Icma.az
close
up
RU
İsrail və Türkiyə Suriyada üzüzə: məqsədlər də fərqlidir, maraqlar da

İsrail və Türkiyə Suriyada üzüzə: məqsədlər də fərqlidir, maraqlar da

Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Deputat: “İsrail təhlükəsizlik axtarırsa, Türkiyə ilə dialoq aparmalıdır, Ankara ilə birgə Suriyada dövlətçiliyin bərpasına yardım etməlidir”

Dekabrın 8-də Suriyada silahlı müxalif qruplar hökumət mövqelərinə sürətli hücum təşkil edərək Dəməşqə nəzarəti ələ keçiriblər. Bundan sonra Prezident Bəşər Əsəd rejimi devrilib və, ölkə başçısı Rusiyaya qaçıb. Hazırda Suriyada müvəqqəti hökumət idarəçiliyi mövcuddur və xarici güclərin, xüsusən də Türkiyənin aktiv iştirakı ilə Suriyada normal dövlətin qurulması prosesi başlayıb. Hazırkı qarışıqlıqdan istifadə edən İsrail isə Suriyada əməliyyatlara başlayıb və maraqlarını təmin etmək istiqamətində hərbi aktivliyini artırıb.

Belə ki, İsrail Hərbi Hava Qüvvələri Əsəd rejimi devrildikdən sonra Suriyada 250-dən çox hərbi obyektə hücum edib. İsrail ordusunun “Qalei İDF” radiosunun yaydığı məlumatda qeyd olunur ki, “bu, İsrail Hərbi Hava Qüvvələri tarixindəki ən böyük hücum əməliyyatlarından biridir”. Ölkənin müdafiə strukturlarındakı mənbə radiostansiyaya bildirib ki, zərbələrin hədəfi Suriya Hərbi Hava Qüvvələrinin onlarla qırıcısı, onlarla zenit-raket kompleksi, silah istehsalı və anbar obyektləri, həmçinin yer-yer tipli raket anbarları olub.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, Suriyada üç böyük aviabaza hücuma məruz qalıb: ölkənin şimalında Qamışlıda, Homsdakı bazalar və Dəməşqin Mezze hava limanı. Zərbələr nəticəsində onlarla döyüş təyyarəsi və helikopter məhv edilib. İsrail qüvvələri Dəməşqin şimalındakı Bərzə bölgəsinə də hücum edib. Oraya  15 raket atılıb. Nəticədə elmi-tədqiqat institutlarının bir neçə binası dağıdılıb. Bundan əlavə, “Al Mayadeen”in məlumatına görə, Cemraya (Dəməşqin şimalında yerləşir) və Masyafda (Həma əyalətinin qərbində) elmi mərkəzlər bombardmana məruz qalıb. Zərbələrdən biri Suriya paytaxtının cənub-şərqindəki Aqraba bölgəsində Elektron Müharibəyə Nəzarət Mərkəzinə endirilib.

Bundan əvvəl İsrail Suriya ordusunun Aralıq dənizi sahilində yerləşən Latakiyadakı mövqelərinə, həmçinin Dəra vilayətinin İzra şəhəri yaxınlığındakı silah anbarına hücum edib.

Xatırladaq ki, İsrail quru qüvvələri demilitarizasiya zonasını keçərək 1973-cü ildə Yom Kippur müharibəsindən və 1974-cü il atəşkəs razılaşmasından sonra ilk dəfə olaraq Suriya ərazisinə daxil olub. İsrail hərbçiləri əraziyə nəzarət etmək üçün Hermon dağında, eləcə də bir sıra başqa yerlərdə strateji mövqelər tutublar. Bu, Əsəd rejimini devirmiş silahlı müxalifətin Qolan təpələri yaxınlığındakı hərbi obyektlərə nəzarəti ələ keçirməsinin və daha sonra onlardan İsrailə qarşı istifadəsinin qarşısını almaq üçün edilib.

“Axios” yazır ki, İsrail bufer zonada nəzarət yaratmaq planları barədə Birləşmiş Ştatları xəbərdar edib və bunun sərhəddə təhlükəsizlik vəziyyəti sabitləşənə qədər bir neçə gündən bir neçə həftəyə qədər davam edəcək müvəqqəti tədbir olduğuna əmin edib. Qəzetin iki mənbəsinin bildirdiyinə görə, Təl-Əviv son günlər Suriya hökumət əleyhinə qüvvələrinə İsrail ordusunun sərhədə yaxınlaşacağı təqdirdə hərəkətə keçəcəyi ilə bağlı xəbərdarlıq göndərib.

Yerli və beynəlxalq ekspertlərin qənaətincə, İsrailin bu əməliyyatları “müvəqqəti” adlandırılsa da, heç də müvəqqəti olmaya bilər. İsrailin “təhlükəziliyin təmini” adlandırdığı əməliyyatların davamlı ola biləcəyini istisna etməyən analitiklər vurğulayırlar ki, İsrailin niyyəti Suriyadan ərazi qoparmaq ola bilər. Bu isə bölgənin əsas gücü olan Türkiyənin maraqlarına uyğun deyil və vəziyyət belə davam edərsə, Türkiyə ilə İsrailin Suriyada üz-üzə gəlməsi ehtimalı artır.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib ki, İsrail əvvəllər də, Əsəd rejiminin dövründə də əməliyyatlar həyata keçirib:

- İsrail çalışırdı ki, Suriyadakı “Hizbullah” cəbhəxanalarını məhv etsin. İsrail özü üçün əsas təhlükə gördüyü “Hizbullah”ı Suriyada maksimum neytrallaşdırmaq məqsədi güdürdü. Eyni zamanda, İsrail “Hizbullah”ın Suriya ərazisindən Livana daşınma xətlərini kəsmək məqsədi ilə əməliyyatlar keçirirdi. Məlumdur ki, “Hizbullah” demək olar ki, məhv edilib. Qruplaşma Suriyadan da çıxıb gedib. Əsədin devrilməsindən sonra İsrail yeni əməliyyatlar həyata keçirməyi fürsət bildi. Təl-Əviv Suriyada hakimiyyətə gələcək qüvvələrə etibar etmir. Çünki Əsədi devirən əsas qrup olan “Heyət Təhrir əş-Şam” (HTŞ) qrupu radikal islamçı ekstremist təşkilat kimi tanıyırlar, onu “əl-Qaida” terror təşkilatı ilə bağlayanlar da var. Görünən odur ki, İsrail bu qruplaşmanın əlinə Suriya ordusundan qalma cəbhəxananın, silah-sursatın keçməsinə imkan verməmək istəyir. Eyni zamanda, Suriyada kimyəvi silahların olması ilə bağlı faktlar vardı ki, İsrail bu silahların yeni qurulacaq hökumətin əlinə keçməsi qorxur. Ona görə də, əməliyyatlarla bu təhlükələri aradan qaldırdığını düşünür.

- Sizcə, belə bir təhlükə varmı və İsrail bunu aradan qaldıra bilirmi?

- Hər halda İsrail düşünür ki, təhlükə var. Amma məncə, İsrailin belə davranışı düzgün deyil. Bu gün Suriyadakı qarmaqarışıqlıqdan, dövlətin olmamasından istifadə edilir. İndi İsrail belə addımlar atır, amma əvvəl-axır Suriyada normal dövlət qurulacaq. Bu zaman düşmənçilik daha da böyüyəcək. İsrailin məqsədi düşmənliyi daha da dərinləşdirmək yox, sülhü, əmin-amanlığı bərpa etmək olmalıdır. Nəzərə almaq lazımdır ki, İsrailin İordaniya və Misirdən fərqli olaraq, Suriya ilə sülh sazişi yoxdur. İndi bu cür davranmaq düşmənçiliyi daha da dərinləşdirə bilər ki, bu, gələcəkdə İsrailin özü üçün daha təhlükəli vəziyyətə gətirib çıxaracaq. Əksinə, Təl-Əviv Suriyada dövlətin normal vəziyyətə qayıtmasında, ərazi bütövlüyünün təminində maraqlı olmalıdır və buna töhfə verməlidir. Hər bir dövlət istəyər ki, sərhədindəki dövlətdə sabitlik olsun.

- İsrailin bu addımlarına Türkiyə qarşıdır. Ankara istəyir ki, Suriya yenidən qurulsun, sabitlik olsun. İsrailin isə Suriyanı bombalamaqla vəziyyəti daha da gərginləşdirməsi Türkiyəni İsraillə Suriyada üz-üzə qoyur...

- Söhbət Türkiyə ilə İsrailin Suriyada hərbi cəhətdən üz-üzə gəlməsindən getmir, maraq toqquşmasından gedir. İki ölkənin maraqları Suriyada toqquşur. Türkiyə çalışır ki, Suriyada dövlət bərpa olunsun. Biz deyirik ki, Türkiyə Suriyanın parçalanmasını istəmir.  Suriya onsuz da parça-parçadır. Əsəd rejimi dövründə vahid Suriya əslində yox idi. Əsəd rejimi devriləndən sonra isə ümumiyyətlə, boşluq yaranıb ki, oradakı silahlı qruplar təhlükə mənbəyidir. Suriyanın indiki vəziyyətdə qalması, xaosun davam etməsi təkcə Türkiyə yox, İsrail üçün də, bütün qonşu dövlətlər üçün də təhlükə mənbəyidir. İsrail Suriyada Türkiyənin dövləti bərpa etmək istəklərinə qarşı çıxırsa, gələcəkdə öz başı ağrıyacaq. Suriyadakı xaotik vəziyyət İsrail üçün müsbət nəsə vəd etmir. Düşünmürəm ki, İsrail Suriya ərazisini bombalamaqla təhlükəsizliyini təmin edir. İsrail təhlükəsizlik axtarırsa, Türkiyə ilə dialoq aparmalıdır, Ankara ilə birgə Suriyada dövlətçiliyin bərpasına yardım etməlidir.

Yenə deyirəm, Türkiyənin məqsədi Suriyadakı terror qruplarını zərərsizləşdirmək, qonşuluğunda olan dövlətdə sabitliyin bərqərar olmasıdır. Bu istiqamətdə Türkiyə lazımi addımlarını atacaq və nəticə əldə edəcəyinə şübhə yoxdur.   

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://ayna.az
archiveBu xəbər 19 Dekabr 2024 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri