Icma.az
close
up
RU
Kürdlər Suriyada və Türkiyəni provokasiyaya çəkərək beynəlxalq dəstək əldə etməyə çalışır Politoloq

Kürdlər Suriyada və Türkiyəni provokasiyaya çəkərək beynəlxalq dəstək əldə etməyə çalışır Politoloq

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Son vaxtlarda Şimali Kürdüstandan olan kürdlər Türkiyə sərhədinə hücum edərək Kobani şəhərinə keçmək niyyətindədirlər.

Suriya hökumət qüvvələri də kürd yaşayış məntəqələrinə qarşı hərbi əməliyyatlara başlayıblar.

Maraqlıdır, məsələn, Şimali Kürdüstan və Suriyadakı kürd qüvvələrinin Türkiyə sərhədinə yaxınlaşmasının geosiyasi təsirləri nə ola bilər?

Bu barədə Gununsesi.info-ya politoloq Turan Rzayev danışıb.

O bildirib ki, ümumiyyətlə, Türkiyə-Suriya sərhədi boyunca Suriya hökumət qövvələri tərəfindən əməriyyatlar keçirilirdi:

“Kürdlər faktiki olaraq Suriyanın şimal şərqində Rojava bölgəsi deyilən ərazi və Deyr əz-Zor hövzəsindən İraqın şimaldakı bənzəri bir muxtariyyət əldə etmişdi. Buradakı YPG və PYD qövvələri hələ İŞİD dönəmindən İŞİD-ə qarşı mübarizədə Amerikanın dəstəkləldiyi bir qüvvə halına gəlmiş, daha sonra da siyasi institutlaşma yolunda addımlar atılmışdır. Son dönəmlərdə isə xüsusilə də Suriya daxilində hökumətlə fikir ayrıqları yaşayırdılar və bu fikir ayrıqları nəticəsi olaraq da əməriyyatlar başland”.

O, həmçinin deyib:

“Əslinə qalsa, kürdlər kifayət qədər ciddi bir itkiyə məruz qaldılar. Hətta vəziyyət o yerə çatmışdı ki, ərəblər yaşayan bölgələrə belə kürdlərin iddiası var idi və faktiki olaraq indi bu əraziləri itiriblər, Suriyanın şimal şərqində kiçik bir bölgədə qalıblar”.

Politoloq kürdlərin hücum etmə məsələsinə belə aydınlıq gətirib:

“Qaldı kürdlərin hücum etməsi məsələsinə, bilirsiniz, bunu da faktiki olaraq hökumət qüvvələri daha da radikallaşdırmaq və silahlı toqquşmanı artıraraq həm Türkiyə daxilindəki kürtləri aktivləşdirmək, həm İraqın şimalında, həm İrandakı kürdləri aktivləşdirərək vahid bir hərəkat alına gətirmək istəyirlər. Regionda kürtlərin gücü artıq kifayət qədər çoxdur, amma əsas problemləri kürtlərin vahid mərkəzlə birləşə bilməməyidir. Misal üçün, Nazlım Kobani rəhbəliyində Suriyada, Bərzanilər və Talabanilərin rəhbəliyində İraqda, Pıjaq rəhbəliyində İranda, PKK və artıq digər kürd birləşmələri fonunda Türkiyədə mövqeləri var, amma vahid bir mərkəzdən çıxış edə bilmirlər. Buna görə də faktik olaraq proseslər kürdlərin istədiyi səviyyədə gedə bilmir”.

Siyasi şərhçi bildirir ki, bütün bunların kürdlərin əleyhinə getdiyi mənasına gəlmir:

“Bütün bu proseslərin də kürdlərinin əleyhinə getdiyi mənasına gəlmir. Mən ümumiyyətlə, kürdlərin bu prosesinin keçici nəticə vcerəcəyini düşünürəm. Yəni faktik olaraq kürd dövlətinin yaranması yolunda ciddi işlər gedir və təəssüf ki, nə Türkiyədə, nə Suriyada, nə İraqda, nə də İranda bu prosesə mane olmaq yönündə ciddi addımlar atılmır. Əksinə, Türkiyədə “çözüm süreci” deyə bir proses başladı və bu proses faktiki olaraq kürdləri daha da cəsarətləndirdi. Bu gün Türkiyədə kürdlərin vəziyyəti çox daha fərqlidir. Misal üçün, İraqda və Suriyada institutlaşma yolunda getdikləri halda, Türkiyə ərazisində faktiki olaraq kürdlər siyasətdə, mediada, elm cameəsində dövlətin müxtəlif aparatlarında mövqe tutur və ayrılıqcı mövqeyləri seçilirlər. Yəni belə olan təqdirdə kürdlərin dövlət yolunda irəliləməsi qarşısında proseslər çətin bir duruma gəlib. Türkiyə bu prosesin qarşısını almağa maksimum dərəcədə çalışır. Hələlik Amerikanın da dəstəyi azalıb. Hətta son xəbərlərə görə, Suriyadan çıxacaq Amerika qüvvələri. Amma bu prosesin bitəcəyi mənasını da gəlmir. Çünki Suriyanın özü də təəssüf ki, Türkiyə kimi yanlış bir siyasət edir, kürdləri dövlət daxilində inteqrasiya etməyə çalışır. Tərkisilah edilməmiş və siyasi ambisiyaları bitirilməmiş bu qüvvələrin dövlətə inteqrasiyası dövlət daxilində dövlət modeli yaradacaq ki, bu da mərkəzləşmə yolunda ciddi problemlər yaralacaq. Digər tərəfdən, Suriyanın özündə dürzi problemlərə davam etməkdədir. Yəni bütün bunları ümumiləşdirib deyə bilərik ki, hal-hazırda kürdlər Suriyada mövqə etirsə də, bu, prosesin yekunlaşdığı mənasına gəlmir. Görünən odur ki, kürdlər Suriyada və Türkiyəni təxribata çəkərək beynəlxalq dəstək əldə etməyə çalışır.

Maqsud

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Yanvar 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri