Icma.az
close
up
RU
İSTƏDİYİMİZ VAXT PENSİYAYA ÇIXA BİLƏCƏYİK? Parlamentdə yeni qanun layihəsinə baxılacaq

İSTƏDİYİMİZ VAXT PENSİYAYA ÇIXA BİLƏCƏYİK? Parlamentdə yeni qanun layihəsinə baxılacaq

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclisdə özəl pensiya fondlarının yaradılması ilə bağlı müzakirələr başlayıb və qanun layihəsinin yaxın zamanlarda parlamentə daxil olacağı gözlənilir.

Layihənin adının “Qeyri-dövlət pensiya fondları haqqında” Qanun olacağı bildirilir. Hazırda layihə aidiyyatı qurumlar tərəfindən razılaşdırma mərhələsindədir.

Bundan əvvəl mətbuatda yayılan məlumatlara görə, yeni qanun vətəndaşlar pensiya kapitalının bir hissəsi özəl pensiya fondlarına yönəltmə imkanı verəcək.Belə ki, vətəndaş 50-55 yaşında toplanan pensiya kapitalını birbaşa götürərək biznes və ya hansısa təsərrüfat yarada, ev ala və digər məqsədlər üçün istifadə edə biləcək. Pensiya kapitalının DSMF-də qalan hissəsindən isə təqaüd almaqda davam edəcək. Birbaşa götürüləcək pensiya ödənişinin 50-70% civarında ola biləcəyi bildirilir. Bununla belə, vətəndaşın bu sistemə qoşula biləcəyi və birbaşa pensiya məbləğindən istifadə edə biləcəyi yaş, o cümlədən ödəniləcək birbaşa pensiya məbləği və bəzi digər məqamlar hələlik müzakirə predmetidir.

ABŞ, Böyük Britaniya, Almaniya, Niderland, İsveçrə, Avstraliyada pensiya təminatının böyük hissəsi özəl fondların üzərindədir. Şərqi Avropa ölkələrindən Polşa, Macarıstan, Çexiya kimi ölkələrdə də dövlət sistemi ilə yanaşı özəl fondlar işləyir.

Belə bir fikir formalaşıb ki, özəl pensiya fondlarının yaradılmasından sonra insanlar istədiyi vaxt pensiyaya çıxa bilər. Ancaq özəl pensiya fondlarının olduğu ölkələrdə sistem belə işləmir.


İqtisadçı Natiq Cəfərli Modern.az-a özəl pensiya fondlarının yaradılacağı təqdirdə baş verə biləcək dəyişikliklər haqqında danışıb. 
O qeyd edib ki, Azərbaycanda özəl təqaüd fondlarının yaradılması insanların istədiyi vaxt pensiyaya çıxacaqları mənasına gəlmir.

“Bu qanun layihəsinin qüvvəyə minməsi ilə vətəndaşların seçim imkanları olacaq. Belə ki, onlar istəsələr dövlət orqanları, istəsələr də özəl təqaüd fonları ilə fərdi müqavilələr bağlayacaqlar. Bizdə hazırda fərdi müqavilə anlayışı yoxdur və hamımız Dövlət Sosial Müdafiə Fonduna məhkumuq. İllərdir bizim də qeyd etdiyimiz seçim imkanlarının yaradılması yaxşı hal kimi qiymətləndirilməlidir” - deyə N. Cəfərli sonda vurğulayıb.

Beləliklə, özəl pensiya fondları vətəndaşa istədiyi vaxt pensiyaya çıxma imkanı vermir. Dövlət pensiyası üçün yaş həddi qalır və bu məcburidir. Özəl fondlar sadəcə əlavə imkan yaradır: vətəndaş topladığı vəsaiti daha tez istifadə edə bilər, amma bu da müəyyən şərtlərlə mümkündür. Bəzi ölkələrdə minimum yaş və uzunmüddətli iş tələbləri qoyulur, digərlərində isə vaxtından əvvəl vəsaiti götürmək üçün vergilər və cərimələr ödəməli olur. Yəni özəl fondlar insanlara əlavə seçimlər versə də, “istədiyi vaxt pensiyaya çıxmaq” imkanı tam şəkildə reallığı əks etdirmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Sentyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see440

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see274

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see209

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see204

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see187

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see186

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see185

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see181

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see176

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see175

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see171

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see155

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see155

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see152

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see148

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see145

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see142

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see138

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri