La Liqanın prezidenti Florentino Peresi ikiüzlülükdə günahlandırıb
sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
La Liqa prezidenti Xavyer Tebas "Real"ın prezidenti Florentino Peresi "Neqreyra" işi üzrə "Barselona"nın cəzalandırılması cəhdlərində ikiüzlülükdə günahlandırıb. Sport24.az xəbər verir ki, bu barədə "Barca Universal" məlumat yayıb:
"Real"ın prezidenti "Neqreyra işinin" İspaniya futbolunda indiyə qədər baş verən ən pis hadisə olduğunu deyib. Bu, yalandır.
2008-2013-cü illər arasında ölkəmizdə oyunların alqı-satqısı olub. Komandalar La Liqada qalmaq üçün danışıqlara gediblər.
Onda Florentinonun mövqeyi nə idi? O, buna göz yumub. 2010-cu ildə "Herkules"in prezidenti ilə telefon danışığında oyunların alqı-satqısı qeyd olunub. Kim göz yumub? Kim istintaqı dəstəkləməyib? "Real".
"Barselona Super Liqa layihəsindən çıxdığını bildirən kimi "Real" hüquqi hücuma başlayıb".
Qeyd edək ki, araşdırmanın nəticəsinə görə, "Barselona" Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya hakim məsləhəti üçün təxminən 7,2 milyon avro köçürüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 14 Yanvar 2026 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















