümumilikdə müsbət və yüksələn xətt üzrə inkişaf edib. Bununla belə, mövcud əlaqələr hələ də iki xalqın gözləntilərinə tam cavab verən, arzuolunan səviyyəyə çatmayıb. Bununla yanaşı, iki ölkə arasında mövcud olan dərin tarixi, mədəni və dini bağlılıqlar münasibətlərin bütün istiqamətlər üzrə genişləndirilməsi üçün mühüm və dəyərli potensial formalaşdırır.

İran Azərbaycanın müstəqilliyinin ilk günlərindən etibarən bu dövlətin və xalqın yanında olub, Bakıda diplomatik nümayəndəliyinin statusunu baş konsulluqdan səfirlik səviyyəsinə yüksəltməklə qarşılıqlı əlaqələrin rəsmi və institusional əsasda inkişaf etdirilməsi istiqamətində mühüm addım atıb. Bu qərar praktikada qarşılıqlı etimadın möhkəmləndirilməsinə və konstruktiv əməkdaşlığın inkişafına xidmət edib.

Müstəqilliyin ilk illərində İran siyasi, iqtisadi, humanitar və təhlükəsizlik sahələrində fəal rol oynayıb. Xüsusilə Naxçıvan Muxtar Respublikasının enerji və yanacaqla təmin olunması, müharibə dövründə məcburi köçkünlərə və yaralılara humanitar yardımın göstərilməsi, əhalinin zəruri ehtiyaclarının qarşılanması, habelə həmin dövrdə mövcud təhdidlərə qarşı hərbi qüvvələrin hazırlanması və təchiz olunması sahələrində əməkdaşlıq həyata keçirilib. Bundan əlavə, İran müxtəlif dövrlərdə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olub və beynəlxalq platformalarda daim Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qətiyyətli dəstəyini ifadə edib.

Bu gün iki ölkə rəhbərlərinin ikitərəfli münasibətlərin ardıcıl və davamlı inkişafına yönəlmiş siyasi iradəsi əlaqələr üçün ümidverici perspektiv formalaşdırır. Gələcəyə yönəlik baxışla hesab edirik ki, iqtisadiyyat, enerji, tranzit, mədəniyyət və elm sahələrində əməkdaşlığın genişləndirilməsi iki xalqın maraqlarına, eləcə də regional sabitlik və inkişafın möhkəmlənməsinə xidmət edə bilər.

- Bakıda keçirilmiş İran–Azərbaycan–Rusiya üçtərəfli görüşünün nəticələrini necə dəyərləndirirsiniz? İranın yol və şəhərsalma naziri xanım Fərzanə Sadiq qeyd etmişdi ki, cənab Prezident Məsud Pezeşkian bu görüşün Bakıda keçirilməsi üçün xüsusi diplomatik səylər göstərib...

- Üçtərəfli görüş İran yol və şəhərsalma naziri, Azərbaycan və Rusiya baş nazir müavinlərinin iştirakı ilə keçirilib. Görüş çərçivəsində gömrük və nəqliyyat sahələri üzrə birgə işçi qrupları yaradılıb, 15 milyon ton yükün tranzitinin asanlaşdırılması məqsədilə konkret planlaşdırma aparılıb. Hər üç ölkənin nümayəndə heyətləri Astara dəmir yolu terminalının və ikinci sərhəd körpüsünün tamamlanma prosesi ilə yerində tanış olublar.

İran, Azərbaycan və Rusiya arasında üçtərəfli əməkdaşlıq hər üç ölkənin milli maraqlarına cavab verir və xüsusilə enerji, nəqliyyat və tranzit sahələrində mövcud regional potensialdan daha səmərəli istifadəyə imkan yaradır.

- "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin region üçün əhəmiyyəti nədən ibarətdir?

- “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yalnız İran və Azərbaycan üçün deyil, bütövlükdə Avrasiya regionu üçün strateji əhəmiyyət daşıyır. Bu marşrut İranın cənub limanlarını Rusiya və Avropa bazarları ilə birləşdirərək yükdaşımaların vaxtını və xərclərini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, ticarət, investisiya və infrastruktur əməkdaşlığı üçün yeni imkanlar yaradır. İran hesab edir ki, bu layihənin icrasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsi regional tranzit mövqelərinin möhkəmlənməsinə mühüm töhfə verəcək. Bu məqsədlə dəhliz boyunca dəmir yolu və avtomobil yollarının inkişafı region ölkələrinin iştirakı ilə ardıcıl şəkildə davam etdirilir.

- Araz dəhlizi layihəsinin icrasının hazırkı mərhələsi barədə məlumat verə bilərsinizmi?

- Araz dəhlizi Azərbaycanın əsas ərazisindən Naxçıvana İran ərazisi vasitəsilə çıxışı asanlaşdırmağı və Culfa-Kəlalə oxunu regionun güclü avtomobil və dəmir yolu keçidinə çevirməyi hədəfləyən bir tranzit marşrutudur. Sözügedən marşrut son 34 il ərzində istifadə olunsa da, hazırda onun ötürücülük qabiliyyətinin artırılması və hərəkətin daha da asanlaşdırılması gündəmdədir. Layihə mövcud yolların təkmilləşdirilməsini, yeni körpülərin tikintisini və ya mövcud körpülərin yenilənməsini, tunellərin inşasını, habelə nəqliyyat və gömrük infrastrukturunun gücləndirilməsini nəzərdə tutur.

- Azərbaycan və Ermənistan arasında sülh prosesinin gedişatı barədə nə deyə bilərsiniz?

- İran hesab edir ki, Cənubi Qafqazda davamlı və dayanıqlı sülh yalnız dialoq, qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri əsasında, region ölkələrinin ümumi maraqları nəzərə alınmaqla mümkündür. Bu baxımdan Azərbaycan və Ermənistan arasında aparılan danışıqları keçmiş gərginliklərin aradan qaldırılması və yeni əməkdaşlıq mərhələsinin başlanması baxımından müsbət və zəruri addım kimi qiymətləndiririk.

İran hər zaman Bakı ilə İrəvan arasında hərtərəfli sülh sazişinin imzalanmasını dəstəklədiyini bəyan edib və dialoqun asanlaşdırılmasına töhfə verməyə hazır olduğunu bildirib. Tehran hesab edir ki, Cənubi Qafqaz xarici geosiyasi rəqabət və müdaxilələr məkanına çevrilməməli, region ölkələri problemlərin həllinə dialoq və konstruktiv əməkdaşlıq yolu ilə nail olmalıdırlar.

- İran-Azərbaycan münasibətlərinin perspektivlərini necə görürsünüz?

- Perspektivdə İran-Azərbaycan münasibətlərini müsbət, dinamik və qarşılıqlı hörmətə əsaslanan əlaqələr kimi dəyərləndiririk. Tarixi, mədəni və dini ortaq dəyərlər iki ölkə arasında möhkəm ictimai və mənəvi zəmin formalaşdırır. Enerji, tranzit, ticarət, kənd təsərrüfatı, texnologiya, təhsil və turizm sahələrində mövcud potensialın fəallaşdırılması münasibətləri strateji səviyyəyə yüksəldə bilər. İran regional dəhlizlərin tamamlanması, ticarət əlaqələrinin genişləndirilməsi və birgə iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində Azərbaycanla əməkdaşlığa tam hazırdır.

- Hazırda iki ölkə arasında yeni layihələrin icrası nəzərdən keçirilirmi?

- İki ölkə arasında iqtisadi əməkdaşlıq həm dövlət, həm də özəl sektor səviyyəsində ardıcıl şəkildə davam etdirilir. Birgə iqtisadi komissiyanın mütəmadi iclasları əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir. İranlı iş adamları Azərbaycanın azad edilmiş ərazilərində investisiya qoyuluşuna, eləcə də tranzit və enerji sahələrində əməkdaşlığa ciddi maraq göstərirlər.

- Azad edilmiş ərazilərə səfərinizlə bağlı təəssüratlarınızı bölüşərdiniz...

- Bu səfər mənim üçün olduqca dəyərli və təsirli olub. Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri milli iradənin, dövlətçilik əzminin və gələcəyə inamın bariz təzahürüdür. Yol və nəqliyyat infrastrukturu, hava limanları, şəhərsalma layihələri, təhsil və dini obyektlərin bərpası regionda sabitlik və davamlı inkişaf mesajı verir. İran bu prosesdə texniki və mühəndislik imkanları ilə əməkdaşlığa hazırdır.

- Hazırda İrandan Azərbaycana səfər edən turistlərin sayı nə qədərdir?

- Iran Air və AZAL aviaşirkətlərinin Tehran–Bakı və Təbriz–Bakı marşrutları üzrə həyata keçirilən uçuşlar vasitəsilə ayda orta hesabla 3 min nəfər İran vətəndaşı Azərbaycana səfər edir. 2020-ci ildən etibarən quru sərhədlərin bağlı qalması turist axınının azalmasına səbəb olsa da, birbaşa aviareyslər əlaqələrin davam etdirilməsinə imkan yaradır. Ümidvarıq ki, quru sərhədlərin açılması ilə turizm sahəsində qarşılıqlı əlaqələr daha da canlanacaq.

- Yaxın gələcəkdə yüksək səviyyəli qarşılıqlı səfərlər planlaşdırılırmı?

- Yüksək səviyyəli qarşılıqlı səfərlər ikitərəfli münasibətlərin dinamik inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezident Məsud Pezeşkianın Bakı və Xankəndiyə səfərlərindən sonra Azərbaycan Prezidentinin Tehrana səfəri üzərində müvafiq işlər aparılır. Bu səfərlərin siyasi, iqtisadi və mədəni əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyi gözlənilir. Dövlət başçıları arasında mövcud olan səmimi və dostluq münasibətləri bu prosesə mühüm töhfə verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Dekabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see186

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see157

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see129

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see126

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see125

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri