Icma.az
close
up
RU
Mahmud Abbas Livanın Baş naziri ilə danışıb

Mahmud Abbas Livanın Baş naziri ilə danışıb

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fələstin lideri Mahmud Abbas Livandakı bütün silahların yalnız dövlətin nəzarətində olması gərəkdiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Abbas Livan Baş naziri Nəvvaf Salam ilə telefon danışığı aparıb.

Bu görüş Livan ordusunun ölkədəki Fələstin qaçqın düşərgələrində silahların toplanması üzrə üçüncü mərhələni həyata keçirməsindən sonra baş tutub.
Görüş zamanı Mahmud Abbas Livanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətin vacibliyini vurğulayaraq deyib:

“Fələstin xalqı vətəninə dönənə qədər Livanda müvəqqəti qonaqdır”.O, qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılmasının vacibliyini qeyd edib, bunun onların dönüş hüququna və milli kimliyinə təsir etməməli olduğunu vurğulayıb.

Mahmud Abbas əlavə edib ki, Livanda silah yalnız dövlətin əlində olmalıdır. Baş naziri Nəvvaf Salam isə Mahmud Abbasın Livanın təhlükəsizliyi və sabitliyinə verdiyi töhfəni yüksək qiymətləndirərək, Fələstin Azadlıq Təşkilatına aid düşərgələrdəki silahların Livan ordusuna təhvil verilməsini mühüm addım kimi dəyərləndirib.

Livan ordusu avqustun 28-də Sur şəhərindəki Ər-Rəşidiyyə, Əl-Bas və Əl-Burc əş-Şimali adlı Fələstin qaçqın düşərgələrindən silahları təhvil almışdı.
Fələstin Prezidenti Mahmud Abbas və Livan Prezidenti Cozef Avn mayın 21-də keçirdikləri görüşdə Livanın suverenliyi və silahın yalnız dövlətin əlində olması məsələsini müzakirə etmişdilər. Livan Prezidenti Fələstin qaçqın düşərgələrindəki silahlanma məsələsini araşdırmaq üçün birgə komitələrin qurulduğunu və bu komitələrin iyun ayından etibarən fəaliyyətə başlayacağını açıqlamışdı.

Livanın paytaxtı Beyrut və digər bölgələrində yerləşən 12 düşərgədə 1948-ci ildən bəri 200 mindən çox fələstinli qaçqın kimi yaşayır.1969-cu ildə Livan ilə Fələstinli qruplar arasında imzalanan Qahirə Razılaşmasına görə, düşərgələrin daxili təhlükəsizliyi Fələstinli qruplar tərəfindən təmin edilir, giriş və çıxışlar isə Livan ordusunun nəzarətindədir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Avqust 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri