İranın kriptovalyuta sektoru böyüyür KİV
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İranın milyardlarla dollar dəyərində kriptovalyuta iqtisadiyyatının atəşkəsdən sonra daha da genişləndiyi bildirilir.
Redaktor.az xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.
Qəzetin məlumatına görə, İran sanksiyalardan və nəzarətdən yayınmaq məqsədilə Hörmüz boğazından keçən neft tankerlərindən hər barel üçün 1 dollar həcmində kriptovalyuta ilə tranzit haqqı tələb edir.
Hesabatda qeyd olunur ki, bu addım ölkənin təxminən 7,8 milyard dollar dəyərində qiymətləndirilən kripto sektorunun genişlənməsini göstərir.
Bildirilir ki, bu sektorun yarıdan çoxu İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və onunla əlaqəli qruplar tərəfindən ticarət, silah və müxtəlif əmtəələrin maliyyələşdirilməsi üçün istifadə olunur.
Eyni zamanda vurğulanır ki, İranın Mərkəzi Bankı da “Tether” kriptovalyutasında azı 507 milyon dollar vəsait əldə edib.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 10 Aprel 2026 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















