Kapitan: “Başqa yolumuz yoxdur”
futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Sumqayıt” Azərbaycan Premyer Liqasının XXIX turunda “Araz-Naxçıvan”a uduzub – 1:2.
“Kimyaçılar”ın kapitanı Elvin Bədəlov “Futbolpress.az“a açıqlamasında oyunla bağlı fikirlərini bölüşdü:
“Oyuna çox pis başladıq. Ona görə erkən qol buraxdıq. Bundan sonra rəqib yenə fərqlənə bilərdi. Lakin toparlandıq və epizodlar yaratmağa başladıq, ancaq uğursuz olduq. Rəqibin ikinci qolundan sonra oyun daha çətin oldu və dönüş edə bilmədik”.
“Sumqayıt” çempionatda son iki oyunda 5 qol buraxıb. Bədəlov müdafiədə boşluqlar verdiklərini qeyd etdi:
“Daha çox hücumda oynamağa başlamışıq. Buna görə də müdafiədə boşluqlar yaranır. Bu, normaldır. Lakin həm müdafiədə, həm də hücumda yaxşı oynamalıyıq”.
Gənclik şəhəri təmsilçisi çempionatda növbəti turda “Şamaxı” ilə qarşılaşacaq. “Sumqayıt”ın bundan sonrakı rəqibləri isə müvafiq olaraq “Zirə”, “Neftçi” və “Qarabağ” olacaq. Kapitan təqvimə toxundu:
“İlk növbədə “Şamaxı” ilə matça hazırlaşacağıq. Evimizdə oynayacağıq və qələbə qazanmaq istəyirik. Bundan sonra daha çətin oyunlarımız var. Hər şeyə hazır olmalıyıq, başqa yolumuz yoxdur”.
Autsayder “Səbail”i 9 xal qabaqlayan “Sumqayıt” hələ elitada qalmağı təmin etməyib. Bədəlov təhlükənin davam etdiyini söylədi:
“Hələ heç nə həll edilməyib. Təhlükə var və ona görə sona qədər oynamalıyıq. Maksimum xallar toplamalıyıq”.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 09 Aprel 2025 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















