Marketdə satılan yağlar müqayisə edildi Hansında əlavə maddələr var?
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sosial şəbəkələrdə yerli marketlərdə satılan qarğıdalı yağlarının tərkibi ilə bağlı müqayisə aparılıb. Məhsulların etiketlərini araşdıran istifadəçi bəzi markaların tərkibində əlavə maddələrin olduğunu üzə çıxarıb.
“Yeni Sabah” xəbər verir ki, araşdırmanı aparan şəxs heç bir markanı pisləmək və ya reklam etmək məqsədi güdmədiyini, əsas hədəfinin istehlakçıları məlumatlandırmaq olduğunu bildirib.
Müqayisəyə əsasən, “Möcüzə” markasının kərə ləzzətli qarğıdalı yağının tərkibində kərə yağı aromatizatoru və E160a kodlu beta-karotin rəngləyicisi var. Toyuqlu pizza
“Zolotoye Solnışko” markasının qarğıdalı yağında da E160a rəngləyicisinin olduğu qeyd edilib.
İtaliya istehsalı olan “Divo” markasının etiketində məhsulda fındıq və soya izlərinin ola biləcəyi barədə xəbərdarlıq yer alıb.
“Miad” markası isə 100 faiz saf, rəfinə edilmiş qarğıdalı yağı kimi təqdim olunur.
Araşdırmada “Olitalia”, “Kırlangıç”, “Komili” və “Sunar” markalarının da tərkibində yalnız rəfinə edilmiş qarğıdalı yağının göstərildiyi bildirilib.
Qarğıdalı yağı alarkən yalnız markaya və qiymətə deyil, məhsulun etiketinə də diqqət yetirmək vacibdir. İlk növbədə, tərkib siyahısını oxuyaraq əlavə maddələrin və başqa yağların olub-olmadığını yoxlamaq lazımdır. Məhsulun rəfinə edilmiş və ya soyuq sıxım üsulu ilə hazırlanması da nəzərə alınmalıdır. Yağın doymuş yağ miqdarı, istehsal və son istifadə tarixləri, eləcə də qablaşdırmanın işıqdan qoruma xüsusiyyəti seçim zamanı əhəmiyyət daşıyır. Bundan başqa, etibarlı istehsalçıya üstünlük vermək, şübhəli dərəcədə ucuz məhsullara isə ehtiyatla yanaşmaq tövsiyə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 15 Oktyabr 2026 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















