Mask: “Motivasiya üçün onun portretinə baxıram” FOTO
Milli.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ-nin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask motivasiya üçün vitse-prezident Ceyms Devid Vensin Ağ Evdə asılmış portretinə baxdığını deyib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, amerikalı iş adamı bunu "X" hesabındakı paylaşımında yazıb.
O, Minnesota ştatının qubernatoru Tim Uolsun "Kiçik motivasiya" üçün "Tesla"nın düşən səhmlərinə baxın" fikirlərinə cavab olaraq bunları qeyd edib:
"Bəzən bir az motivasiyaya ehtiyacım olanda Ağ Evdə Ceyms Devid Vensin portretinə baxıram".
Maskın kinayəli zarafatı sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Uols ötən il baş tutan ABŞ prezident seçkilərində Demokratlar Partiyasının vitse-prezidentliyə namizədliyi uğrunda mübarizə aparıb. Hətta o zaman Mask siyasətçini dəfələrlə tənqid edib.
Lakin, Mask və Uols arasında münaqişə hələ seçkilərdən əvvəl başlayıb. Mask xüsusən də miqrantlarla bağlı mövqeyinə görə Minnesota qubernatorunu "psixopat" adlandırıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 20 Mart 2025 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















