İran silahsız etirazçıları güllələyir ABŞ nazirindən Tehrana ağır sözlər
Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
“Vaşinqton İrandan çıxarılan milyonlarla dolları yaxından izləyir”.
Bakupost.az xəbər verir ki. bu sözləri “FOX News” kanalaına müsahibəsində ABŞ-nin maliyyə naziri Skot Bessent deyib. Onun sözlərinə görə, İran hakimiyyəti sonunun yaxın olduğunu anlayır və mövcud vəziyyətdə sanksiyalardan yayınmaq üçün vəsaitləri ölkədən çıxarmağa çalışır.
Bessent qeyd edib ki, ABŞ Maliyyə Nazirliyi İran tərəfindən həyata keçirilən maliyyə köçürmələrini həm bank sistemi, həm də rəqəmsal aktivlər vasitəsilə izləyir. Nazir vurğulayıb ki, bu pullar dünyanın müxtəlif ölkələrindəki banklara və maliyyə qurumlarına daxil olur.
ABŞ maliyyə naziri vəziyyəti sərt ifadələrlə təsvir edərək, İran hakimiyyətinin davranışını “gəmidən qaçan siçovullara” bənzədib. Bessent əlavə edib ki, ABŞ Maliyyə Nazirliyi İran rəsmiləri bu pulları uzun müddət gizlədə və ya təhlükəsiz şəkildə saxlaya bilməyəcək.
***
Bu arada “Fox News”un hazırladığı reportajda telekanalın xarici müxbiri Trey Yinqstə danışan iranlı etirazçı repressiv qüvvələrinin ona dolu silahla atəş açdığını bildirib. Hadisə etirazçının ölkəni tərk etməsindən sonra ictimaiyyətə açıqlanıb.
Etirazçının sözlərinə görə, təhlükəsizlik qüvvələri heç bir xəbərdarlıq etmədən silahı qaldıraraq atəş açıblar: “Onlar silahı qaldırdılar atəş açdılar. Güllələr sinəmə və çənəmə dəydi”, – deyə, o, bildirib.
Jurnalist bu reportajın İranda silahsız etirazçılara qarşı odlu silahlardan istifadənin sistemli xarakter daşıdığını göstərən növbəti sənəd olduğunu qeyd edib.
Hesabatda bildirilir ki, bu fakt İran hakimiyyətinin vətəndaşlara qarşı artan və mütəşəkkil zorakılıq siyasətinin daha bir nümunəsidir.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:ABŞ İran yaxınlaşması TRAMPIN TƏMSİLÇİSİ TEHRANA GEDƏ BİLƏR
09 Aprel 2025 11:05
Donald Trampdan Tehrana ümid: İran çiçəklənəcək
05 Fevral 2025 13:20
ABŞ dən Tehrana sürpriz məktub
21 Avqust 2025 12:28
İran Prezidenti: ABŞ İsraili Tehrana qarşı hərbi hücuma sövq edir
12 Fevral 2025 22:12
İran XİN: Putinin Tehrana səfərinə hazırlıq gedir
14 May 2025 12:38
Baxış sayı:75
Bu xəbər 15 Yanvar 2026 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















