Jurnalistlərdə futbol veteranlarının oyunu keçirildi
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Etopaz-ın baş sponsorluğu, Milli Olimpiya Komitəsinin (MOK), Azərbaycan Minifutbol Federasiyasının (AMF) və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) birgə təşkilatçılığı ilə Milli Mətbuatın 150 və AİJA-nın 30 illik yubileylərinə həsr olunmuş yubiley matçı keçirilib.
QOL.az xəbər verir ki, görüşdə idman jurnalistlərindən ibarət komanda tanınmış futbol veteranlarından qurulmuş yığma ilə üz-üzə gəlib.
Komandalar şərti olaraq "Əkinçi" və "Futbol+" adlanıb.
Jurnalistlərdən ibarət yığma "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmlinin baş məşqçiliyi ilə meydana çıxıb. Sabir Hacıyevin baş hakimi olduğu oyun 7:7 hesabı ilə başa çatıb.
Jurnalistlərdən Emin Abbasov, Mirbağırağa Cəfərli, Nurani İsgəndərov (4), Xanoğlan İmanov veteranlardan Samir Ələkbərov, Azər Bağırov, Azər Mehdiyev, Əli Abışov (2), Vaqif Cavadov (2) fərqlənib.
Dostluq şəraitində keçən yubiley matçının sonunda AİJA prezidenti Eldar İsmayılov, "Olimpiya Dünyası" qəzetinin baş redaktoru Aslan Şirəliyev iştirakçılara Milli Mətbuatın 150 və AİJA-nın 30 illik yubileyləri münasibətilə hazırlanmış xatirə medalları və digər hədiyyələri təqdim edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 21 İyul 2025 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















