Icma.az
close
up
RU
Keçmişlə gələcək arasında: Doxsanda doğulanlar nə hiss edir?

Keçmişlə gələcək arasında: Doxsanda doğulanlar nə hiss edir?

Icma.az, Metbuat saytına istinadən bildirir.

Müşahidə qabiliyyətim kifayət qədər inkişaf edib. Qarşımdakı insanı cəmi 10-15 dəqiqə içində anlamağı bacarıram — gözlərindən, bədən dilindən, danışığından onun keçmişini, bu gününü və hətta gələcəyə dair arzu və baxışlarını sezə bilirəm. İnsan özü haqqında açıq danışdıqda isə onun gələcəyini də müəyyən qədər təxmin etmək mümkündür.

İllərdir bu müşahidələr əsasında insanları yaş qruplarına və düşüncə modellərinə görə təhlil etməyi öyrənmişəm. Kim nə istəyir, hansı yaşda nə arzulayır – bunu çox vaxt yaşdan asılı olmayaraq anlaya bilirəm.

Çox dəyərli müsahibələrim olub. Elələri də var idi ki, saatlarla danışsalar da, bir fikir belə ifadə etmirdilər. Amma mən hər birindən öyrəndim – bəzisindən nə etməli olduğumu, bəzisindən isə nələri etməməli olduğumu.

Biz 90-cı illərdə – qeyri-müəyyənliklərlə dolu bir dövrdə formalaşdıq. Qlobal dəyişikliklərin, texnologiyanın ilk oyanışının, müharibələrin, iqtisadi böhranların və pandemiyaların şahidi olduq. Həm də psixoloji baxımdan ayaqda qalmağa çalışdıq.

Yadımdadır, valideynlərim tez-tez deyirdilər: “Ay bala, siz heç nə görməmisiniz. Biz ildə bir dəfə sanatoriya, kurort görərdik, az olsa da keyfiyyətli məhsul yeyərdik.” Mən isə uşaq yaşımda çörək növbəsində atamla birlikdə dayanmağı, nənəmin çantasında gizlənən “Krasnaya Oktyabr” şokoladını və “Bit Mojet” ətrini xatırlayıram. Ağ-qara televizor, çevirməli telefon, bir çoxlarının tanımadığı sadə amma dəyərli məqamlarla zəngin illərimiz olub.

Biz utanırdıq. Hər addımı atmamışdan əvvəl on dəfə düşünürdük. Bugünkü nəsil isə daha cəsurdur və özünü ifadə etməkdən çəkinmir. Bu həm zamanın, həm də imkanların fərqidir. Onlar bizim kimi düşüncə qadağaları ilə böyümədilər.

Müəllimə qarşı münasibətimiz belə fərqli idi. Onu ilahi varlıq kimi görürdük. Bəzən o dövrdəki saf düşüncələrimə görə özümə acıyıram. 2000-ci illər həyatımıza “dünyanın sonu” qorxusu ilə daxil oldu. İlk mobil telefonlar, wap texnologiyası, bir mahnını yükləmək üçün bütün yaddaşı silmək... Sanki dünən idi.

Bugünkü nəsil o dövrü “keçmiş” adlandırsa da, biz o dövrün musiqilərində ruhumuzu tapdıq. Bu gün qızım mənim rəqs etməyimə təəccüblə baxır, amma ana olmaq enerjini öldürmür. Bunu bir gün anlayacaq.

Valideynlərimin dedikləri haqlı imiş. Dünya o qədər sürətlə dəyişir ki, bu gün mən də övladıma “Biz daha keyfiyyətli qidalanır, daha saf hava ilə nəfəs alırdıq” deyə bilərəm.

Texnologiya gözlərimizin qarşısında formalaşdı. Dial-up modemlərin səsi, ilk “chat”lar, e-mail dostları. Bizim dövrdə də sosial əlaqə vardı, sadəcə formasını dəyişmişdi. O vaxtlar bir telefonun yaddaşı üç şəkil və üç mp3 ilə dolurdu. Amma onun yaratdığı sevinc bu günkü ən son model cihazın verdiyi həzzdən qat-qat böyük idi.

Texnologiya insanı dəyişdirmir. Sadəcə ona şərait yaradır. Əgər biri əxlaqsızdırsa, bəhanə axtarır.

Bugünkü nəsil — Z və Alfa nəsli — bizim nəzarətimizdə böyüyür. Onlar bizdən daha sərbəstdirlər. Biz onları sıxmadan, azad seçim etmələrinə şərait yaradaraq yönəltməyə çalışırıq.

90-ların övladları indi “kamil dövr”lərini yaşayırlar. Amma bu kamillik hamıya şamil deyil. Arzularına çatmayanlar bu günün gəncliyinə təzyiq göstərir, düşüncələrini sırımağa çalışırlar.

Kapitalizm bizə daha çox işləməyi öyrətdi, amma daha çox qazandırmadı. İndi isə 3-4 saatlıq ağıllı işlə böyük gəlir əldə etmək mümkündür – təkcə məqsədini düzgün seçməlisən.

Rəqabət artıb, səmimiyyət azalıb. Saf görünən belə tez dəyişir. Dünya zəifləri sevmir. Zəiflik uduzmaqdır. İndiki dövrdə dostluq belə qarşılıqlı fayda üzərində qurulur.

İnsanlar səninlə ancaq faydan olduğu müddətcə dostluq edir. Səmimi görünsə də, bu artıq həyatın qaydasıdır.

Ətrafda gülüşlər azalıb. Qadınlara yer verən kişi, yaşlıya hörmət edən gənc getdikcə azalır. Bizim üçün adət olanlar yeni nəsil üçün sadəcə nostaljidir.

Əxlaq dəyişir. İctimai nəqliyyatda qadının qadına qarşı aqressiyası, insanların söyüşə reaksiya verməməsi artıq normal qəbul edilir.

Ailə qurmamışdan öncə insanlar bir ömür düşünür, indi isə sadəcə “xasiyyətimiz tutmadı” deyib ayrılırlar. Nəticədə atasız-anasız böyüyən uşaqlar gələcək cəmiyyətin formalaşmasında iştirak edəcəklər.

Ən çətin şey başlamaq yox, bitirməkdir. Çünki dağıtmaq — insan ruhunda dərin izlər buraxır. Sabahı təxmin etmək çətinləşib. Bugün möhkəm dəyərlər və hədəflərlə yaşamaq lazımdır ki, sabaha bir addım öndə başlaya bilək. Zamana qarşı deyil, onunla birgə hərəkət etməyi öyrənməliyik. Oxu, öyrən, səhv et, geri dönməkdən qorxma. Sağlam qidalan, çünki ikinci beynimiz — bağırsaqlarımız — birincisini idarə edir. Yaşlanmaqdan qorxma. Enerjini artıran insanlarla vaxt keçirmək yenidən doğulmaq kimidir. Kəmiyyətə deyil, keyfiyyətə önəm ver. Qəlbinə yaxın olanlarla zaman keçirmək insanı mənən ucaldır.

Həyat bir yarış deyil, bir yolçuluqdur. Bəzən dayanmaq, baxmaq, nəfəs almaq da bu yolun vacib hissəsidir. Gözlədiyimiz sabah gəlməyə bilər, amma bu gün biz varıq. Və bu, qiymətini bilməyə dəyər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 05 May 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri