Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

İşğala məruz qalan Ukraynanın suverenliyinin tanınması Azərbaycanın ədalətli mövqeyinin göstəricisidir

İşğala məruz qalan Ukraynanın suverenliyinin tanınması Azərbaycanın ədalətli mövqeyinin göstəricisidir

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Azərbaycan Prezidenti cənab İlham Əliyev "III Şuşa Qlobal Media Forumu"nda Ukraynadan olan jurnalist Dmitri Qordonun sualını cavablandırdı. Prezident qeyd etdi ki, bir müddət əvvəl bu suala cavab vermişdi və bu günki cavabı da həmin cavabdan fərqlənmir. ADA Universitetində keçirilən beynəlxalq tədbirdə də Azərbaycan prezidenti Ukraynada olan bir jurnalistin sualına cavab olaraq bildirmişdi ki, “xalqın iradəsi əhəmiyyətli rol oynayır və biz buna bariz nümunəyik. Azərbaycan xalqı olaraq biz 30 ilə yaxın müddət ərzində işğal faktı ilə barışmadıq və barışmayacağımızı da bəyan etdik”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Arzuxan Əlizadə danışıb. Deputat qeyd edib ki, bizim üzərimizə çox böyük təzyiqlər vardı.

Arzuxan Əlizadə / Foto: amip.az

“Bu gün Ukraynaya təzyiq yoxdur, dəstək var. Bütün Avropa ölkələri tərəfindən, ABŞ - qısaca, bütün Qərb dünyası tərəfindən Ukraynaya ən yüksək səviyyədə dəstək var. Amma Azərbaycan öz haqq mübarizəsini apararkən təzyiq altında idi. Demək olar ki, bütün ölkələr region ölkələri də daxil olmaqla Azərbaycanın üzərinə gəlirdilər və ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ, Fransa və Rusiyanı təmsil edən həmsədrlər də öz ölkələrinin mövqelərini ifadə edərək, faktiki olaraq Azərbaycandan tələb edirdilər ki, reallıqla barışaq. Reallıqla barışmaq da o demək idi ki, biz torpaq itkisi ilə, işğalla barışmalı və həmin işğala məruz qalmış əraziləri ermənilərə peşkəş etməli idik. Əslində ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti də ona hesablanmışdı ki, müddət keçsin və zaman keçdikcə biz unudaq, həmin torpaqları geri qayıtmaq imkanlarımızı itirək. Və nəticə etibarilə həmin işğala məruz qalmış ərazilərin bir müddətdən sonra ermənilərin lehinə rəsmiləşdirilməsi siyasəti yürüdülürdü. Bütün dünya tərəfindən Azərbaycanın üzərinə gələn bir dönəmdə də biz geri çəkilmədik. Xalq olaraq, dövlət olaraq, millət olaraq mövqeyimizi siyasi iradəmizi ortaya qoyduq və sona qədər torpaqlarımızın işğaldan azad olunması mövqeyimizi ifadə etdik”-deyə Arzuxan Əlizadə vurğulayıb.

“Bu dövr ərzində olduqca çətin dönəmlərdən keçdik. Belə ki, Azərbaycan yeni müstəqillik əldə etmişdi. Bir milyona yaxın qaçqın vardı, iqtisadiyyat yenidən qurulmalıdır və torpaqların 20 faizi işğal altında belə bir çətin dönəmlərdən keçərək iqtisadiyyatımızı, ordumuzu gücləndirdik və nəticə etibarilə yalnız öz gücümüzə arxalanaraq, xalqımızın iradəsinə arxalanaraq biz ikinci Qarabağ savaşında çox böyük qələbə əldə etdik. Bütün dünyaya göstərdik ki, Azərbaycan xalqının iradəsini qırmaq mümkün deyil”-deyə deputat qeyd edib.

Deputat bildirib ki, Azərbaycan prezidenti bütün bunları nəzərdə tutaraq Dmitri Qordonun sualına cavab verib: “Prezident İlham Əliyev qeyd edib ki, dünyada bir Azərbaycan nümunəsi var artıq. Bunu Azərbaycan öz gücü ilə formalaşdırıb. Separatizmdən, terrorçuluqdan və ərazi itkilərindən qurtulmağın, həmçinin ərazi bütövlüyünü təmin etməyin və suverenliyini bərpa etməyin bir Azərbaycan nümunəsi var”.

Arzuxan Əlizadənin fikrincə, İkinci Qarabağ savaşında da Azərbaycan elə bir hərbi performans göstərdi ki, aparıcı dünya dövlətləri öz hərb tarixinə və hərb dərsliklərinə Azərbaycanın İkinci Qarabağ savaşında əldə etdiyi uğurların əsas özəyi olan hərbi performansı və hərbi taktikanı əlavə etdilər.

“Bütün bunlar bir daha onu deməyə əsas verir ki, xalq əgər sona qədər öz iradəsini arxasında möhkəm dayanacaqsa, o xalqı heç bir halda sındırmaq və məğlub etmək mümkün olmayacaq. Yetər ki, sona qədər mübarizə aparılsın. Yetər ki, işğal faktı ilə barışılmasın. Azərbaycan prezidentinin Ukrayna xalqına və Ukrayna dövlətinə tövsiyəsi də elə bu oldu. Özü də qeyd etdiyi kimi, artıq ikinci dəfədir eyni mövqeyi sərgiləyir və Azərbaycan bu illər ərzində də 2014-cü ildə Krım ilhaq olunanda da eyni mövqe sərgiləmişdi. Qonşularından fərqli olaraq Azərbaycan Krımın Ukrayna əraziləri olduğunu tanımışdı və indi də Azərbaycan prezidenti Azərbaycan dövlətinin mövqeyini ifadə edərək, Ukraynanın ərazi bütövlüyünü tanıdığını ifadə edir. Baxmayaraq ki, Rusiya ilə münasibətlərdə müəyyən eniş-çıxışlı dönəmdən keçirik. Azərbaycan sadəcə ədalətli mövqeyini müdafiə edib. Azərbaycan prezidenti hər zaman olduğu kimi bu gün də ədaləti müdafiə edərək həm tövsiyələrini verdi. Ukrayna xalqına Dmitri Qordonun sualından istifadə edərək və onun timsalında eyni zamanda da növbəti dəfə mövqeyini ifadə etdi ki, “biz özümüz ədalətsizliyə uğramış, 30 ilə yaxın ərzində ədalətsiz mövqeyə və ikili standartlı mövqeyə məruz qalmış ölkə olaraq mübarizəmizi sona qədər davam etdirdik və işğal faktı ilə barışmadıq. Nəticə etibarilə ərazilərimizi işğaldan azad etdik, suverenliyimizi də bərpa etdik və düşmən üzərində qələbə çaldıq.

Eləcə də Ukrayna xalqı əgər sona qədər mübarizəsini davam etdirəcəksə, təbii ki, heç bir halda Ukrayna işğal edilə bilməz. Bu gün Ukraynaya çox böyük dünya dəstəyi var və bütün bu dəstək fonunda da Ukrayna xalqının iradəsindən çox şey asılıdır. Xalqın iradəsi, xalqın əzmi və işğalla barışmamaq mövqeyi təbii ki, qələbənin əsas hissəsidir. Bu baxımdan Ukrayna xalqının üzərinə təbii ki, çox böyük bir missiya düşür ki, işğal faktı ilə barışmasın sona qədər mübarizəsini davam etdirsin və torpaqlarını işğaldan azad etsin”-deyə Arzuxan Əlizadə fikrini yekunlaşdırıb.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 21 İyul 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see283

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see276

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see225

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see215

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see211

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see206

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see198

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see197

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see190

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see185

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see180

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see176

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see172

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see155

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see153

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see151

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see150

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see143

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri