Icma.az
close
up
RU
Lənkəran şəhər 3 və 7 saylı körpələr evi uşaq bağçaları əsaslı təmirdən sonra istifadəyə verildi FOTOLAR

Lənkəran şəhər 3 və 7 saylı körpələr evi uşaq bağçaları əsaslı təmirdən sonra istifadəyə verildi FOTOLAR

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mayın 7-də Lənkəran şəhər 3 saylı və 7 saylı körpələr evi-uşaq bağçalarının  əsaslı təmirdən sonra istifadəyə verilməsi mərasimi keçirilib. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Globalinfo.az bildirir ki, Dövlət Himninin səslənməsindən sonra torpaqlarımızın azadlığı uğurunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tədbirin əlamətdar hadisə – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi ərəfəsində keçirildiyini bildirib. Ulu Öndərin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”- fikirlərini xatırladan  icra başçısı qeyd edib ki, müstəqil Azərbaycanda uşaqlara diqqət və qayğının dövlət siyasətinin prioritet istiqaməti kimi formalaşması Ümummili Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Taleh Qaraşov bildirib ki, dövlət uşaq siyasətinin başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil ilə və müasir tələblərə cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi dəyərlərə əsaslanan sosial mühitdə böyüməsi üçün zəruri şərait yaradılması, uşaqların şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır. Onun sözlərinə görə, ölkəmizdə uşaqların maraq və mənafelərinin qorunmasına, onlara diqqət və qayğının göstərilməsinə hər zaman həssas yanaşılıb və Ulu Öndərin başlatdığı “uşaq siyasəti” bu gün cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev ölkəmizdə təhsil sahəsində görülən işlər barədə məlumat verib, dövlətin bu sahəyə ayırdığı xüsusi diqqət və qayğıdan danışıb, əsaslı təmir edilən Lənkəran şəhər 3 və 7 saylı körpələr evi-uşaq bağçalarında aparılan işlərin də məhz bu qayğı və diqqətin təzahürü olduğunu vurğulayıb.

Daha sonra mərasim iştirakçıları bağçada yaradılan şəraitlə yaxından tanış olublar. Məlumat verilib ki, Lənkəran şəhər 3 saylı uşaq körpələr evi-uşaq bağçası 90, 7 saylı körpələr evi-uşaq bağçası 225 yerlikdir. Təhlükəsizlik məqsədilə müşahidə kameraları  qurulub.  Bağça azyaşlı sakinlərin zövqünə uyğun dizayn edilib, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün əlvan rəngli inventarla təchiz olunub, müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, rəsm, idman və musiqi zalları, yeməkxana əsaslı təmir edilib, balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq, həmçinin onlarda bacarıq və istedadları aşkarlamaq üçün hərtərəfli şərait yaradılıb.

Hər iki bağça ilə tanışlıqdan sonra balaca fidanlar rəngarəng rəqs nömrələri ilə çıxış ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 May 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri