Icma.az
close
up
RU
İsveçə qalib gəlmiş heyətdən cəmi 7 futbolçu qalıb İdman və Biz

İsveçə qalib gəlmiş heyətdən cəmi 7 futbolçu qalıb İdman və Biz

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

UEFA Millətlər Liqasında birbaşa D liqasına düşməyib, pley-offda oynamaq üçün Azərbaycan millisi bu gün İsveçdə mütləq qələbə qazanmalıdır. Bəs bu mümkündürmü?

İdman.biz xəbər verir ki, İsveç komandası artıq qrupda liderliyi və müvafiq olaraq, B liqasına vəsiqəni təmin edib. Həm bu məqam, həm də millimizin Skandinaviya təmsilçisinə qalib gəlmək təcrübəsinin olması müəyyən ümid yaradır.

Ötən il öz meydanında Azərbaycanı 5:0 hesabı ilə məğlub edən İsveç sonra Bakıda turnir baxımından onlar üçün heç bir əhəmiyyəti kəsb etməyən oyunda 0:3 hesabı ilə uduzdu. Özü də komandamız 57-ci dəqiqədən azlıqda oynamışdı.

İsveçlə ötən ilki qarşılaşmada fərqlənən futbolçular – Emin Mahmudov (2 qol) və Renat Dadaşov (1) zədə üzündən bugünkü matçda çıxış edə bilməyəcəklər. Ümumiyyətlə, həmin uğurlu oyunda forma geyinənlərdən kimlərin indi meydana çıxmaq şansı var?

16 futbolçudan cəmi yeddisi qalıb ki, bu da heyətin yarıdan çoxunun dəyişməsi deməkdir. Ötən noyabr qələbəsinə imza atanlardan qırmızı vərəqə almış Bəhlul Mustafazadə, həmçinin Anton Krivotsyuk, Toral Bayramov, Coşqun Diniyev, Aleksey İsayev, Ramil Şeydayev və Mahir Emreli bu gün də millimizin şərəfini qoruya bilərlər.

Həmin qarşılaşmadan sonra İsveç millisi də dəyişib, özü də müsbət mənada: 11 oyun keçirib, onlardan 7-də qalib gəlib və yalnız 3-də uduzub. Bizdə olduğu kimi, onların baş məşqçiləri də yenidir: həm də Yon Dal Tomasson bu komandanın 60 ildən çox müddətdə ilk əcnəbi çalışdırıcısıdır. Danimarkalıdan əvvəl İsveç millisinə rəhbərlik edən sonuncu əcnəbi 1961-ci ildə ingilis Corc Raynor olub.

İsveçin ardıcıl məğlubiyyətsiz oyunlarının sayı artıq 5-ə çatıb. Azərbaycan komandası onlar üçün bu uğurlu seriyanı dayandıra biləcəkmi?

Yığmamız da əvvəlki iki ilin hər birində bir səfər qələbəsi qazana bilib: 2022-ci ildə Slovakiyada 2:1, 2023-cü ildə Estoniyada 2:0. Bu ənənə 2024-cü ildə də davam edəcəkmi?

Suallar çoxdur, cavablar isə bu gecə 23:45-də başlayacaq qarşılaşmada tapılacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 19 Noyabr 2024 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see366

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see257

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see217

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see203

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see189

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see173

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see142

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see135

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri