“Kremlə sərfəli təklif gəlməyib” Moskva yenə əvvəlki tələblərini səsləndirir
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Kremlə hələ Ukrayna üzrə danışıqlara başlamaq üçün sərfəli təklif gəlməyib.
“AzPolitika” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Vaşinqtonun Ukrayna məsələsində irəliləyiş əldə etdiyi barədə fikir bildirən Donald Trampın sözlərini şərh edərkən deyib.
“Vacibdir ki, sözlər Rusiyanın qanuni maraqlarını nəzərə alan, böhranın əsas səbəblərini aradan qaldırmağa və yeni reallıqları tanımağa hazır olduğunu nümayiş etdirən praktiki addımlarla dəstəklənsin. Hələlik bu cür konkret təkliflər olmayıb”, - Qaluzin qeyd edib.
Xatırladaq ki, son günlər Vaşinqton və Moskvadan Ukraynaya qarşı müharibəyə son qoymaq üçün Trampla Putin arasında danışıqlar barədə çoxlu ziddiyyətli xəbərlər gəlir. Ötən gün isə Trampın özü Putinlə danışdığını deyib, lakin söhbətin təfərrüatını açıqlamayıb.
“AzPolitika.info”
Baxış sayı:68
Bu xəbər 10 Fevral 2025 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















