Icma.az
close
up
RU
İrəvana zərbə: Yeni münaqişə hazırlayan təşkilat məhv oldu

İrəvana zərbə: Yeni münaqişə hazırlayan təşkilat məhv oldu

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin 25 fevral tarixli bəyanatı bir daha göstərməkdədir ki, Ermənistan regionda dayanıqlı sülhün tərəfdarı deyil və Paşinyanın normallaşma ilə bağlı bəyanatları sadəcə imitasiyadır. Çünki bu günə qədər Azərbaycan və Ermənistan arasında normallaşma prosesində hər nə uğur əldə olunubsa Prezident İlham Əliyevin dediyi kimi, monoloq yolu ilə, Azərbaycan Prezidentinin qətiyyəti ilə əldə olunuB”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, indi Azərbaycan hərbi siyasi qələbələri ilə elə bir geosiyasi konfiqurasiya yaradıb ki, nə Avropa İttifaqı, nə də onun çirkab yuvasına dönmüş parlament strukturu hansısa bəyanatla regionda nəyisə dəyişə bilməz:

“Əksinə, proseslər göstərir ki, zaman Azərbaycanın lehinə işləyir. Demokratların hakimiyyəti itirməsi ilə Ermənistan artıq okeanın o tayından əvvəlki dəstəyi görmür, yaxud Ermənistanı yeni münaqişəyə təşviq etmək məqsədi ilə son 5 ildə bu ölkəyə yardımlarını 2 dəfə artıran USAİD kimi korrupsiya yuvasının ləğvi İrəvan üçün böyük zərbədir. Və ya yerl yersiz Ermənistana dəstək verən Kanadanın özünün bir dövlət kimi mövcudiyyəti sual altına düşüb, Tramp Kanada Baş nazirini qubernator adlandırır.

Yəni görünən odur ki, Avropa İttifaqı strukturları Ermənistanın himayəçisi qismində faktiki olaraq meydanda tək qalıb və bu prosesdə isə Avrostrukturların əsas tərəfdaşı qismində Azərbaycanda antimilli ünsürlər çıxış edir. Məsələn, özünüz baxın, ölkəmizə qarşı bu qədər qərəz və böhtan dolu hücumlar, o cümlədən suveren haqlarımıza təcavüz cəhdləri fonunda Azərbaycanda antimilli cəbhədən hər hansı fərdin Avropa ittifaqı, yaxud Avropa Parlamentini tənqid edən bir çıxışı varmı? Avropa İttifaqı açıq formada separatizmi təşviq edir, hardadı özünə Milli Şura deyənlərin milli qeyrəti? Yaxşı hakimiyyəti tənqid edirsən, başa düşdük, bəs dövlət maraqları? Yaxud Fransanın Azərbaycana açıq düşmən münasibəti fonunda antimilli şuradan Makron əleyhinə bir kəlmə də olsun bəyanat eşitmişikmi? Eyni qaydada, bu ünsürlər və onlarla eyni cəbhədə olan muzdlu media bir dəfə də olsa Bayden Amerikasına, o cümlədən USAİD-ə münasibətdə hər hansı bir mövqe ortaya qoyubmu? Etməyiblər, çünki edə bilmirlər. Çünki müstəqil deyillər. Artıq hər kəs gözünü açıb bu həqiqətləri görməlidir. Görməlidir ki, Qərb təbliğat maşını marionetləri müstəqil siyasətçi adı altında, qərb tezislərindən asılı jurnalistləri azad media adı altında, ifşa olunmuşları isə siyasi məhbus adı altında Azərbaycan cəmiyyətinə sırımağa cəhd edir.

Amma əslində xarici təsirlərin artığı hazırkı həssas dönəmdə ən müstəqil siyasətçi və ən azad jurnalist elə dövlətinin və Prezidentinin yanında olmağı bacaranlardır. Dövlətin qarşısında durmaq qarşı cəbhədə olmaq deməkdir və heç bir halda müstəqillik göstəricisi ola bilməz, bu ya xainlikdir, ya da satqınlıq”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Fevral 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri