Icma.az
close
up
RU
İslandiya və Ukrayna ilə görüşlərdən üç xal götürsək, yaxşı nəticə sayıla bilər MÜSAHİBƏ

İslandiya və Ukrayna ilə görüşlərdən üç xal götürsək, yaxşı nəticə sayıla bilər MÜSAHİBƏ

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan millisinin sabiq müdafiəçisi Saşa Yunisoğlu Sportal.az saytına müsahibə verib.

- Azərbaycan milli komandası İslandiya önünə çıxacaq. Necə düşünürsən, Azərbaycan millisi bu görüşdə uğurlu nəticəyə ümid edə bilər?

Əlbəttə, həmişəki kimi, yaxşı oyun və nəticə istəyirik. Baxmayaraq ki, İslandiya Avropanın ən güclülərindən deyil. Bizim qrupda da başqa rəqiblərə baxanda, deyərdim ki, millimiz üçün ən uyğun rəqibdir və onlarla nəticəyə oynamaq olar. Amma təəsüflər olsun ki, millimizin son oyunları bizə böyük bir ümid vermir. Düşünürəm ki, millimizi çox çətin sınaq gözləyir.

 - Daha çox müzakirə olunan mövzu odur ki, legioner limitinin ləğvindən sonra yerli futbolçulara çox da şans verilmir. Məhz bu məqam millinin nəticələrinə təsir edə bilər?

Millimizin futbolçuları öz klublarda əsas heyətdə oynamırlarsa, bu da milli üçün çox böyük təsir göstərəcək. Amma onlara heç kim daim heyətdə yer alacağı ilə bağlı söz verə bilməz. Yerli oyunçular öz yerlərini özləri qazanmalıdırlar. Özlərinə güvənib, daha çox çalışıb, inkişaf edib və əcnəbi oyunçulardan daha yaxşı olmalıdırlar. Açığı, mən legioner limitinin ləğvini bəyənirəm. Bu, yerlilər üçün inkişaf yolunda böyük motivasiya olmalıdır. Güclüsənsə, oynayacaqsan. 

- Səncə, bu tsikl Fernandu Santuş üçün sonuncu sınaq və şans ola bilər, yoxsa, istənilən halda ona güvənməyə davam etmək lazımdır? Yəqin ki, artıq Santuş millidə nəticə verməlidir?

İstənilən halda baş məşqçinin qarşısına məqsəd qoyulur. Məqsədə nail ola bilmirsə, dəyişikliklər olmalıdır. Santuş yaxşı məşqçidir. Nə qədər ona güvənsək də, təbii ki rəhbərlik qərar verəcək. Millimiz hələ o səviyyəyə çatmayıb ki, onu Santuş kimi məşqçilər çalışdırsın. Bu dönəmdə yerli məşqçi millimizdə işləsə daha yaxşı olar. 

- Santuşun milli üçün futbolçu seçimləri də hər dəfə, xüsusən də bu dəfə müzakirə edildi. Bu mövsüm yerlilər arasında daha çox oynayan Mehdi Cənnətovu dəvət etmədi, Xorvatiya liqasında çıxış edən Rüfət Abdullazadəyə dəvət göndərmədi. Səncə seçimlər ədalətli aparıldı?

Bu məsələ ilə bağlı kənardan qiymət verməyə çətindir. Biz fikirləşirik ki, bu iki futbolçu milliyə dəvət edilməli idi. Amma ola bilər ki, hansısa səbəblərə görə Rüfət və Mehdi çağırılmadı. Amma ümumi götürsək, demək olar ki, ən yaxşılar dəvət olunub. Santuşu qınamaq da olmur, seçim o qədər da geniş deyil. Olanımız budur.

- Milli İslandiya və Ukrayna ilə ümumi iki matçdan neçə xal toplaya bilər və neçə xal toplasa, qənaətbəxşdir?

- İki matçdan altı xal desək, hansısa möcüzəyə bənzəyəcək. Dörd xal isə inandırıcı görünmür. Bu oyunlardan üç xal götürsək, yaxşı nəticə sayıla bilər. Amma reallıq onu göstərir ki, 1-2 xala da sevinməliyik.

- Yəqin ki, yığma komandamızın Reykyavikdə əldə edəcəyi üç xal millimizin bu qrupdakı şanslarından və iddiasından xəbər verəcək? 

Proqnoz verməyi xoşlamıram. Milllimizin əldə edə biləcəyi qalibiyyət iddiamızı və ümidimizi də yüksəldəcək. Eyni zamanda növbəti işimizi xeyli çətənləşdirəcək. Çünki Reykyavikdə qazanacağımız qələbə digər rəqiblər üçün siqnal olacaq ki, növbəti oyunlarda millimizə qarşı iki qat motivasiya ilə çıxacaqlar. 

- “Qarabağ"ın Çempionlar Liqasında əsas mərhələyə gedib çıxması milliyə, digər futbolçulara da təkan, motivasiya və ya inam verə bilər?

“Qarabağ”ın Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanması, nəinki futbolçulara bütün azərbaycanlı futbolsevərlərə böyük ümid və motivasiya verir. “Qarabağ” sönmüş futbolumuza yeni işıq gətirib, yeni rəng qatıb. Ümid edək ki, həmin yaxşı əhval ruhiyyə millimizin oyununa yaxşı mənada təsir göstərsin və millimiz növbəti iki oyunda bizi sevindirsin. Uğurlar arzu edirəm.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://sportal.az
archiveBu xəbər 05 Sentyabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see135

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri