Icma.az
close
up
RU
Korporativ sosial məsuliyyət çərçivəsində sahibkarlar “Sabirabad Futbol Klubu”na dəstək veriblər

Korporativ sosial məsuliyyət çərçivəsində sahibkarlar “Sabirabad Futbol Klubu”na dəstək veriblər

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 30 aprel, AZƏRTAC

Korporativ sosial məsuliyyət (KSM) sosial, ekoloji və iqtisadi sahələrə müsbət təsir etməklə, cəmiyyətin inkişafına töhfə verir. KSM, həmçinin biznesin cəmiyyət qarşısında öz məsuliyyətini dərk etməsi və davamlı inkişafı dəstəkləməsi baxımından əhəmiyyətlidir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, bu yaxınlarda Sabirabad rayonunda fəaliyyət göstərən sahibkarlar KSM-in önəmini bir daha nümayiş etdiriblər.

Belə ki, 2024-cü ildə təsis olunmuş “Sabirabad Futbol Klubu” MMC KOBİA-ya müraciət edərək futbol klubunun fəaliyyətini davam etdirməsi üçün maliyyə dəstəyinə ehtiyac olduğunu bildirib. Agentliyin təşəbbüsü ilə futbol klubu və yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarına dair görüşlər keçirilib. Yerli sahibkarlıq subyektlərindən olan “Omeqa Klinika” MMC müraciətə müsbət yanaşaraq futbol klubunun fəaliyyətinə dəstək məqsədilə onunla sponsorluq müqaviləsi imzalayıb. Sabirabadda fəaliyyət göstərən digər sahibkarlar da futbol klubunun fəaliyyətinə dəstək göstərəcəklərini bildiriblər.

Bu, yalnız futbol klubunun fəaliyyətini davam etdirməsinə dəstək deyil, eyni zamanda, yerli sahibkarların Sabirabadda idmanın inkişafına, gənclər arasında sağlam həyat tərzinin və idmanın təşviqinə töhfəsidir. Belə təşəbbüslər sahibkarlar arasında əməkdaşlığı genişləndirməklə regionun inkişafına da öz müsbət təsirini göstərir. Xüsusilə regionlarda KSM çərçivəsində layihələr həyata keçirmək istəyən, bu istiqamətdə müvafiq tərəfdaş və layihə axtarışında olan sahibkarlar məlumat və əlaqələndirmə dəstəyi üçün KOB dostlarına müraciət edə bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri